Dünyanın ilk heyvan refleksli robot iti meşədə gəzir...
Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.
...İngiltərədəki Lids Universitetinin tədqiqatçıları öz yeriş tərzini uyğunlaşdıra bilən və tanış olmayan ərazilərdə real heyvanların hərəkətlərini təqlid edə bilən süni intellektli robot yaradıblar.
SİA-nın məlumatına görə, bu barədə Interesting Engineering yazır.
Belə robot insan köməyi olmadan yerişini dəyişə bilər - müasir maşınlarda olmayan unikal qabiliyyət...
Alimlər itlərin, pişiklərin və atların hərəkətlərindən ilhamlanaraq, robota enerjiyə qənaət etmək və çətin səthlərdə tarazlığı saxlamaq üçün müxtəlif hərəkət rejimləri - trat, qaçış, tullanma arasında keçid etməyi öyrədən sistem hazırlayıblar.
London Universitet Kollecindən professor Çjoi Çencsyu deyib ki, “...Biz balans, koordinasiya və səmərəlilik prinsiplərindən istifadə edərək, heyvan kimi instinktiv şəkildə hərəkət edən robot yaratmaq istədik”.
Onun komandası ətraf mühitə heyvanlar və insanlar kimi çevik, eləcə də dayanıqlı uyğunlaşacaq süni intellekt inkişaf etdirməyi hədəfləyir.
“Klarens” ləqəbli robot bu bacarıqları cəmi doqquz saat ərzində mənimsəyib – əksər gənc heyvanlardan daha sürətli... Təlim virtual mühitdə dərin möhkəmləndirmə öyrənməsi ilə baş tutdu, bundan sonra alqoritm heç bir əlavə konfiqurasiya olmadan dərhal robotun özündə uğurla işləyib.
Belə robot təhlükəli şəraitdə, məsələn, nüvə obyektlərində fövqəladə halların aradan qaldırılması və ya axtarış-xilasetmə əməliyyatları zamanı işləmək qabiliyyətinə malikdir. Biomimetika mürəkkəb hərəkətlilik problemlərini həll etməyə kömək edir və kənd təsərrüfatında, kosmik missiyalarda və infrastruktur yoxlamalarında istifadə üçün robototexnikanın imkanlarını genişləndirir.
Nazlı Almuradova


