Fənərbaxça bu transfer üçün 15 milyon avroluq büdcə ayırdı
Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dominik Livakoviçin performansından məmnun olmayan "Fənərbaxça" heyətinə yeni qapıçı cəlb etməyi planlaşdırır.
Sportal.az xəbər verir ki, Super Liqa nəhənginin əsas hədəfi "Trabzonspor"da çıxış edən Uğurcan Çakırdır. Bu barədə DHA məlumat yayıb.
"Fənərbaxça" Türkiyə millisinin üzvü üçün onun klubu ilə danışıqlara başlamağa hazırlaşır. İstanbul klubu Uğurcanın transferi üçün 15 milyon avroluq büdcə ayırıb.
29 yaşlı qolkiperlə "Monako" və "Leypziq" də yaxından maraqlanır.
Qeyd edək ki, Uğurcan Çakır "Trabzonspor"un yetirməsidir. Təcrübəli "əlcək sahibi" ötən mövsüm Qara Dəniz təmsilçisinin heyətində 43 rəsmi matçda meydana çıxıb.
saytlarin hazirlanmasi
Asensio üçün Milan da mübarizəyə qoşuldu Fənərbaxça dan illik 15 milyon avroluq təklif
03 İyul 2025 23:25
Fənərbaxça PSJ ilə anlaşdı: 10 milyon avroluq transfer
25 Mart 2025 18:25
Fənərbaxça 15 milyon avroya transfer etdiyi futbolçunu göndərmək istəyir
25 Dekabr 2024 22:00
PSJ bu transfer üçün 100 milyon avro ayırdı
23 Dekabr 2024 21:16
Fənərbaxça Dzeko ilə yollarını ayırdı
08 May 2025 17:15

