Icma.az
close
up
RU
Menu

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

Rusiya Fransa üçün əsas təhdiddir

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

“Eşref” və “Demir” eyni layihədə

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

“Gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır”

“Gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır”

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

Hicran Hüseynova: “Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir”

Sabah- 2 fevral Gənclər günüdür. 2 Fevral Gənclər Gününün təsis olunması Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Bu günPrezident İlham Əliyevin sayəsində gənclərə daha çox etimad göstərilir. Gənclər müxtəlif dövlət qurumlarında, eyni zamanda parlamentdə təmsil olunurlar.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib ki, gənclər siyasətinin institutlaşdırılması məqsədi ilə Ulu Öndər Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb: “O, hər dəfə qeyd edirdi ki, Azərbaycanın gələcəyi gənclərimizin əlindədir. Hər bir xalqın, hər bir dövlətin gəncləri onun həm bu günü, həm də sabaha ümididir.1993-cü ildə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin gənc nəslə göstərdiyi diqqət zaman keçdikcə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.

Hələ ötən əsrin 1970-1980-ci illərində ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı sayəsində mövcud olmuş bir çox ənənələr kimi, xarici ölkələrə tələbələrin göndərilməsi ənənəsi də davam və inkişaf etdirilməyə başlandı, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilmişdi. Artıq 2003-cü ildə dünyanın inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc təhsil alırdı. Dövlət hesabına xaricdə təhsil alan gənclərin sosial durumu daim Ulu Öndərin diqqət mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına təhsil alan 700 azərbaycanlı tələbənin hər birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard manat vəsait ayrılmışdı. İstedadlı gənclərin təhsilə marağını daha da artırmaq və dəstəkləmək üçün Prezident Heydər Əliyevin ali məktəblərə qəbul imtahanlarından ən yüksək bal toplamış abituriyentlərlə şəxsən görüşüb, onlara “Prezident təqaüdü”nün verilməsi barədə qərarı dahi şəxsiyyətin təhsilə diqqətinin daha bir nümunəsidir. 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin I Forumunda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoymuşdur: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”. Bu, böyük xoşbəxtlikdir ki, indiki gənclər müstəqillik dövründə yaşayır, formalaşır. Bəzi hallarda indiki gənclərin ağlına da gəlməz ki, vaxtı ilə yaşadığımız ölkədə müəyyən məhdudiyyətlər vardı, azadlıqlar yox idi. Sərbəst fikir söyləmək mövcud deyildi. Bizim bu gün xoşbəxtliyimiz ondadır ki, müstəqil və azad bir ölkədə yaşayırıq. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi məsələsi Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. O, vurğulayırdı: “Azərbaycanın dövlət müstəqilliyi daimidir, əbədidir, dönməzdir, sarsılmazdır. Hər bir gənc Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirmək, inkişaf etdirmək, yaşatmaq üçün çalışmalıdır və öz xidmətlərini göstərməlidir”.

Millət vəkili diqqətə çatdırıb ki, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır: “Prezident İlham Əliyev ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Cənab Prezident gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir. Mütəmadi olaraq təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaradıb. Ölkə başçısı 2007-ci ili “Gənclər ili”, 2020-ci ili “Könüllülər ili” elan edib. Bu mühüm təşəbbüslər gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə, cəmiyyətdə xeyirxahlıq, yeni davranış qaydalarının təbliğ etməsinə səbəb olub. Bundan əlavə 2013-cü il 2 iyul tarixində ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi Cənab Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri oldu.1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə xüsusi diqqət yetirir. Məhz bu səbəbdən gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqləyir. Bu gün qürurla qeyd edirik ki, bizim qəhrəman gənclərimiz tarix qarşısında, xalq qarşısında, Vətən qarısında misilsiz xidmətlər göstərirlər. Tarixi missiyanı həyata keçirən Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş ediblər. Təbii ki, bu da Ulu Öndərin gənc nəsli Azərbaycanın uğurlu sabahı naminə səfərbər edən siyasətinin nəticəsi idi. Vətən müharibəsində iştirak etmiş hər bir igid gəncinə Azərbaycan xalqı minnətdardır. Vətən uğrunda, torpaq uğrunda qabağa gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir. Müharibə zamanı gedən informasiya müharibəsində də gənclərimiz sosial şəbəkələrdə çox fəal oldular və Azərbaycan bu istiqamətdə də qalib gəldi. İnformasiya müharibəsinə təkcə Azərbaycan vətəndaşları yox, dünya azərbaycanlıları da könüllü olaraq, öz təşəbbüsləri ilə qoşuldular. Azərbaycan gənci artıq iki aya yaxın müddətdir ki, havanın soyuq və şaxtalı olmasına baxmayaraq Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasında “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, şüarları ilə milli maraqlarımızı müdafiə edir, bununla yanaşı, Azərbaycanın haqq səsini dünyaya çatdırır. Bəli, bu gün gənclərimiz milli və dövlət maraqları məsələsində birləşməyi də, mübarizə aparmağı da bacarır. Erməni separatçılar və onlara havadarlıq edənlərin qarşısında öz sərvətinə, torpağına, Vətəninə sahib çıxmağı bacaran Azərbaycan gəncləri var”.

H.Hüseynova əlavə edib ki, ötən müddət ərzində dövlət başçısı İlham Əliyev tərəfindən gənclərin rifahına xidmət edən çox mühüm Dövlət Proqramları təsdiq edilib: “Dövlətimizin başçısının davamlı inkişaf konsepsiyasının uğurla həyata keçirilməsində Heydər Əliyev Fondunun da xidmətləri böyükdür. Fondun təhsilin inkişafı, bu sahədə həllini gözləyən bir sıra problemlərin aradan qaldırılması istiqamətindəki fəaliyyəti Azərbaycanda elm və təhsilə ictimai təsisat səviyyəsində yüksək qayğı göstərmək nümunəsi olmaqla yanaşı, cəmiyyətin ümumi potensialının bu zəmində səfərbər olunmasına yönəlib. Cənab Prezident İlham Əliyevin imzaladığı yeni Fərman və Sərəncamla tələbə və doktorantların təqaüdlərinin artırılması gənclərə olan qayğının göstəricisidir. Belə ki, 2023-cü il yanvarın 1-dən ali məktəb tələbələri üçün Prezident təqaüdünün məbləği 275 manata çatdırılıb. Həmçinin dövlət başçısının yeni Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüd məbləğləri çoxaldılıb.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ulu öndərin əsasını qoyduğu, hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi konseptual təhsil strategiyasının həyata keçirilməsinə öz töhfəsini verir. Bu gün qürurla qeyd etmək olar ki, milli mənəvi dəyərlərimizi qoruyub yaşadan müasir Azərbaycan gəncləri müstəqil dövlətimizin bu günü və gələcəyi haqqında düşünür, öz fəaliyyətlərində yüksək vətəndaşlıq hisslərinə malik olduqlarını nümayiş etdirirlər.

Gənclər Günü münasibətilə ölkə gəncliyini, xalqımıza dünya miqyasında üz ağlığı gətirən idmançılarımızı, yaradıcı gənclərimizi, xüsusən, milyonlarla soydaşımıza sevindirən Vətən qarısında misilsiz xidmətlər göstərmiş Azərbaycan Ordusunun əsgərlərini təbrik edirik! Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.

Haqlı olaraq Azərbaycan gənci fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq hər bir gəncin borcudur”.

Deputatı Cavid Osmanov isə deyib ki, Azərbaycan dövləti gənclər siyasətinin uğurla həyata keçirildiyi ölkələrdəndir: “Həyata keçirilən bu siyasət öz nəticəsini verir. Bunun təməli 30 il əvvəl ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Müstəqilliyimiz bərpa edildikdən sonra, ölkəmizdə bütün sahələrdə tənəzzül var idi. Ölkədə baş verən hadisələr, gəncləri də kənarda qoymuşdu. Müxtəlif qruplaşmalar öz məqsədlərinə çatmaq üçün gəncləri istifadə edirdi. 1993-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən Dövlət Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan addımlar 30 il ərzində çox uğurla həyata keçirildi. Birincisi onu qeyd etmək lazımdır ki, hələ o zamanlar ulu öndər tərəfindən imzalanmış Gənclər və İdman Nazirliyinin yaradılması, “Gənclər günü”nün təsis edilməsi, Dövlət gənclər siyasətinin qəbul edilməsi, Gənclər fondunun yaradılması və s. bütün bunlar Azərbaycan gəncliyinin bir çox istiqamətlərdə inkişafını təmin etmək məqsədi daşıyırdı. Bunlara, milli mənəvi dəyərlərimizin qorunması, gənclərimizin intellektual səviyyədə inkişaf etməsi, mənəvi və fiziki cəhətdən sağlam böyüməsi, vətənpərvər ruhda yetişməsi istiqamətində mühüm faktorları özündə cəmləşdirdi. Bunun da kökündə məhz azərbaycançılıq ideologiyası dayanırdı. Son 20 ildə cənab Prezident İlham Əliyev tərəfindən gənclər sahəsinə xüsusi diqqətin yetirilməsi, gənclərin sürətlə inkişaf etməsi, vətənpərvər gənclərin yetişməsi, intellektual və mənəvi cəhətdən gənclərimizin yetişməsi istiqamətində atılan addımlar gənclərin inkişafına gətirib çıxardı".

Deputat deyib ki, Azərbaycan gəncliyinin ən böyük sınağı müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədən üzüağ çıxması idi: “Vətən müharibəsində iştirak edənlərin mütləq əksəriyyəti gənclərdən ibarət idi. Azərbaycan gəncləri Vətən Müharibəsində böyük rəşadət göstərərək torpaqlarımızı işğaldan azad etdi. Vətən Müharibəsi təkcə tarixi ədalətin bərpa edilməsi, torpaqlarımızı işğaldan azad edilməsi, suverenliyimizin tam təmin edilməsi deyil, eyni zamanda gələcək nəsillər üçün bir şanslı tarixdir. Bundan sonrakı gənclərimizin də vətənpərvər ruhda yetişməsinə Vətən müharibəsinin önəmli rolu oldu”.

C.Osmanov bildirib ki, İlham Əliyev 2018-ci ildə prezident seçiləndən sonra ilk görüşünü məhz gənclərlə etdi: “Prezident gənclər qarşısında çıxış edərkən də bildirmişdi ki, məhz Azərbaycanın gələcək idarəedilməsi, gələcək inkişafı məhz gənclərin əlindədi. Bu mesaj Azərbaycan gəncliyinin qarşısında duran ciddi bir proqramdı. Artıq Azərbaycanın qarşısında yeni hədəflər var, həmin hədəflərə çatmaq üçün isə gənclərin üzərinə böyük məsuliyyət düşür. Düşünürəm ki, Azərbaycan gəncləri üzərlərinə düşən bu vəzifəni layiqincə icra edəcək”.

Əli

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 16 Yanvar 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see187

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see161

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see133

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see127

İsrail Qəzzada diplomatiyaya razıdır, amma güc tətbiq edə də bilər Netanyahu

11 İyul 2025 07:37see126

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see125

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see124

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see124

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see124

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see124

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see123

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see122

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see115

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see115

Avropa ölkələri Ukraynada qüvvələr yerləşdirmək planlarını razılaşdırıblar

11 İyul 2025 03:55see113

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see111

Beynin bioloji yaşı uzunömürlülüyü müəyyən edir ARAŞDIRMA

11 İyul 2025 07:40see111

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see111

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri