Icma.az
close
up
RU
İrəvan Türkiyədən dəstək almağı hədəfləyir Deputat

İrəvan Türkiyədən dəstək almağı hədəfləyir Deputat

Demokrat.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan və Türkiyənin iştirakı olmadan, Zəngəzur dəhlizində təhlükəsizliyi təmin etmək olmaz.
Bunu Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib. O bildirib ki, Nikol Paşinyan və İlham Əliyev arasında keçirilən birbaşa görüşdə də əsas mövzulardan biri məhz Zəngəzur dəhlizi olub:
“İlham Əliyev və Nikol Paşinyan arasında ikitərəfli görüşün keçirilməsi olduqca əhəmiyyətlidir. Bu görüş əvvəlkilərdən daha uzun müddətli oldu. Tərəflər təxminən 5 saatdan artıq müzakirələr apardılar. Bir çox məsələlər, Zəngəzur dəhlizi, kommunikasiya xəttlərinin açılması, demarkasiya-delimitasiya prosesi müzakirə edilib. Təbii ki, bağlı qapı arxasında mətbuata açıqlanmayan digər məsələlərin də müzakirə edildiyi istisna edilmir. Xüsusən Zəngəzur dəhlizinə nəzarətlə bağlı məsələ hesab edirəm ki, əsas müzakirə mövzularından biridir. 
Bundan öncə Nikol Paşinyan Türkiyəyə səfər etdi, Ərdoğanla görüşdü. Daha sonra digər Ermənistan rəsmiləri Türkiyəyə getdilər. Bu səfərlər daha çox Zəngəzur dəhlizinin açılması ilə bağlı idi. Görünən budur ki, Ermənistan müəyyən məsələlərdə Türkiyədən dəstək almağı hədəfləyir. Ermənistan enerjini Rusiyadan alır, ona görə müəyyən qədər narahatlıqları var. 
Əsas məsələlərdən biri Zəngəzur dəhlizində təhlükəsizliyi kimin təmin edəcəyidir. Bu təkcə Ermənistan ola bilməz. Rusiya bunu etmək istəyirdi, amma nə Ermənistanın, nə də Azərbaycanın maraqlarına uyğun deyil. Hesab edirəm ki, Türkiyə və Azərbaycanın iştirakı olmadan, nəqliyyat qovşağında təhlükəsizliyi təmin etmək mümkün deyil”.
Cavidan Mirzəzadə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:99
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 İyul 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see214

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see178

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see166

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see142

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see136

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see127

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see127

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see122

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see115

Əbu Dabi görüşündən sonra Moskva hansı planları qurur? “Hətta bu prosesə start verilib...”

11 İyul 2025 21:50see113

Psixopatik xüsusiyyətlər stress hormonları ilə əlaqələndirildi ARAŞDIRMA

12 İyul 2025 10:24see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see112

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see112

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Pentaqon öz siyasətini kökündən dəyişir...

12 İyul 2025 00:26see111

Azərbaycan Respublikası və vətəndaşları 40 gündə 6 seçkidə qalib gəlib

12 İyul 2025 01:03see111

41 yaşını qeyd edən Vüsalə Əlizadə bahalı hədiyyələrini nümayiş etdirdi

12 İyul 2025 15:32see111

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111

Qarabağ Portuqaliyadan daha birini transfer etdi

12 İyul 2025 00:06see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri