Icma.az
close
up
RU
Liderlərin fiaskosu

Liderlərin fiaskosu

Footbal-plus portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Tur 3 qarşılaşma ilə start götürdü. “Akron”a uduzan “Orenburq”un premyer-liqada məğlubiyyət seriyası 5, qələbəsiz seriyası 16 oyuna yüksəldi.

İlk turda “Spartak” üzrəində qazanılan qələbə hələ də orenburqlular üçün yeganədi! ÇSKA müstəqil Rusiya çempionatı tarixində ilk dəfə evdə ardıcıl 3 oyunda uduzmağa çox yaxın idi. Çünki “Rubin” ikinci hissənin ortalarına qədər “VEB Arena”da iki top fərqi ilə öndə idi. Amma meydan sahiblərinin heyətində sürpriz qəhrəman peyda oldu. “Hərbçilər”in öz yetirməsi olan və buna qədər premyer-liqada keçirdiyi 13 qarşılaşmada qol sevinci yaşamayan 20 yaşlı müdafəçi Lukin birdən-birə dubl etdi! Yenidən yaxşı sürət yığan “Rostov” isə “Nijni Novqorod”u darmadağın etdi.
Bazar günü sürpriz nəticələr qeydə alındı. “Lokomotiv” qapıya 35 zərbə endirərək 2009-dan bəri ən yaxşı göstəricisinə nail olmasına baxmayaraq, evdə iddiasız “Ximki”yə uduzdu. Ötən tur “Spartak” önündə darmadağın olan “Loko” Mixail Qalaktionovun dönəmində ilk dəfə ardıcıl 2 premyer-liqa matçında uduzdusa, “Ximki” tarixində ilk dəfə bu rəqibi mövsümün hər iki oyununda yenməyi bacardı. Ən böyük sensasiya isə “Qazprom Arena”da qeydə alındı. “Zenit” avqustdan bu yana ilk dəfə fərqlənən Qluşenkovun sayəsində erkən qol vurdu və heç nə faciəvi sonluqdan xəbər vermirdi. Amma mövsümü heç də inamlı keçirməyən “Krılya Sovetov” 17-28-ci dəqiqələr aralığında 3 (!!!) qol vurdu. Halbuki “Zenit” 2007-dən bu yana, daha dəqiq desək, premyer-liqada son 265 ev oyununun heç birində fasiləyə qədər 3 top buraxmamışdı. Özü də 2,5 il “Zenit”də oynayan, amma bu kluba və Sergey Semaka lazım olmayaraq “Krılya Sovetov”a qayıdan İvan Sergeyev dubl etdi! “Zenit” qalan vaxtda yalnız fərqi minimuma endirməyi bacardı və mövsümdə ikinci məğlubiyyətlə barışdı. “Krılya” isə 2015-dən bu yana ilk dəfə Sankt-Peterburqda “Zenit”i məğlub etdi. Amma “Zenit”in bu hədiyyəsindən “Krasnodar” yararlana bilmədi. Uzunmüddətli qələbə seriyasından sonra yenidən eniş dönəminə qədəm qoyan Murad Musayevin komandası “Spartak” önündə darmadağın olaraq mövsümdə ilk məğlubiyyətini aldı. Son 5 turda hesabına 15 xal yazan Moskva nəhəngi artıq 3-cü pillədədi. “Krasnodar” 2022-nin iyulundan bəri ilk dəfə evdə böyük hesabla uduzdu. Özü də o vaxt da rəqib “Spartak” idi. Ümumiyyətlə, “Krasnodar”ın indiyə qədər premyer-liqada evdə 6 böyükhesablı məğlubiyyətindən yarısı “Spartak”la oyunlarda qeydə alınıb.
17-ci tur
Zenit – Krılya Sovetov 2:3

Qluşenkov, 4. Alip, 72 – Sergeyev, 17; 28. Oleynikov, 18.
Zenit: Adamov, Mantuan (Sobolev, 64), Nino, Alip (Yeroxin, 82), Santos, Barrios, Vendel (Pedro, 64), Klaudinyo, Qluşenkov (Artur, 82), Mostovoy (Qondu, 46), Kassyerra.
Krasnodar – Spartak 0:3
Uqalde, 17; 28. Barko, 90+3.
Krasnodar: Aqkatsev, Petrov (Smolov, 61), Tormena, Kosta, Olasa, Pina (Krivtsov, 73), Çernikov (Kastanyo, 56), Batçi (Kobnan, 56), Spertsyan, Sa (Qonsales, 61), Kordoba.
Spartak: Maksimenko, Denisov, Duarte, Babiç, Ryabçuk, Umyarov, Prutsev, Barko (Litvinov, 90+5), Bonqonda (Medina, 82), Markinyos (Manqaş, 88), Uqalde.
ÇSKA – Rubin 2:2
Lukin, 63; 90+6 – Daku, 43. Teslenko, 52.
ÇSKA: Akinfeyev, Kellven (Qlebov, 85), Diveyev, Lukin, Moyzes, Kruqovoy (Bistroviç, 70), Pyaniç, Kislyak (Jemaletdinov, 62), Oblyakov, Fayzullayev, Musayev (Quarirapa, 62).
Lokomotiv – Ximki 1:3
Sarveli, 29 – Zabolotnı, 17. Bakayev, 32. Vera, 66.
Lokomotiv: Lantratov, Nenaxov, Nyamsi, Montes, Silyanov, Karpukas (Süleymanov, 46), Barinov, Samoşnikov, Tiknizyan (Saltıkov, 60), Batrakov (Sevikyan, 79), Vorobyov (Sarveli, 46).
Rostov – Nijni Novqorod 4:0
Osipenko, 32; 65. Saravia, 60. Komliçenko, 73-p.
Akron – Orenburq 1:0
Lonçar, 60.
Dinamo Mh – Fakel 0:0

1. Zenit 17 12 3 2 36-10 39
2. Krasnodar 17 11 5 1 34-12 38
3. Spartak 17 10 4 3 33-14 34
4. Lokomotiv 17 11 1 5 33-26 34
5. Dinamo M 16 9 4 3 32-18 31
6. ÇSKA 17 8 4 5 27-14 28
7. Rostov 17 6 5 6 26-27 23
8. Rubin 17 6 5 6 22-24 23
9. Akron 17 5 4 8 20-33 19
10. Krılya Sovetov 17 5 3 9 18-26 18
11. Dinamo Mh 17 3 8 6 9-14 17
12. Nijni Novqorod 17 4 4 9 15-31 16
13. Ximki 17 3 7 7 21-31 16
14. Fakel 17 2 8 7 11-24 14
15. Axmat 16 1 6 9 14-31 9
16. Orenburq 17 1 5 11 16-32 8
Bombardirlər: Uqalde (Spartak) – 14, Batrakov (Lokomotiv) – 10, Daku (Rubin) – 9, Kordoba (Krasnodar), Qluşenkov (Zenit) – 8.
Növbəti turun oyunları dekabrın 7-8-də keçiriləcək: Axmat – Orenburq, Dinamo Mh – Rubin, Spartak – Nijni Novqorod, Dinamo M – Ximki, Krasnodar – Lokomotiv, Fakel – ÇSKA, Rostov – Krılya Sovetov, Zenit – Akron.
Oyundan sonra
Sergey Semak, “Zenit”in baş məşqçisi:

“Sözsüz, bu nəticəni gözləmirdik. Doğma meydanda uduzmaq həmişə üzücüdü. Çox asan qollar buraxdıq. Özümüz isə yaratdığımız fürsətləri qola çevirməkdə çətinlik çəkdik. Hətta 1:3-dən sonra da vəziyyəti dəyişmək üçün əlimizdən gələni etdik. Amma qalan vaxtda fürsətlərdən yalnız birini dəyərləndirdik. Ola bilər ki, bu gün pis oynamadıq. Dediyim kimi yaxşı hücumlarımız, qapıya zərbələrimiz oldu. Amma futbolda əsas nəticədi. Nəticə isə təəssüf ki, xeyrimizə olmadı. Bu duruma düşməmək üçün fürsətlərdən vaxtında yararlanıb qol vurmaq lazımdı”.


Murad Musayev,

“Krasnodar”ın baş məşqçisi: “Oyuna yaxşı başladıq. İki təhlükəli vəziyyət yaratdıq. Amma ilk qolu buraxandan sonra bizə nəsə oldu. Müdafiədən dönən topları götürməkdə çətinlik çəkirdik. Eləcə də bütün hava mübarizələrində uduzurduq. İkinci buraxılan qolda heç nədən topu rəqibə bağışladıq. Qısası, bu oyundan heç də müsbət emosiyalarla ayrılmırıq. “Spartak” bizi üstələdi. Oyun intizamımız əvvəlki matçlardakı kimi deyildi. Birinci qol həlledici oldu. Həmin qoldan sonra özümüzü itirdik. Fiziki cəhətdən yaxşı durumda deyilik? Bəli, sizinlə razıyam. “Spartak” bizi fiziki cəhətdən üstələdi”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 12 Dekabr 2024 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see196

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see168

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see167

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see138

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see132

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see127

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see127

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see112

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see111

Hava şəraiti ilə bağlı daha bir XƏBƏRDARLIQ

11 İyul 2025 10:36see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri