Ankarada yanğın olub, biri uşaq olmaqla 3 nəfər həyatını itirib, 20 nəfər zəhərlənib FOTOLENT
Icma.az, Apa.az portalına istinadən məlumat yayır.
Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksində yerləşən çoxmərtəbəli binanda yanğın baş verib.
APA xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.
Məlumata görə, binada köməksiz qalan sakinlər yanğınsöndürənlər tərəfindən xilas edilib. Qəzet xəbər verir ki, hadisə zamanı biri uşaq olmaqla 3 nəfər həyatını itirib, 20 nəfər isə dumandan zəhərlənib. Hadisə ilə bağlı Respublika prokurorluğu istintaqa başlayıb.
Yanğın dünən axşam saatlarında baş verib. Hadisənin səbəbi bəlli deyil. Güclü yanğın dumanından zəhərlənənlər xəstəxanalara yerləşdirilib.
Yanğın zamanı biri uşaq olmaqla 3 nəfərin cansız bədəni tapılıb
Yanğınsöndürmə qruplarının gərgin səyi nəticəsində yanğın nəzarət altına alınıb. Axtarış zamanı biri uşaq olmaqla 3 nəfərin həyatını itirdiyi müəyyən edilib. Ölənlərin adları Aras Şahin (3.5 aylıq), Hüsniyə Çelik Şahin və Muharrem Çetinkaya olaraq açıqlanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 13 İyul 2025 09:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















