Icma.az
close
up
RU
Fidan liderlərin görüşündə:

Fidan liderlərin görüşündə:

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Londonda keçirilən Ukrayna mövzusuna həsr olunmuş toplantıdan sonra jurnalistlərə açıqlama verib.

Modern.az xəbər verir ki, o, ABŞ-ın son siyasi qərarlarının Avropalı liderlər arasında Ukrayna məsələsində və ümumilikdə Avropa təhlükəsizliyi baxımından suallar doğurduğunu vurğulayıb.

Fidan görüşün əsas müzakirə mövzusunun Ukraynadakı mümkün sülh razılaşması və atəşkəs olduğunu qeyd edib. O bildirib ki, bu məsələlər ətrafında fərqli baxışlar mövcuddur və Avropa İttifaqı daxilində də müzakirələr davam edir.

Türkiyənin həm Ukrayna böhranının həllində, həm də Avropanın təhlükəsizlik sisteminin yenidən qurulmasında mühüm rol oynadığını bildirən Fidan Rəcəb Tayyib Ərdoğanın bu istiqamətdə geniş baxışa sahib olduğunu deyib.

Avropa liderlərinin ABŞ-yə səfərlərindən sonra yenidən bir araya gəlib vəziyyəti dəyərləndirdiklərini bildirən nazir bu çərçivədə daha tez-tez toplantıların keçiriləcəyini qeyd edib.

“Görünən odur ki, bu görüşlər artıq altı ayda bir deyil, iki həftə və ya üç həftə aralıqlarla keçiriləcək,” – deyə Fidan bildirib.

Türkiyə XİN rəhbəri vurğulayıb ki, Ukraynadakı sülh razılaşması və Avropanın yeni təhlükəsizlik arxitekturasının formalaşıb-formalaşmayacağını zaman göstərəcək. O, dərhal atəşkəsin elan olunmasını və davamlı sülh prosesinin başlamasını ümid etdiklərini qeyd edib.

“Bu prosesi mümkün edəcək amillər nələrdir? Bu barədə müxtəlif ölkələrin fərqli baxışları var. Amma bizim prioritetimiz aydındır: Prezidentimizin də qeyd etdiyi kimi, barışın itirəni olmaz. Ona görə də sülh üçün indidən hazırlıq görməliyik,” – deyə Fidan əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Mart 2025 01:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hansı qidalar parazit və infeksiya mənbəyidir?

23 Noyabr 2026 10:00see308

Azərbaycana qarşı kiberhücumların arxasında kim dayanır, məqsəd nədir? İKT ÜZRƏ MÜTƏXƏSSİS

23 Noyabr 2026 11:10see308

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see289

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see269

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see263

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see260

Pasterin yeni albomu zirvəyə yüksəldi “012”

23 Noyabr 2026 13:50see247

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see233

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see226

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see223

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see222

Azərbaycan fındığı Çin bazarına çıxarılır

23 Noyabr 2026 12:00see220

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see218

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see215

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see214

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see201

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see199

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see196

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see192

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri