Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq
Icma.az bildirir, Apa.az portalına istinadən.
Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq.
APA-nın xəbərinə görə, artıq bununla bağlı deputatlardan imzalar toplanılıb.
Parlamentin növbədənkənar sessiyasının iyun ayında keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin 42 deputatının tələbi əsasında növbədənkənar sessiya çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə parlamentin, komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.
Milli Məclisin yaz sessiyası mayın 31-də başa çatır.

Parlamnetin yaz sessiyası başa çatır Növbədənkənar sessiya çağırılacaq
23 May 2025 13:17
Milli Məclisin növbədənkənar sessiyası çərçivəsində ilk iclası başlayıb
03 İyun 2025 11:03
Ali Məclisin növbədənkənar sessiyası çağırıldı
12 İyun 2025 19:47
Ali Məclisin növbədənkənar sessiyası keçirilib
30 İyun 2025 16:07
Bu gündən Milli Məclisin yaz sessiyası başlayır
03 Fevral 2025 07:00

