Putin İranla bağlı bu qadağanı tam dəstəkləyir KİV
Icma.az, Bakupost portalına istinadən məlumat yayır.
Rusiya prezidenti Vladimir Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir.
Bakupost.az xəbər verir ki, bununla bağlı anonim mənbələr Axios-a məlumat verib.
Məlumata əsasən, Putin bu mövqeyini həm iranlı rəsmilərə, həm də ABŞ prezidenti Donald Trampa bəyan edib.
Rusiya lideri İran rəsmilərini uranın zənginləşdirilməsini tamamilə qadağan edən bir razılaşmanı qəbul etməyə çağırıb. Buna baxmayaraq, İran tərəfi isə belə bir variantın nəzərdən keçirilməyəcəyini deyərək Putinin çağırışına mənfi cavab verib.
Qeyd edək ki, Rusiya rəsmi şəkildə sülh məqsədləri üçün istifadə olunması şərtilə İranın nüvə proqramını dəstəkləyir.

Tramp İsrail və İranla bağlı bəyanatı imzalamadı KİV
16 İyun 2025 19:41
Tramp və Putin İranla bağlı razılığa gəldi
19 Mart 2025 12:25
KİV: Putin Trampın İranla nüvə danışıqlarında vasitəçilik etmək istəyi ilə razılaşıb
04 Mart 2025 16:06
Peskov: Putin İranla vasitəçiliyə hazırdır
05 İyun 2025 14:38
Hikmət Hacıyev: Azərbaycan İranla əməkdaşlığı dəstəkləyir
18 May 2025 17:04

