Tramp və Putin İranla bağlı razılığa gəldi
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
ABŞ və Rusiya prezidentləri İranın heç vaxt İsraili məhv edə bilməməsi ilə bağlı razılığa gəliblər.
“Cebheinfo.az”-ın məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levit Donald Tramp və Vladimir Putin arasında telefon danışığı barədə verdiyi açıqlamada belə deyib.
“Liderlər Yaxın Şərqi gələcək münaqişələrin qarşısını almaq üçün potensial əməkdaşlıq regionu kimi ətraflı müzakirə ediblər. Onlar, həmçinin strateji silahların yayılmasını dayandırmağı və bunun digər ölkələrlə qarşılıqlı şəkildə mümkün qədər geniş tətbiqini təmininin zəruriliyini müzakirə ediblər.
“Hər iki lider İranın heç vaxt İsraili məhv etmək iqtidarında olmaması ilə bağlı razılığa gəliblər”, - Ağ Evin bəyanatında deyilir.
Xatırladaq ki, martın 18-də ABŞ və Rusiya prezidentləri arasında telefon danışığı olub.
Müşfiq Abdulla
“Cebheinfo.az”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 19 Mart 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















