Selektiv abortlar: “Qanunda boşluqlar var”
Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illərdə ölkəmizdə selektiv abortların artması ciddi sosial və demoqrafik narahatlıq doğurur.
Cinsiyyət əsaslı abortların yayılması, xüsusilə, texnologiyalardan, o cümlədən ultrasəs müayinələrindən sui-istifadə nəticəsində baş verir.
Erkən mərhələlərdə cinsin müəyyənləşdirilməsi tibbi zərurətdən daha çox sosial üstünlüklərə əsaslanan seçim məqsədilə həyata keçirilir.
Hüquqi müstəvidə selektiv abortlar birbaşa qadağan edilməsə də, bu sahədə mövcud nəzarət və monitorinq mexanizmləri kifayət qədər təsirli deyil.
Bəs oğlan uşaqlarının doğum nisbətindəki süni artımın qaşısını necə almaq olar?
Məsələ ilə bağlı “Cebheinfo.az”-a danışan sosioloq Sənubər Heydərova bildirib ki, cinsiyyət ayrı-seçkiliyinin qarşısını almaq üçün qanunlar gücləndirilməlidir:
“Selektiv abortlar əvvəlcədən cinsiyyəti müəyyən etməkdən daha çox həkim etibarsızlığıdır. Həkimləri etik çərçivədə işləməyə məcbur etmək üçün ümumi qaydalar müəyyən etmək lazımdır.
Qanun pozuntusunun təkrarlanmaması üçün belə həkimlərə cərimə və cəzalar tətbiq edilməlidir. Təəssüf ki, bu sahədə hər hansı həkimə cəza tətbiq edildiyi görünməyib, ona görə də abortların sayı gün keçdikcə daha da artır. Qanunda bu sahədə müəyyən boşluqlar var.
Dövlət qəbul edilmiş qanunlara nəzarəti gücləndirməli, eyni zamanda cinsiyyətdə ayrı-seçkiliyə yol verilməməsi mövzusunda maarifləndirici görüşlər keçirməlidir.
Televiziya proqramlarında bu mövzuda debatlar təşkil etmək, həmçinin bu sahədə olan mütəxəsislərlə söhbətə yer verilməsi yaxşı olar”.
S.Heydərova qeyd etdi ki, cinsiyyət ayrı-seçkiliyinin qarşısını almaq üçün müxtəlif ölkələrdə sosial proqramlar həyata keçirilir:
“Bu mövzuda bir neçə məsələyə diqqət yetirmək lazımdı, cinsiyyəti müəyyən edən şəxs ana deyil, yəni məsələni konkret şəxsin üzərinə atmaq da düzgün deyil.
Oğan uşaqlarının sayındakı süni artımın əsas səbəbi valideynlərin cinsiyyət ayri-seçkiliyindən irəli gəlir. Müxtəlif dövlətlərdə bu ayrı-seçkiliyin qarşısını almaq üçün həvəsləndirici kampaniyalar keçirilir.
Məsələn, Türkiyədə bu mövzuda kampaniyalar keçirilməkdədi. Bu kampaniyalrdan biri üç qızını məktəbə göndərən valideynlərin məktəb xərcləri dövlət tərəfindən qarşılanır. Bu kimi tədbirlər ailələrdə cinsiyyət ayrı-seçkiliklərinin qarşısının alınmasına kömək edə bilər”.
Gülər
“Cebheinfo.az”


