Sosioloq: Selektiv abortların başlıca səbəbi...
Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ümumtəhsil məktəblərində təhsil alan şagirdlər arasında oğlanlar 6,6% fərqlə sayca üstünlük təşkil edir. Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2024-cü ildə fəaliyyəti haqqında məlumatın təqdimatı zamanı deyib.
Sosioloq Üzeyir Şəfiyev Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda selektiv abortlar ciddi sosial-demoqrafik problem olaraq qalmaqdadır:
“Statistikalara əsasən, ölkəmiz bəzən bu sahədə, hətta əhalisi milyard yarımı aşan Çin kimi ölkələri də üstələyir. Selektiv abortların başlıca səbəbi patriarxal dəyərlər sistemidir. Ənənəvi cəmiyyətdə oğlan uşaqlarına üstünlük verilir və ailə daxilində dəfələrlə bu istək vurğulanır. Bu, mülkiyyət, varislik, sosial status və dini baxışlarla əlaqədar formalaşmış stereotiplərin nəticəsidir. Nəticədə, doğulan uşaqlar arasında cins balansı pozulur. Bioloji norma 102 qıza qarşı 106 oğlan olsa da, Azərbaycanda bu rəqəm bəzən 115-116 oğlana çatır. Bu vəziyyət 25-30 yaşa qədər davam etsə də, sonrakı mərhələdə xüsusilə 35 yaşdan sonra qadınların sayı artmağa başlayır”.
Sosioloq diqqətə çatdırıb ki, bunun səbəbi oğlanların daha zəif immunitetə malik olması, yüksək qəza və ölüm riski ilə üzləşmələridir:
“Beləliklə, yaşlı əhali arasında qadınlar üstünlük təşkil edir. Bir sözlə, selektiv abortlar cəmiyyətin gələcəyinə mənfi təsir göstərir. Uzunmüddətli perspektivdə gender balansının pozulması genofondun təhlükə altına düşməsinə, sosial gərginliklərə və ailə institutunun zəifləməsinə səbəb ola bilər. Bu baxımdan, selektiv abortlarla mübarizə hüquqi və maarifləndirmə müstəvisində aparılmalıdır. Hüquqi tənzimləmə uşağın hüquqlarını əsas götürməli, abort qərarları yalnız tibbi əsaslarla verilməlidir. Eyni zamanda, ailələr, xüsusilə yeni qurulan ailələr və valideynlər arasında maarifləndirmə işi gücləndirilməlidir. Beləliklə, bu problemin həlli üçün həm qanunvericilik, həm də ictimai şüur səviyyəsində dəyişikliklərə ehtiyac var”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Selektiv abortların mədəni kökü: Problem ultrasəs cihazında yox, beyinlərimizdədir
11 İyul 2025 17:15
Selektiv abortların sayına görə Azərbaycan lider ölkələr sırasına daxil olub QURUM RƏSMİSİ AÇIQLADI
25 Fevral 2025 12:33
Konsertində selektiv abortlara diqqət çəkdi!
24 May 2025 18:26
Selektiv abortlar: “Qanunda boşluqlar var”
12 İyul 2025 16:30
Həyacan təbili: selektiv abortlar qadağan olunmalıdır
06 Dekabr 2024 13:16