Icma.az
close
up
RU
Təxribatlara rəğmən, COP29da uğurlu nəticələr əldə edilir Müşfiq Ələsgərli

Təxribatlara rəğmən, COP29da uğurlu nəticələr əldə edilir Müşfiq Ələsgərli

Icma.az bildirir, Metbuat portalına istinadən.

Bakıda keçirilən COP29 sessiyası dünya miqyasında böyük əks-səda yarada bilib. Buna əsas səbəblərdən biri qlobal təsisatlar tərəfindən konfransa göstərilən diqqətdir. İqlim dəyişiklikləri ilə bağlı müzakirələrin ön planda olsa da, tədbir həm də siyasi, iqtisadi, enerji, nəqliyyat və təhlükəsizlik məsələlərini gündəmə gətirir.

Azərbaycan Prezidenti İlham Əliyevin sessiyanın açılış mərasimində səsləndirdiyi yeni ideyalar və təkliflər beynəlxalq ictimaiyyətdə geniş diskussiyalara yol açıb. Azərbaycana qarşı yönələn təxribatlara və əks-təbliğata baxmayaraq, ölkəmiz beynəlxalq aləmdə mövqeyini gücləndirərək COP29-da mühüm qərarlarının qəbul edilməsinə töhfə vermişdir.

Tanınmış media eksperti Müşfiq Ələsgərli Metbuat.az-a açıqlamasında Prezident İlham Əliyevin Liderlər Sammitinin açılış mərasimindəki çıxışına diqqət çəkib. O bildirib ki, Prezident İlham Əliyev çıxışında Cənubi Qafqaz, xüsusilə regionun lider dövləti olan Azərbaycanı Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu məkan kimi təqdim edir.

"Yeni dünya düzəninə, siyasi münasibətlər sisteminə uyğun olaraq bu regionu Qlobal Cənub və Qlobal Şimal qütbləşməsi arasında ümumi anlaşmaya nail olmaq üçün əlverişli məkan kimi təqdim edir. İdeya irəli sürülür ki, Azərbaycan və onun yerləşdiyi region müxtəlif rakurslu beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpüləri sala bilər. Bu, qlobal güc mərkəzlərinə təqdim olunmuş yeni moduldur və ən müxtəlif kontekstlərdə müzakirələrə yol açır. Beləliklə, həm COP29 sessiyası, həm də Azərbaycanın bu sessiya üzərindən təqdim etdiyi yeni ideyalar beynəlxalq ictimaiyyətin diqqətini çəkir, həssaslıqla izlənilir. Bu sırada Prezident İlham Əliyevin bərpaolunan enerji və Azərbaycanın bu sahədə potensialı, Xəzər və Qara dəniz üzərində qurulması layihələndirilən enerji dəhlizləri barədə verdiyi məlumatlar da xüsusi diqqət çəkərək beynəlxalq medianın xəbər gündəminə çevrilib".

Müşfiq Ələsgərli qeyd edib ki, Prezidentin təklif və ideyaları həm Azərbaycan, həm Cənubi Qafqaz, həm də ümumilikdə bəşəriyyət üçün faydalı olsa da, region üzərində fərqli planlar quran mərkəzləri, xaos, dağıntı, zorakılıq siyasəti yürüdən qüvvələri qıcıqlandırır:

"Onlar COP29-u, konfrans çərçivəsində səslənən ideyaları gözdən salmaq üçün təxribatlar hazırlayırlar. Dövlətimizin başçısının da vurğuladığı kimi, “Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri”, riyakar siyasətçiləri ölkəmiz haqqında dezinformasiyalar yayaraq, tərəqqipərvər layihələri pozmağa çalışırlar. Bu baxımdan biz hər gün qlobal media subyektlərinin səhifələrində həm COP29-u təqdir edən, həm də onun əleyhinə çıxan məqalələr görürük. Amma nəticələr göstərir ki, Azərbaycan öz işini peşəkar səviyyədə qurub, öz ideyalarını, həmçinin COP29-un mahiyyətini dünyaya lazımi səviyyədə çatdıra bilir, əks çıxan qüvvələrin də müqavimətini qırmağı bacarır".

Media eksperti fikirlərini rəqəmlərlə əsaslandırıb. O, bütün bunların təsadüf olmadığını xüsusilə vurğulayıb:

"Bütün əks-təbliğata rəğmən, COP29-a 196 ölkədən gəlmiş 72 min iştirakçı var. Səksən ölkədən prezident, vitse-prezident və Baş nazirlərin qatıldığı bu konfransda bəşəriyyətin xilasına yönəlik müzakirələr aparılır, uğurlu nəticələr əldə edilir", - deyə Müşfiq Ələsgərli fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:107
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Noyabr 2024 23:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Görüntüsü yayılan vəzifəli şəxs işdən çıxarıldı FOTO

12 İyul 2025 00:04see196

Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər Mətbuat Şurası bəyanat yaydı

12 İyul 2025 13:18see167

Trampın Rusiya siyasəti: ABŞ lideri göyərçindən şahinə çevriləcəkmi? KİV

11 İyul 2025 16:15see167

Kitabxananın oxucu və fəalları möhtəşəm konserti izlədilər

11 İyul 2025 21:36see138

Politoloq: Zəngəzur dəhlizi açılarsa, bu, kənar güclərin bütün Trans Xəzər regionunda ekspansiya planlarını pozacaq

12 İyul 2025 00:41see132

Rusiya Fransa üçün əsas təhdiddir

11 İyul 2025 16:49see128

Adam söyüş söyür... Elmar Məmmədyarovun bu sözünə sabiq nazir cavab verdi: Yadıma düşmür ki, nə vaxtsa mən onu söyüm, ya da...

11 İyul 2025 16:13see127

Sosial yardım məbləğində artımlar olacaq? Deputatdan AÇIQLAMA

11 İyul 2025 13:44see127

“Dinamo” Bəxtiyora görə 2 milyon verdi

12 İyul 2025 05:12see125

KİV: Netanyahu hakimiyyəti saxlamaq üçün Qəzzada müharibəni qəsdən uzadıb

12 İyul 2025 05:55see125

Dağıstanla sərhəddə sudan KÜTLƏVİ ZƏHƏRLƏNMƏ Azərbaycan üçün də təhlükə

11 İyul 2025 17:49see125

“Altun” dövrü bitdi, Türkiyədə jurnalistlər sevinir

11 İyul 2025 10:10see120

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see120

Bu universitetin prorektoru vəzifəsindən azad olunub

11 İyul 2025 16:32see117

PKK terrorçuları silahları bu gün TƏHVİL VERİR

11 İyul 2025 09:15see114

XİN: BMMT nin Baş katibi seçilən Ərgüc Kələntərli əksəriyyətin dəstəyini qazanıb

11 İyul 2025 16:33see113

“Eşref” və “Demir” eyni layihədə

12 İyul 2025 01:16see112

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see111

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see111

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri