Icma.az
close
up
RU
Müşfiq Ələsgərli: USAİD dost ölkələri də narazı salıb, rəqibə çevirib

Müşfiq Ələsgərli: USAİD dost ölkələri də narazı salıb, rəqibə çevirib

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

USAİD-in yanlışları təkcə daxili siyasətə baş qoşub kompromat savaşına girişməsi ilə bitmir, xarici siyasət kursunda da ciddi qüsurlara yol verib

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) korrupsiyada, yəni ehtiyacı olan ölkələrə və icmalara yardım proqramına yönəldilməli olan vəsaitlərin oğurlanmasında ittiham olunur. Eyni zamanda, İlon Mask açıq şəkildə USAİD-i cinayətkarlıqda ittiham edib.

Qeyd edək ki, Tramp hökuməti USAİD-in layihələrini dayandırıb. Dünəndən USAİD-in tvitter hesabı bağlanıb, saytı da açılmır. USAİD-in Vaşinqtonda yerləşən baş qərargahı administrasiyanın qərarı ilə bağlanıb. Üstəlik, təşkilatın fəaliyyəti ilə bağlı bir sıra qanunsuzluqlar da üzə çıxıb. Belə ki, ABŞ Dövlət Departamentinin Mətbuat xidməti tərəfindən yayılan yazılı bəyanatda USAİD proqramlarının əhəmiyyətli hissəsinin ABŞ-nin əsas maraqlarına cavab vermədiyi qeyd olunub: “USAİD öz ilkin təyinatından çoxdan kənara çıxıb. İndi tam aydındır ki, USAİD-in maliyyələşməsinin əhəmiyyətli hissəsi Birləşmiş Ştatların əsas milli maraqları ilə bağlı deyil".


Azərbaycan Mətbuat Şurasının (MŞ) Beynəlxalq əlaqələr komissiyasının sədri, media eksperti Müşfiq Ələsgərli “Sherg.az"a açıqlamasında USAİD-in təxminən 50 milyard dollar məbləğində büdcəyə malik olmaqla, dünyanın ən böyük yardım təşkilatı olduğunu xatırladıb. Qeyd edib ki, quruluş məramnaməsində qeyd edilir ki, o, xarici  ölkələrdə “mülki-humanitar yardımların çatdırılmasını, həmçinin, demokratik inkişafı hədəfləyən proqramların icrasını” reallaşdıran təsisatdır: 


“ABŞ Konqresi tərəfindən “Xarici Yardım Aktı” proqramı çərçivəsində təsdiqlənən  layihələr  USAİD vasitəsilə icra edilir.

Amma təcrübə göstərir ki, USAİD fəaliyyət göstərdiyi ölkələrdə mülki-humanitar kampaniyalardan, demokratik inkişafı ehtiva edən proqramlardan daha çox,  bu ölkələrdə siyasi proseslərə açıq müdaxilə etməsi, çaxnaşmalar yaratması ilə məşhurdur. O, ABŞ-nin hədəfində olan ölkələrdə ictimai rəyi idarə etmək, “humanitar yardımlar” adı altında cəmiyyətlərin rəğbətini qazanmaq üçün yaradılmış bir mexanizmdir.  ABŞ Dövlət Departamentinin və  Mərkəzi Kəşfiyyat İdarəsinin kənar cəmiyyətlərdə tapşırıqlarının icraçısı rolunda çıxış edən bir alətdir. Zərurət yarananda “humanitar yardım” proqramlarından kənara çıxır, ayrı-ayrı ölkələrdə siyasi kataklizmlər törədir,   hakimiyyət çevrilişlərinə dəstək verir, xaos və dağıntılar törədir. Müasir terminologiya ilə ifadə etsək,  USAİD ABŞ-nin ”yumşaq güc” texnologiyasıdır, onun ekspansiya siyasətini icra edən əsas təsisatdır. Təşkilatın saytında da qeyd edilir ki, o, “Dövlət Departamenti və Mərkəzi Kəşfiyyat İdarəsi ilə koordinasiya edilmiş formada fəaliyyət göstərir”.

Maraqlıdır, nə baş verib ki, ABŞ prezidenti bu cür mötəbər bir qurumun bağlanmasına qərar verib? Dünya mediası bu suala cavab axtarır. Versiyalar çoxdur. Ötəri ehtimallar üzərində qurulanlar da az deyil. Amma sırada rasional görünənlər də var. Məsələn, qeyd olunur ki, USAİD rəhbərliyi bəzi hallarda sayıqlığı itirib, xarici hədəfləri unudaraq, daxili siyasətə bulaşıb. Demokratların Respublikaçılar üzərində qələbəsi üçün çalışıb. Konkret desək, Donald Trampın seçkilərdə məğlub edilməsi üçün vəsait xərcləyib. Belə ki, Nyu-Yorkun meri və Prezident D.Trampın kibertəhlükəsizlik üzrə keçmiş müşaviri R.Culianiyə qarşı kompromatın tapılması üçün OCCRP-yə 20 mln dollar qonorar verib”.


M.Ələsgərli hesab edir ki, USAİD-in yanlışları təkcə daxili siyasətə baş qoşub kompromat savaşına girişməsi ilə bitmir. O, xarici siyasət kursunda da ciddi qüsurlara yol verib: 

“Xarici ölkələrdə “humanitar yardım” proqramları icra etmək, bu yolla həmin cəmiyyətlərdə ABŞ-yə rəğbət formalaşdırmaq əvəzinə, özünün kobud, yanlış siyasəti və davranışları ilə bəzən dost ölkələri də narazı salıb, rəqibə çevirib. Məsələn, 2023-cü ilin  oktyabr ayında Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti USAİD-i ifşa edən rəsmi açıqlama yaydı. Onu  Gürcüstanda inqilabi proseslərin planlaşdırılmasında ittiham etdi. Uzun illər ərzində ABŞ-yönlü siyasət yürüdən Gürcüstanın ABŞ-dən incik düşüb üz döndərməsi, əslində, bu nöqtədən başladı. USAİD-in yarıtmaz siyasəti Gürcüstanı ABŞ-nin dostluğundan çıxardı, rəqibinə çevirdi. Amma bu, USAİD-in adının qarışdığı ilk və yeganə qalmaqal deyil. Afrika, Asiya, Yaxın Şərq, Latın Amerikası və Şərqi Avropa dövlətlərində son 30 il müddətində gerçəkləşdirilən inqilabi proseslərdə, xaosun, qarşıdurmaların artmasında USAİD-in iştirakı görünür.

USAİD Azərbaycanda da bənzər problemlər yaratdı. Agentliyin rəhbəri Samanta Pouer ABŞ-nin Cənubi Qafqazdakı maraqlarını özünün şəxsi maraqlarına satdı. O, erməni əsilli milyarder, yaxın dostu Ruben Vardanyanı müdafiə etmək naminə Azərbaycanı incik saldı, münasibətləri soyutdu. USAİD-in maliyyələşdirdiyi KİV və QHT-lər 2023-cü ilin sentyabr tədbirlərindən sonra  “Azərbaycanı etnik təmizləmədə”, “Ermənistan ərazisini işğal etməyə hazırlaşmaqda” ittiham edən məlumatlar yaydılar. Təsirlərində olan KİV və QHT-lər vasitəsilə ölkəmizə qarşı beynəlxalq səviyyədə kampaniyalar keçirdilər, haqsız hücumlar təşkil etdilər”.


Bu kontekstdə USAİD-in imkanlarının hədsiz dərəcədə geniş olduğunu xatırladan ekspert bildirib ki, təkcə 2023-2024-ci illərdə “müxtəlif ölkələrdə vətəndaş cəmiyyəti quruculuğuna dəstək vermək” adı altında USAİD 9  milyard dollardan çox vəsait sərf edib. Fəaliyyətini “Vətəndaş cəmiyyətlərinin inkişafına töhfə vermək” adı altında pərdələyib: 

“Reallıqda isə siyasi proseslərə müdaxilə edib, cəmiyyətlərdə qarşıdurma yaratmağa çalışıb. Maliyyələşdirdiyi KİV və QHT-lərin vasitəsilə istənilən ölkəyə qarşı qarayaxma kampaniyası apara bilir.  Faktlar sübut edir ki, ABŞ II Dünya müharibəsindən sonrakı 80 il ərzində Avropa məkanında, o cümlədən, ümumilikdə dünya miqyasında öz hegemonluğunu təmin etmək üçün bu mexanizmdən də faydalanıbdır. “Humanitar yardım göstərmək”, “demokratik inkişafı dəstəkləmək” adı ilə çoxsaylı “donor institutlar” və “QHT şəbəkələri” formalaşdırıb. ABŞ-nin hansısa regionda maraqları təhlükəyə düşəndə həmin “donor institutlar” və peyk “QHT şəbəkələri” aktivləşiblər. Ərazisində fəaliyyət göstərdikləri milli hökumətləri fakt qarşısında qoyaraq, güzəştlərə sövq ediblər. Belə proqramların işlək halda saxlanılması üçün ABŞ-də tam bir dövlət mexanizmi yaradılıb. USAİD, NED, Marşall, İREX və digər “beynəlxalq donorlar” məhz bu proqramın icraçıları olaraq meydana çıxarılıblar. Onların çevrələrində QHT-lərdən, media orqanlarından ibarət şəbəkələr formalaşdırılıb. Ayrı-ayrı ölkələrdə yüzlərlə “milli QHT”lər vardır ki, öz fəaliyyətlərini istisnasız olaraq Vaşinqtonla koordinasiya edirlər; okeanın o tayından gələn tapşırıqları qeyd-şərtsiz yerinə yetirirlər. Bu baxımdan yanaşsaq, Samanta Pouerin yarıtmaz, naşı fəaliyyəti təkcə USAİD-i deyil, bütövlükdə ABŞ-nin xarici siyasət alətlərini ifşa edib risk altına saldı”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Fevral 2025 12:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri