Tramp Braziliya Prezidenti ilə tarifləri müzakirə edə biləcəyini istisna etməyib
Icma.az, Xalqcebhesi portalına istinadən məlumat yayır.
ABŞ Prezidenti Donald Tramp Braziliya Prezidenti Luis İnasiu Lula da Silva ilə gələcəkdə gömrük rüsumları ilə bağlı danışıqlar aparacağını istisna etməyib.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tramp dağıdıcı daşqından sonra aparılan təmizləmə işlərinin gedişatını yoxlamaq üçün Endryus hərbi bazasından (Texas ştatı) uçmazdan əvvəl Ağ Evin Cənub qazonunda jurnalistlərə bildirib.
“Ola bilsin, onunla (Lula da Silva ilə - red.) hansısa məqamda danışa bilərəm, amma indi bunu etməyi planlaşdırmıram”, - o deyib.
Tramp həmçinin Braziliya hökumətinin ölkənin keçmiş prezidenti Jair Bolsonaru ilə son dərəcə ədalətsiz davrandığını vurğulayıb.
O, əlavə edib ki, Bolsonaru sərt danışıqlar aparan insan olsa da, çox dürüst biri idi.
Xatırladaq ki, iyulun 9-da Tramp ikitərəfli ticarət kəsiri səbəbindən avqustun 1-dən Braziliya idxalına 50 % gömrük rüsumları tətbiq etmək qərarına gəldiklərini bildirib. Buna cavab olaraq Lula da Silva da qeyd edib ki, Braziliya ABŞ-nin rüsumlarına iqtisadiyyatda qarşılıqlı tədbirlər haqqında qanun əsasında cavab verəcək. Qanun aprel ayında qəbul edilib və kommersiya güzəştlərinin, investisiyaların və əqli mülkiyyət hüquqları ilə bağlı öhdəliklərin dayandırılması meyarlarını özündə ehtiva edir.


