Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Orta məktəblərimizdə Çin dilinin tədrisi: Səmərəli olacaqmı?

Orta məktəblərimizdə Çin dilinin tədrisi: Səmərəli olacaqmı?

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Məktəblərdə Çin dilini tədris etmək istəyirik..." Elm və təhsil naziri Emin Əmrullayevin VIII ADA Beynəlxalq Təhsil Konfransında Azərbaycan məktəblərində Çin dilinin tədrisi ilə bağlı səsləndirdiyi fikirlər geniş müzakirələrə səbəb olub. Nazir bildirib ki, hansısa müəllim xarici dil tədris etməsi üçün başqa ölkədən dəvət olunursa, lazımi əmək haqqı ilə təmin edilməlidir. Bu mənada, dili tədris edən kadrlar özümüzdə yetişməlidir.

Orta məktəblərimizdə Çin dilinin tədrisi ilə bağlı sosial platformalarda da müxtəlif rəylər yayılır. "Çin dünya siyasətində aparıcı mövqeyə malikdir, bu qərar məqsədəuyğundur"; "Bu qədər Çin dili bilən müəllimi haradan tapacağıq?"; "Hələ öz dilimizi düzgün tədris edək, sonra Çin dilinə keçərik"; "Məktəbdə tədris olunsa, həm də aşağı siniflərdən tədrisə başlasa nə gözəl!"; "Çin dili beynəlxalq dil deyil, bu dili öyrənən onu ancaq Çinə gedərkən danışacaq, əsas ingilis və rus dilləridir" və s.

Təbii ki, nazirin fikirləri təşəbbüs və ideya olaraq cəlbedicidir. Bəs həyata keçirilməsi necə? Kadr hazırlığı, dərs vəsaitlərinin hazırlanması üçün nə qədər vaxt lazımdır? Orta və ümumtəhsil məktəbləri səviyyəsində Çin dili tədris edən müəllimlərimiz varmı?

Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

İxtisaslı müəllim hazırlığına ehtiyac var

Qəbələ rayonu Vəndam qəsəbəsi E.Bəşirov adına 3 saylı tam orta məktəbin müəllimi Fəridə Ağayeva hesab edir ki, məktəblərdə Çin dilinin tədrisi ideyası müasir dövrün çağırışlarına cavab verən, gələcəyə yönəlmiş strateji təşəbbüsdür: "Çin dili bu gün sadəcə bir dil deyil - bu, texnologiya, elm, ticarət və beynəlxalq əlaqələr dilidir. Azərbaycanda bu dilin məktəb təhsilinə daxil edilməsi, xüsusilə bölgələrdə yaşayan şagirdlər üçün yeni imkanların açılması deməkdir. Məsələn, kənddə yaşayan bir şagirdin Çin dilini öyrənməsi, onun yalnız dil biliklərini deyil, eyni zamanda özgüvənini, gələcək arzularını və hətta ailəsinin təhsilə yanaşmasını da müsbət yöndə dəyişə bilər. Xüsusən, uşaqların son illər Çin, Koreya kimi ölkələrin mədəniyyətlərinə böyük maraq göstərdiklərini də nəzərə alsaq, bu, uşaqlar üçün də sevindirici bir nüans olar. Məktəb və şəxsi maraq dünyalarının üst-üstə düşməsi onların dərsə olan motivasiyasını da yüksəldər". F.Ağayeva hesab edir ki, bu təşəbbüsün uğurla həyata keçməsi üçün ilk növbədə, ixtisaslı müəllim hazırlığı təmin olunmalıdır: "Çin dili spesifik struktur və fərqli mədəni kontekst daşıdığı üçün onun tədrisində yalnız dil biliklərinə deyil, eyni zamanda pedaqoji metodikalara da xüsusi önəm verilməlidir. Müəllimlərin distant təlimlər, beynəlxalq təcrübə mübadilələri və müasir resurslarla təmin olunması bu istiqamətdə vacib addımlardandır". Müəllimin fikrincə, Çin dilinin məktəblərdə tədrisi yalnız böyük şəhərlərlə məhdudlaşmamalı, regionlarda - xüsusilə kənd yerlərində də paralel olaraq tətbiq olunmalıdır: "Təhsil bərabər imkanlar üzərində qurulmalıdır və hər bir uşaq - istər şəhərdə, istərsə də kənddə yaşasın, bu imkanlardan faydalana bilməlidir. Son dövrlərin təcrübəsi göstərir ki, kənd yerində yaşayan uşaqlar xarici dilləri öyrənməkdə maraqlıdırlar. Lakin Çin dili struktur hesabı ilə daha çətin olduğu üçün məktəblərdə keçirilməsi şagirdlərimiz üçün əlçatanlığı artırar. Nəticə etibarilə, Elm və Təhsil Nazirliyinin belə bir təşəbbüsü gündəmə gətirməsi, təkcə dil öyrətmək deyil, əslində gələcəyə sərmayə qoymaqdır".

"Çin dili çox spesifik fonetika və yazı sisteminə malikdir"

Salyan rayon Dayıkənd kənd A.Nağıyev adına tam orta məktəbin ingilis dili müəllimi Nuranə Xanmədovanın fikrincə, qloballaşma prosesləri və ölkəmizin beynəlxalq əlaqələrinin genişləndirilməsi müxtəlif xarici dillərin öyrənilməsinə olan marağı artırır: "Çin dilinin orta məktəblərdə tədrisinə effektiv şəkildə başlamaq üçün ilk və ən vacib addımlardan biri bu dili sərbəst bilən kadrların təhsilə cəlb olunmasıdır. Çin dili çox spesifik fonetika və yazı sisteminə malikdir. Prosesə ölkəmizdə Çin dilini akademik dərəcədə əldə etmiş, Çində təhsil almış, bu potensialı özündə əks etdirən şəxslər cəlb edilməlidir".

Müəllimlərimiz buna hazırdırlarmı?

"Hazırda ölkədə əsas xarici dil kimi ingilis və rus dilləri tədris olunur. Bununla paralel olaraq alman, fransız, italyan və ərəb dilləri də keçirilir. Sovet dönəmində də belə olub", - deyə təhsil məsələləri üzrə ekspert İlham Əhmədov bildirir: "Hər hansı bir dilin dünyada yayılması o dili daşıyan ölkənin dünya üzrə hegemonluğu ilə bağlıdır. Çin bu gün dünyada iqtisadi, siyasi, hərbi və s. sahələrdə qlobal bir qüvvədir. Azərbaycanla da iqtisadi, siyasi əlaqələri get-gedə güclənir. Bu baxımdan, Çin dilinin tədrisi bizim üçün fransız və ya italyan dilinin öyrənilməsindən daha önəmlidir. Yəni bizim bazarda aparıcı xarici dil ingilis, rus və Çin dili olacaq. Bu mənada ola bilsin ki, reallaşsın. Sadəcə, bizim müəllimlərimiz buna hazırdırmı? Biz rus və ingilis dilini uzun illərdir tədris edirik, amma tədrisi yüksək səviyyədə deyil. Əgər bu dili də belə tədris edəcəyiksə, heç başlamağa dəyməz". Ekspertin fikrincə, bu dil yeni olduğuna görə hələ müəllim, dərslik hazırlığı, metodika və s. məsələlərlə bağlı 10-15 il böyük problemlər olacaq: "Bu mənada bu dilin tədrisinin səmərə verəcəyinə inanmıram. Digər tərəfdən, indi texnologiyalar o qədər inkişaf edib ki, dili hər hansı cihazlar vasitəsilə də öyrənmək mümkündür. Çinin özündə hazırda elmi dil kimi ingilis dilindən istifadə olunur. Fikrimcə, "Çin dilini necə öyrədək?" sualındansa "riyaziyyatı, ana dilini, informatikanı necə öyrədək?" sualına cavab tapmaq lazımdır. Uşaqların gələcəyi fundamental elmlərdən asılıdır".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:201
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 İyul 2025 21:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri