Icma.az
close
up
RU
Azərbaycanda ehsan ləğv edilə bilər Gözlənilən qərar…

Azərbaycanda ehsan ləğv edilə bilər Gözlənilən qərar…

Redaktor.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sabirabad və Saatlı rayonlarında yas mərasimlərində ehsan verilməməsi ilə bağlı əhaliyə tövsiyə verilib. Son aylarda ölkənin bir neçə rayonunda da oxşar çağırışlar gündəmə gəlib. Bu tövsiyələr cəmiyyət tərəfindən birmənalı qarşılanmasa da, artıq müəyyən sosial çevrələrdə dəstək qazanır. 

Rayonlarda ehsan verilməməsi ilə bağlı tövsiyələr ölkə üzrə vahid və rəsmi qərara çevrilə bilərmi?

Redaktor.az xəbər verir ki, Globalinfo.az-a danışan ilahiyyatçı Tural İrfan deyib ki, təmtəraqlı yas mərasimlərinin və ehsan adı ilə təşkil olunan qonaqlıqların ləğv edilməsi məqsədilə maarifləndirmə, təbliğat işləri aparılır:

“Dinimizdə yas məclisi anlayışı yoxdur və israfçılıq açıq şəkildə günah sayılır. İslama görə, insanların vəfatından sonra sadə və təvazökar mərasimlər keçirilməli, bu zaman yalnız yaxınların dəstəyi və dua ilə yetinilməlidir. Məclislərdə lüksə qaçmaq, əslində dinin təlimlərinə ziddir. Çünki məqsəd mərhumun ailəsinə yardım etmək və mənəvi dəstək göstərməkdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də bu istiqamətdə müvafiq tədbirlər görür və bunun effekti görünür. Bir çox rayonlarda artıq dəyişikliklər hiss olunur. Bu cür işlər, adətən rəsmi qərarlardan əvvəl təbliğat və maarifləndirmə yolu ilə həyata keçirilir. Əgər tövsiyələr nəticə verməsə və ya süni maneələr yaransa, əlbəttə, rəsmi qərar mümkündür. Çünki adını “adət” qoyub əhalinin bu səbəbdən kreditə müraciət etməsi və maddi çətinliklərlə üzləşməsi müasir dövr üçün arzuolunmaz haldır. Bu, həm də sosial bərabərsizlik və stress yaradan bir amilə çevrilir”.

İlahiyyatçı bildirib ki, müvafiq icra orqanları bu məsələyə ciddi yanaşmalı və lazımi tədbirləri görməlidir:

“Eyni zamanda, din xadimləri dəfn mərasimlərində təbliğat aparmalı və insanlara dinimizin bu məsələyə yanaşmasını izah etməlidirlər. İslam qaydalarına əsasən, insan vəfat etdikdə cəsədi qüsl verilib kəfənlənir və namazı qılındıqdan sonra torpağa tapşırılır. Bu mərasimlərdən sonra qohumlar və yaxınlar toplaşıb dua edir, ardınca isə çıxıb gedirlər. Peyğəmbər dövründə heç bir nümunə yoxdur ki, səhabələr və ya Peyğəmbərin yaxınları dəfn mərasiminin ardınca toplaşıb ehsan yesinlər. Bu, dinin təhrif olunmasının nəticəsidir. Qonaqlara su, çay, kofe və xurma kimi yüngül tərkibli nemətlər təqdim oluna bilər. Lakin təmtəraqlı yemək süfrələri və xörəklər hazırlamaq doğru deyil”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 13 İyul 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Navai taksi sürücüsü işlədiyi günləri xatırladı Foto

16 Avqust 2026 13:25see410

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see319

İran AzTV ilə bağlı qərarını açıqladı

16 Avqust 2026 20:34see268

Günay Peruda dincəlir Fotolar

16 Avqust 2026 15:28see256

Yaşlanmaya son verilir: Alimlər ilk dəfə insan hüceyrələrini “cavanlaşdırmağa” başladı

16 Avqust 2026 21:33see227

Duran "Seltik"də daha bir qol vurdu

16 Avqust 2026 12:12see225

Yəməndə husilərə qarşı 181 hərbi əməliyyat keçirilib

16 Avqust 2026 15:01see223

Azərbaycanın tranzit yükdaşımaları bərpa etməsi xoşniyyətli siyasətin göstəricisidir

17 Avqust 2026 12:27see218

​Komitə sədrindən həyəcanlı çağırş “Bu acı böhranı yalnız...”

16 Avqust 2026 15:16see209

Kimlər aclığa dözə bilmir? Həkimdən məsləhət

17 Avqust 2026 04:01see204

Türkiyənin Giresun vilayətində sel 5 nəfəri apardı

17 Avqust 2026 05:40see186

Tbilisi Bakı qatarında bilet qıtlığı: “ADY bilet qaytarmaqdan faiz qazanır” iddiası

17 Avqust 2026 12:31see186

Rusiyada Wildberries in neçə obyektinə ZƏRBƏ ENDİRİLİB? FOTO/VİDEO

16 Avqust 2026 15:26see182

Hamımız bu məğlubiyyətdən dərs çıxarmalıyıq İsmayıl Kartal

16 Avqust 2026 12:19see167

Müslüm Maqomayevin doğum günüdür

17 Avqust 2026 00:04see166

Şuşanın Kiçik Qaladərəsi, Xocavəndin Quzeyxırman və Güneyxırman kəndlərinə köç karvanları yola salınıb

17 Avqust 2026 07:15see166

12 il əvvəl də belə olmuşdu

16 Avqust 2026 12:52see166

Azərbaycanda general vəfat etdi FOTO

16 Avqust 2026 12:16see165

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

17 Avqust 2026 01:12see163

Psixoloqlar açıqladı: Tətili gözəl keçirmək istəyirsinizsə...

16 Avqust 2026 23:01see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri