Türkiyədə Grok süni intellekti bloklanıb
Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Türkiyədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan haqqında xoşagəlməz ifadələr işlətdiyinə görə İlon Maskın sahibi olduğu "xAI" tərəfindən hazırlanmış "Grok" süni intellekti bloklanıb.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə Türkiyənin "Cumhuriyet" nəşri məlumat yayıb.
Bloklanmaya əsas kimi Türkiyədə prezidenti təhqir etməyə görə cinayət məsuliyyətini nəzərdə tutan qanunun müddəalarının pozulması göstərilib.
Türkiyə qanunvericiliyinə görə, bu cür hərəkətlər dörd ilə qədər həbslə cəzalandırıla bilər. Bloklama qərarı Ankara Respublika Prokurorluğunun təşəbbüsü ilə qəbul edilib və Türkiyənin İnformasiya və Kommunikasiya Texnologiyaları İdarəsi tərəfindən həyata keçirilib.

Rutube Türkiyədə bloklanıb
06 Aprel 2025 18:34
Rutube Türkiyədə bloklanıb?
29 Mart 2025 12:12
Türkiyədə prokurorluq Grok la bağlı araşdırmalara başladı
09 İyul 2025 03:55
Mask dünyanın ən ağıllı süni intellekti olan Grok u TƏQDİM ETDİ
18 Fevral 2025 18:04
“Rutube” qumar oyunlarının reklamına görə Türkiyədə bloklanıb
29 Mart 2025 12:17

