Icma.az
close
up
RU
Menu

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

1 milyon mərmi vəziyyəti dəyişəcəkmi?

1 milyon mərmi vəziyyəti dəyişəcəkmi?

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Ukrayna Qərb müttəfiqlərindən yeni hərbi yadımlar gözləyir

Rusiya -Ukrayna müharibəsində rus qoşunlarının üstünlüyü davam edir. Son zamanlar Rusiya ordusu Ukraynada yeni əraziləri ələ keçirib. NATO-nun Baş katibi Mark Rutte bugünlərdə keçirdiyi mətbuat konfransında Ukraynanın hazırda Rusiya ilə cəbhədə məğlub olduğunu etiraf edib. “İndi bütün qış boyu və lazım gələrsə, uzunmüddətli perspektivdə biz Ukraynaya hərbi yardım axının davam etdiyinə əmin olmalıyıq. Onda biz Kiyevi ərazi itirdiyi mövqedən cəbhəni sabitləşdirmək və sonra ərazisini bərpa etmək mövqeyinə keçirə bilərik”, - deyə o qeyd edib. Onun sözlərinə görə, NATO-nun Kiyevə hərbi dəstəyi son dərəcə vacib olaraq qalır.

Borrel Zelenskiyə vəd verib?

Belə bir şəraitdə müttəfiqlər Ukraynaya yeni hərbi yardımların edilməsini müzakirə edirlər. Avropa İttifaqının Ukraynaya 1 milyon mərmi vermək planının bu ilin sonuna qədər tamamlanacağı gözlənilir. Bu barədə Kiyevə səfər edən Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borrelin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra Ukrayna Prezidentinin Ofisi məlumat yayıb. Danışıqlarda Zelenski Aİ və ittifaqa üzv ölkələrin Ukraynaya göstərdiyi yardıma, xüsusən də 1 milyon mərmi verilməsi qərarına görə minnətdarlığını bildirib. Bundan əlavə, tərəflər Ukrayna ilə Avropa İttifaqı arasında gələcək qarşılıqlı fəaliyyət, hərbi yardımın artırılması, G7 qrupunun qərarına uyğun olaraq Kiyevə 50 milyard dollar ayırmaq üçün bütün prosedurların başa çatdırılması kimi məsələləri müzakirə ediblər. 2023-cü ilin martında Avropa İttifaqı Ukraynaya 1 milyon döyüş sursatı tədarük edəcəyinə söz vermişdi. Bu günədək rəsmi Kiyevə 980 mindən çox mərmi təhvil verilib.

Bayden administrasiyası Kiyevə növbəti hərbi yardım paketi ayırıb

ABŞ-ın Bayden administrasiyası da hələ ki, öz  siyasətini davam etdirir. Belə ki, ABŞ Ukraynaya 425 milyon dollar məbləğində növbəti silah paketi ayırdığını elan edib. Bununla bağlı yayılan sənəddə qeyd olunub ki, yeni yardım paketinə NASAMS hava hücumundan müdafiə raket kompleksləri, HIMARS reaktiv yaylım atəş sistemləri, “Stinger” daşınan zenit-raket kompleksləri, 155 və 105 mm kalibrli artilleriya mərmiləri, TOW tank əleyhinə sistemlər üçün döyüş sursatı, “Javelin” və AT-4 tank əleyhinə komplekslər, PUA-lara qarşı mübarizə vasitələri, hava - yer sinifli döyüş sursatı, “Stryker” zirehli transportyorlar, atıcı silahlar və döyüş sursatı daxildir. Həmçinin vurğulanıb ki, silahlar Kiyevə PDA (Presidential Drawdown Authority) mexanizmi vasitəsilə veriləcək ki, bu da ABŞ prezidentinə fövqəladə vəziyyət yarandığı təqdirdə xarici tərəfdaşa Konqreslə razılaşdırmadan silah tədarük etməyə imkan verir.

Yeri gəlmişkən, Pentaqonun sözçüsü Pat Rayder bildirib ki, Konqres 2024-cü ilin aprelində Ukrayna üçün əlavə maliyyələşdirməni təsdiqlədikdən sonra Birləşmiş Ştatlar Ukraynaya vəd etdiyi sursatın 83 faizinin, hava hücumundan müdafiə vasitələrinin 67 faizinin verilməsini təmin edib: “Əlavə maliyyənin qəbulundan oktyabrın ortalarına qədər anbarlarımızdan vəd etdiyimiz əsas sursatın 83 faizini Ukraynaya çatdırdıq”. Söhbət 155 mm çaplı artilleriya mərmilərindən, HIMARS GMLRS sistemləri üçün raketlərdən, “Patriot” və NASAMS sistemləri üçün döyüş sursatlarından gedir. Pat Rayder ABŞ-ın “Stinger” və HAWK üçün raketlər də daxil olmaqla, vəd etdiyi digər hava hücumundan müdafiə imkanlarının 67 faizini təmin etdiyini bildirib. “Kiçik bombalar və 105 mm-lik sursat da daxil olmaqla, yanğınla bağlı öhdəliklərimizin 60 faizini yerinə yetirdik”, - deyən Pentaqon rəsmisi əlavə edib ki, ABŞ anbarlarından silahların çatdırılması bir neçə gün və ya həftələr davam edir. Avadanlıqlardan hər hansı birinin təmirə ehtiyacı varsa, tez bir zamanda bərpa olunur və Ukraynaya göndərilir.

“Politico”: Trampın andiçmə mərasimindən sonra vəziyyət kəskin dəyişə bilər

Noyabrın 5-də keçirilən prezident seçkilərində respublikaçı Donald Tramp qalib gəlsə də, o, gələn ilin yanvarında səlahiyyətlərinin icrasına başlayacaq. Həmin vaxtda qədər Bayden administrasiyası Ukraynaya hərbi yardımlarla bağlı yeni qərarlar verə bilər. “Politico” nəşri də yazır ki, səlahiyyət müddəti başa çatmaq üzrə olan Cozef Bayden administrasiyası Konqresin Kiyev üçün ayırdığı 6 milyard dolları Donald Trampın andiçmə mərasiminədək Ukraynaya yönəltməyi planlaşdırır. Ali Rada Ağ Evin yardımı sürətləndirmək cəhdlərini həyəcan siqnalı kimi qiymətləndirib. Belə ki, Trampın andiçmə mərasimindən sonra vəziyyət kəskin şəkildə dəyişə bilər.

Rəsmi Kiyev dəfələrlə etiraf edib ki, ölkə müstəqil olaraq yalnız hərbi büdcə xərclərini ödəyə bilir və digər sahələr müttəfiqlərinin köməyilə maliyyələşir. Hökumət 2025-ci il üçün büdcə layihəsini 1,6 trilyon qrivna (38,68 milyard dollar) kəsirlə Radaya göndərib. Qərb tərəfdaşları isə Kiyevə özünü maliyyələşdirmək imkanlarını artırmaq üçün daha çox mənbələr axtarmağı tövsiyə edir.

“Politico” nəşri Tramp administrasiyasının sabiq məmurlarına istinadla onu da yazıb ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Ukraynanı taleyin ümidinə buraxmaq fikrində deyil. Bildirilir ki, Trampın Ukraynanı taleyin ümidinə buraxacağından narahat olanlar var, lakin “onun əsas prioriteti ədalətli sülh tapmağa çalışmaq olacaq”.

Xatırladaq ki, bir neçə gün öncə Donald Trampın baş müşaviri Brayan Lanza BBC-yə bildirmişdi ki, Ukrayna ərazilərin qaytarılması barədə düşünmək əvəzinə, Trampın Rusiya ilə “realist dünya görüşünü” qəbul etməlidir. Müşavir həmçinin vurğulamışdı ki, Trampın gələcək administrasiyası Ukraynanın əks-hücum imkanlarını təmin etmək əvəzinə, məhz sülhə nail olmaq məsələsinə diqqət yetirəcək.

Lakin çox keçmədən “Reuters” agentliyi Trampın keçid komandasının adı açıqlanmayan nümayəndəsinə istinadən belə bir məlumat yaydı ki, Lanzanın Ukrayna mövzusunda söylədiyi sözlər ABŞ-nin yeni seçilmiş prezidentinin mövqeyini əks etdirmir.  “Brayan seçki kampaniyasında işləmək üçün işə götürülmüşdü”, - deyə agentlik Tramp qərargahının nümayəndəsinin sözlərini sitat gətirib: “O, Prezident Tramp üçün işləmir və onun adından danışmır”.

Beləliklə, Ukrayna hazırda çox çətin durumdadır. Rusiya ordusunun hücumlarının gücləndiyi bir şəraitdə müttəfiqlərinin yetərincə hərbi dəstək verməməsi rəsmi Kiyevi çıxılmaz vəziyyətə sürükləyir.

N.BAYRAMLI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 15 Noyabr 2024 09:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qabon hökuməti Obameyanqa və milliyə qarşı sanksiyaları ləğv etdi

14 Yanvar 2026 08:24see220

“Dövlət qurumlarında AI əsaslı səsli agentlərin tətbiqi doğru yanaşmadır” REAKSİYA

14 Yanvar 2026 15:58see217

Lerikdə iki nəfər arasında pul davası cinayətlə nəticələndi TƏFƏRRÜAT

14 Yanvar 2026 11:17see214

Ermənistan İrana düşmən qüvvələrin fəaliyyət mərkəzinə çevrilib İran səfiri

14 Yanvar 2026 13:34see208

ABB nin biznes kreditləri portfelində daha sürətli artım olub

13 Yanvar 2026 17:20see179

Süni intellektlə səsləndirilən xalq mahnılarında müəllif hüququ məsələsi necə tənzimlənir? ŞƏRH EDİLDİ

13 Yanvar 2026 11:49see177

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see159

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see158

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see157

Rostova dron hücumu edilib: Çoxmərtəbəli binalar və sənaye müəssisəsi yanğına məruz qalıb.

14 Yanvar 2026 08:10see157

İranın Gələcəyi Kimdən Keçir? Pəhləvi Nicatdır, Yoxsa Məhv Ssenarisi?

13 Yanvar 2026 16:19see151

Xankəndi təcrübəli futbolçusu ilə yollarını ayırıb

14 Yanvar 2026 09:41see147

Dövlət Agentliyi süni intellekt tərəfindən yaradılan əsərlərin müəlliflik hüququna aydınlıq gətirdi

13 Yanvar 2026 17:21see146

İranda vəziyyət kritik həddə çatdı: İslam respublikası ölür

14 Yanvar 2026 03:34see146

Bakıda 41 yaşlı kişi çörək pulu üstündə arvadını döydü TƏFƏRRÜAT

13 Yanvar 2026 18:46see143

60 il öncə yaranan virus yayılmağa başladı Əhali təkrar yoluxur

13 Yanvar 2026 07:02see142

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see141

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see135

Mirzoyan və Rubio Tramp marşrutu ilə bağlı birgə bəyanatı təsdiqləyiblər

13 Yanvar 2026 23:31see134

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri