Icma.az
close
up
RU
Ukraynada hökumət dəyişəcəkmi?

Ukraynada hökumət dəyişəcəkmi?

Icma.az, Yeniazerbaycan saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukrayna Ali Radası baş nazir Denis Şmıqalı istefaya göndərməyə hazırlaşır. Bu barədə “Vzqlyad” nəşri yazıb. Bildirilir ki, həftənin ilk iş günündə deputatlar növbədənkənar iclasa dəvət alıblar. Ekspertlərin fikrincə, ABŞ Ukraynada hökumət dəyişikliyinə qarşıdır, lakin  Zelenskinin Ofisi və onun rəhbəri Andrey Yermak Şmıqalı daha sadiq adamı ilə əvəzləmək niyyətindədir.  Son iki aydır ki, Ukraynada baş nazir Şmıqalın tezliklə istefaya getməsi ilə bağlı şayiələr dolaşır. Ukrayna Konstitusiyasına görə baş nazir vəzifəsindən azad edilərsə, bütün hökumət üzvlərinin səlahiyyətlərinə avtomatik xitam verilir.

Əsas namizəd iqtisadiyyat naziri Yuliya Svırıdenko hesab olunur

Şmıqalın istefası siyasi motivlərlə deyil, Ukrayna iqtisadiyyatının tənəzzülü  ilə  izah edilir. Gələn həftə Şmıqalın Ukraynanın bərpası ilə bağlı konfrans üçün Romaya səfəri planlaşdırılır. Formal olaraq parlamentin plenar iclası iyulun 15-nə təyin edilib. Bununla belə,  məlumata görə, parlamentarilərə iyulun 7 və 8-də  fövqəladə sessiya barədə bildiriş göndərilib.

Ukrayna mətbuatının yazdığına görə, hökumət başçısı postuna ən çox ehtimal olunan namizəd baş nazirin müavini, iqtisadiyyat naziri Yuliya Svırıdenko hesab olunur. Onun yeni baş nazir kimi Romada Ukraynanı təmsil edəcəyi güman edilir. Ötən ilin payızında Ukrayna hökumətinin tərkibi yarıya qədər yenilənib. O cümlədən, səkkiz nazir dəyişdirilib. İyunun əvvəlində Zelenski ölkənin hərbi rəhbərliyində də genişmiqyaslı dəyişikliklər həyata keçirib, o cümlədən Quru Qoşunlarının komandanı vəzifəsindən istefa verib.

Hökumət dəyişikliyi Zelenskinin Ofisinin rəhbəri Andrey Yermakın hakimiyyətini daha da möhkəmləndirməyə imkan verəcək. Ekspertlər də hesab edirlər ki, Ukrayna hökumətinin mümkün istefasının əsas səbəbi  Zelenskinin öz hakimiyyətini gücləndirmək və bütün dövlət qurumları üzərində daha da böyük nəzarət əldə etmək istəyidir.

Politoloq: Bu dəyişiklik ictimai narazılığın və daxili siyasi gərginliyin azaldılmasına da hesablanıb

Məsələ ilə bağlı qəzetimizə açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Ukraynada baş nazir postunda dəyişiklik ehtimalı ilk növbədə siyasi idarəçiliyin yenidən formalaşdırılması məqsədi daşıyır. Prezident Aparatının, xüsusilə Andrey Yermakın bu prosesdə aparıcı rol oynaması, Zelenski komandasının hökumətə nəzarəti gücləndirmək istədiyini göstərir. Mümkün namizədlər sırasında olan şəxslərin Zelenskiyə daha sadiq kadrlar olması, bu qərarın daha çox daxili siyasi idarəetmə ilə bağlı olduğunu deməyə əsas verir. Onun sözlərinə görə, hökumət dəyişikliyi, həm də ictimai narazılığın və daxili siyasi gərginliyin azaldılması vasitəsi kimi qiymətləndirilə bilər: “Mövcud sosial-iqtisadi problemlər, müharibənin uzun müddət davam etməsi və cəbhə xəttində əldə olunan nəticələrin ictimai gözləntiləri tam qarşılamaması səbəbilə cəmiyyətdə artan narazılıq fonunda, yeni hökumət formalaşdırmaq məsuliyyətin bölüşdürülməsi və siyasi məsuliyyətin təzələnməsi məqsədi daşıyır. Digər tərəfdən, bu dəyişiklik Ukraynanın xarici siyasət kursunda ciddi dəyişikliklərə səbəb olmayacaq. Zelenski administrasiyası əsas qərarları əvvəlki kimi öz nüvəsində formalaşdırmağa davam edəcək. Lakin yeni hökumət daha çevik iqtisadi siyasət yürüdərək beynəlxalq tərəfdaşlarla - xüsusilə Avropa İttifaqı və ABŞ ilə əməkdaşlığı dərinləşdirməyə çalışa bilər. Xüsusən də müharibədən sonrakı bərpa və investisiya proqramlarında hökumətin yeni simalarla fəaliyyət göstərməsi imic baxımından daha əlverişli ola bilər”.

Politoloqun fikrincə, bu dəyişiklik hökumət daxilində texnokrat və menecer tipli kadrların önə çıxarılması tendensiyasını gücləndirə bilər. Yeni baş nazirin əsas funksiyası artıq yalnız idarəetmə deyil, həm də beynəlxalq donorlarla effektiv əlaqə qurmaq və islahatların icrasını təmin etmək olacaq. Bu baxımdan, kabinet dəyişikliyi idarəetmədə daha yüksək koordinasiya və effektivlik məqsədinə yönəlib.

Z.Qarayeva qeyd edib ki, baş nazirin istefası və əvəzlənməsi Ukrayna üçün daha çox daxili siyasi və funksional səbəblərlə izah oluna bilər: “Xarici siyasət istiqamətləri dəyişməyəcək, amma daxili idarəetmədə çeviklik və cavabdehlik artırıla bilər. Bu dəyişiklik Ukrayna hakimiyyətinin həm ictimai dəstəyi saxlamaq, həm də beynəlxalq tərəfdaşların etimadını möhkəmləndirmək üçün atdığı strateji addım kimi qiymətləndirilə bilər”.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 08 İyul 2025 10:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see567

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see553

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see546

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see476

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see465

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see437

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see371

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see362

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see359

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see331

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see321

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see315

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see307

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see303

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see302

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see294

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see294

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see293

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see282

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see280
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri