Icma.az
close
up
RU
1 qutu siqaretə və 1 şilləyə görə 3 il həbs cəzası 25 yaşlı Məhəmmədin işi

1 qutu siqaretə və 1 şilləyə görə 3 il həbs cəzası 25 yaşlı Məhəmmədin işi

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Tanımadığı şəxsdən bir qutu siqaret tələb edən və ona bir şillə vuran şəxsə ağır cəza verilib. Ona qarşı Cinayət Məcəlləsinin ağır, 180.2.4-cü (soyğunçuluq, insanların həyatı və ya sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

25 yaşlı Məhəmməd Umudov hadisəni törədən zaman içkili olub.

Hadisə Ağsu rayonu Qaraqaşlı kəndində baş verib. Məhəmməd əmisi oğlu ilə spirtli içki qəbul etdikdən sonra kəndin mərkəzinə gəlib. Onların siqaret almağa pulu olmayıb.

Marketdən çıxan Hüseyn Qəhrəmanov onlara tərəf yaxınlaşanda ondan siqaret istəyiblər. Hüseyn Məhəmmədə və onun yanında olan əmisi oğluna siqaret verib. Məhəmməd bununla qane olmayıb. Hüseyndən marketdən onlara bir qutu siqaret almasını tələb edib. Hüseyn isə pulunun olmadığını deyib.

Bundan sonra Hüseyni ara küçəyə apararaq orada söhbət etməyə başlayıb. Məhəmməd Hüseynə bir şillə də vurub. Sonra onun üstünə qışqıraraq cibindəki bir qutu siqareti götürüb və oradan uzaqlaşıblar.

Hüseyn evə qayıtdıqdan sonra polisə gedərək Məhəmməddən şikayətçi olub.

Məhəmmədə qarşı əvvəlcə qulduruluq maddəsi ilə cinayət işi açılsa da sonradan soyğunçuluq maddəsinə tövsif edilib.

Məhəmməd özünü qudurluqda günahkar bilib. Ona yüngül cəza verilməsini istəyib.

Zərərçəkmiş Hüseyn ifadəsində Məhəmmədi bağışladığını, barışdıqlarını deyib. Məhəmmədin işinin yüngülləşdirilməsini istəyib. Buna görə də məhəkəməyə deyib ki, Məhəmməd ona şillə vurmayıb. Amma istintaqda Məhəmmədin ona şillə vurduğunu deyibmiş.

İstintaqla Hüseynə dəymiş maddi ziyan 2 manat 60 qəpik məbləğində müəyyən edilib. Yəni, bir qutu siqaretin qiyməti.

İstintaqla müəyyən edilib ki, Məhəmməd narkomaniya xəstəliyi ilə əlaqədar narkoloji dispanserdə qeydiyyatdadır. Hadisədən qısa müddət əvvəl də narkotik ittihamı ilə məsuliyyətə cəlb edilib.

Məhəmməd sonuncu əməlinə görə ağır cəzaya məhkum edilib. Belə ki, Məhəmməd bu əməlinə görə 3 il müddətinə azadlıqdan məhrum edilib. Daha əvvəlki cinayətinə görə azadlığın məhdudlaşdırılması cəzası alan, amma bu cəzası başa çatmayan Məhəmmədin işi ağırlaşdırılıb. Cəzasının çəkilməmiş hissəsi bu hökmlə birləşdirilib və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.(musavat.com)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 11 Yanvar 2025 20:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see395

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see285

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see261

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see253

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see238

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see228

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see143

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see137

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see129

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see127

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see123

Evdə Tək in aktyorlarını təsirli görüntüləri VİDEO

03 Dekabr 2025 00:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri