Icma.az
close
up
RU
1 stəkan meyvə suyu sağlamlığınız üçün təhlükə yarada bilər

1 stəkan meyvə suyu sağlamlığınız üçün təhlükə yarada bilər

Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Meyvə suları vitamin və antioksidant baxımından zəngin hesab olunduğuna görə çox vaxt sağlam seçim kimi təqdim olunur. Lakin mütəxəssislər xüsusilə meyvə suyunun həddindən artıq qəbulunun qaraciyər üçün ciddi fəsadlar törədə biləcəyi barədə xəbərdarlıq edirlər.

Yenisabah.az xəbər verir ki, alimlərin sözlərinə görə, meyvə sularında təbii olsa belə, yüksək miqdarda fruktoz mövcuddur və bu da qaraciyərdə piylənmə və iltihablanmaya səbəb ola bilər. Zamanla isə bu vəziyyət alkoqolsuz yağlı qaraciyər xəstəliyi (NAFLD) riskini artırır.

Qidalanma üzrə mütəxəssislər bildirirlər ki, bütöv meyvə lif, vitamin və antioksidantlarla daha zəngindir və sağlam qidalanmanın ayrılmaz hissəsidir. Lakin eyni şey meyvə suları üçün keçərli deyil. Maye formada qəbul edilən meyvə lifdən məhrum olduğu üçün tərkibindəki şəkər qana daha sürətlə sorulur və bu da qanda şəkərin sürətli artmasına səbəb olur.

Brigham Young Universitetində aparılan genişmiqyaslı araşdırma nəticəsində məlum olub ki, gündə bir stəkan (təxminən 240 ml) meyvə suyu qəbul etmək 2-ci tip şəkərli diabet riskini 5 faiz artırır. Tədqiqatın müəllifi, qidalanma elmi üzrə professor Karen Della Corte bu barədə belə deyib:

“Bu, müxtəlif şəkər mənbələri ilə 2-ci tip şəkərli diabet riski arasında açıq və dozaya bağlı əlaqəni təsdiqləyən ilk tədqiqatdır. Şəkərli içkilər, onu bütöv meyvə şəklində yeməkdən daha zərərlidir”.

Qeyd edək ki, bazarlarda satılan hazır meyvə şirələrinin tərkibində yalnız təbii şəkər deyil, həm də əlavə şəkər və süni dadlandırıcılar da mövcuddur. Bu isə qaraciyər üçün əlavə yük yaradır. Bəzi süni dadlandırıcılar isə qaraciyər toksikliyi və maddələr mübadiləsi pozğunluqları ilə əlaqələndirilir.

Greyfurt suyu isə digər meyvə sularından fərqli olaraq, qaraciyərin bəzi dərmanları parçalama funksiyasına təsir edir və dərmanların orqanizmdə yüksək səviyyəyə çatmasına səbəb olur. Bu isə zəhərlənmə riskini artırır.

Mütəxəssislər meyvə sularından tamamilə imtina etmək əvəzinə, qəbul miqdarını azaltmağı və mümkün qədər təzə sıxılmış, qatqısız şirələri seçməyi tövsiyə edirlər. Tam meyvə istehlakı isə qaraciyər sağlamlığını dəstəkləməyin ən faydalı üsullarından biri kimi qiymətləndirilir.

Rəvan Rzazadə


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 16 İyun 2025 17:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri