Icma.az
close
up
RU
1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla dan ayrıla bilər

1 trilyon dollarlıq kompensasiya paketi təsdiqlənməsə Elon Musk Tesla dan ayrıla bilər

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

Tesla-nın İdarə Heyətinin sədri Robyn Denholm bir daha səhmdarlara müraciət edərək, şirkətin baş direktoru Elon Musk (İlon Mask) üçün nəzərdə tutulan misilsiz ödəniş paketini təsdiqləməyə çağırıb. Bu paket şirkətə 1 trilyon dollara başa gələ bilər və Maskın şirkətdən ayrılması riski ilə müşayiət olunur.

Marja xəbər verir ki, Denholm-un bazar ertəsi səhər səhmdarlara göndərdiyi məktub (keçən həftə göndərilən məktubun ardınca) xəbərdarlıq edir ki, əgər səhmdarlar planı təsdiqləməsələr, Tesla Maskın liderliyini itirə bilər. Sentyabrın əvvəlində açıqlanan təklifə əsasən, Maska 12 böyük səhm opsionu paketi veriləcək və bunlar şirkətin İdarə Heyəti tərəfindən “çətin və iddialı” hesab edilən məqsədlərlə əlaqələndiriləcək.

Denholm məktubunda yazıb:

“Əgər biz İlonu ədalətli və nəticəyə əsaslanan ödəniş planı ilə böyük işlərə ruhlandıra bilməsək, onun rəhbər vəzifədən ayrılması riski yaranacaq. Tesla onun vaxtını, istedadını və vizyonunu itirə bilər, bunlar isə indiyə qədər səhmdarlara qeyri-adi gəlirlər qazandıran əsas amillər olub.”

O bildirib ki, Maskın rəhbərliyi olmadan Tesla mühüm dəyər itkisinə məruz qala bilər, çünki onun rolu avtomobil, robototexnika, enerji saxlama və avtonom idarəetmə sahələrində həlledici əhəmiyyət daşıyır.

Bazar ertəsi Tesla-nın səhmləri ümumi bazar artımı fonunda 4%-dən çox bahalaşıb.

Musk və Denholm bildirirlər ki, həm əvvəlki, həm də yeni “kompensasiya planları” əslində Musk-ı Tesla-da saxlamaq və şirkətin uğuruna marağını qorumaq məqsədi daşıyır. Musk-ın öz səhm paketlərini ən azı 7,5 il müddətində sata bilməyəcəyi və tam mükafatı qazana bilməsi üçün çox iddialı məqsədlərə çatmalı olduğu vurğulanır. Bu hədəflərə aşağıdakılar daxildir:

-Tesla-nın EBITDA-sını 400 milyard dollara çatdırmaq (şirkətin ötənilki göstəricisi 16,6 milyard dollar olub);

- Bazar dəyərini 8,5 trilyon dollara yüksəltmək (hal-hazırda Tesla-nın bazar dəyəri təxminən 1,44 trilyon dollardır).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://marja.az
archiveBu xəbər 28 Oktyabr 2025 09:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see379

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see290

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see238

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see237

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see197

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see197

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see181

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see179

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see179

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see176

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see162

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see159

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see158

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see157

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see150

İsrail İrana cavab zərbəsinə hazırlaşır

27 Yanvar 2026 13:54see149

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see145

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see144

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see144

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri