Icma.az
close
up
RU
1 vəkil kollegiyadan xaric edildi 2 vəkilə töhmət verildi

1 vəkil kollegiyadan xaric edildi 2 vəkilə töhmət verildi

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan Vəkillər Kollegiyası (VK) Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Bu barədə kollegiyadan məlumat verilib.

Bildirilib ki, kollegiya sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, eləcə də icbari təlimi uğurla başa vuran vəkilliyə namizədin andiçmə mərasimi keçirilib, ona vəsiqə təqdim edilərək gələcək fəaliyyətində uğurlar arzulanıb.

Həmçinin iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması, habelə müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının (ELSA) Azərbaycan nümayəndəliyi tərəfindən təşkil ediləcək "Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyası"nın XII və Milli Məhkəmə Müsabiqəsinin XVI buraxılışlarının keçirilməsinə maddi dəstək göstərilməsi ilə bağlı müraciət müzakirə olunub. Rəyasət Heyətinin qərarı ilə ELSA Azərbaycan təşkilatına 3 000 manat məbləğində maddi dəstək göstərilməsi qərara alınıb.

Eyni zamanda "Feniks" Vəkil Bürosunun təsis edilməsi ilə bağlı müraciətə baxılıb və müsbət qərar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəyləri müzakirə olunub. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkil kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə gələcək peşə fəaliyyətində qanunvericiliyin və peşə etikası qaydalarının tələblərinə ciddi riayət etməsi diqqətə çatdırılıb.

Sonda kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 23 Sentyabr 2026 11:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri