Əfsanəvi Tayger Vuds iki ildən sonra böyük idmana qayıdır
Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Dünya qolfunun əfsanələrindən biri Tayger Vuds iki ildən artıq fasilədən sonra yenidən PGA Tour yarışlarında iştirak edəcək.
İdman.Biz xəbər verir ki, 50 yaşlı amerikalı idmançının dekabrın 3-6-da Baham adalarında təşkil olunacaq “Hero World Challenge” turnirində iştirakı rəsmən təsdiqlənib.
Vuds 20 qolfçunun mübarizə aparacağı yarışın iştirakçıları sırasına daxil edilib. Onunla yanaşı, Riki Fauler və Qari Vudlend də turnirə xüsusi dəvət alıblar.
15 dəfə əsas qolf turnirlərinin qalibi olan Vuds sonuncu dəfə 2024-cü ildə Böyük Britaniya Açıq Çempionatında çıxış edib. Bundan sonra zədələr və əməliyyatlar səbəbindən uzun müddət rəsmi yarışlardan uzaq qalıb.
Təcrübəli idmançı bu müddətdə belindən və Axilles vətərindən əməliyyatlar keçirib.
Vuds 2026-cı ilin martında Floridada avtomobil qəzasına düşüb. O, sərxoş vəziyyətdə avtomobil idarə etmək şübhəsi ilə saxlanılıb. Sentyabrda məhkəmə prosesi çərçivəsində onun sürücülük hüququ beş il müddətinə dayandırılıb.
Qeyd edək ki, Vuds karyerası ərzində PGA Tour-da 82 qələbə qazanıb. O, bu göstəricidə Sem Snidlə birlikdə rekordçudur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 18 Noyabr 2026 03:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















