Icma.az
close
up
RU
10 dan çox ölkə etdi, Azərbaycanda gözlənilir Qalmaqallı qurumun ləğvi...

10 dan çox ölkə etdi, Azərbaycanda gözlənilir Qalmaqallı qurumun ləğvi...

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Dövlət Gömrük Komitəsinin ləğvi məsələsi yenidən gündəmə gəlib. Bu konteksdə REAL Partiyasının sədri, iqtisadçı Natiq Cəfərlinin fikirləri diqqət çəkib. O bildirib ki, sözügedən qurumun fəaliyyəti iqtisadiyyatımıza ciddi ziyan vurur.

Sitat: “Komitə ləğv edilməli, ya Maliyyə, ya da İqtisadiyyat Nazirliyinin tərkibində departament kimi fəaliyyət göstərməlidir. Gömrük Komitəsində Rusiyadan gələn hərbiləşdirilmiş (hamısının rütbəsi var – niyə?) gömrük sistemi kökündən dəyişdirilməlidir”.

Gömrük Komitəsi həqiqətən ləğv olunmalıdırmı?

Globalinfo.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib ki, gömrük sisteminin əsas funksiyaları vergi inzibatçılığına oxşayır və onun ayrı fəaliyyəti idarəetmə yükünü artırır:

“Bu qurumun səlahiyyətləri Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi ilə üst-üstə düşür. Nəticədə büdcə vəsaitlərinin ayrılıqda idarə olunması, həmçinin hesabatlılığın zəifliyi müşahidə olunur. Həmçinin gömrük sistemində şəffaflıq, hesabatlılıq problemi uzun illərdir qalır, bu da hökumətin fiskal siyasətinə etimadı azaldır. Gömrük Komitəsinin funksiyalarının Dövlət Vergilər Xidmətinə birləşdirilməsi büdcə gəlirlərinin mərkəzləşdirilməsinə və vahid fiskal idarəetmə sisteminin formalaşmasına şərait yaradar. Beynəlxalq təcrübə də bu faktı təsdiqləyir. Türkiyə, Gürcüstan, Estoniya kimi ölkələrdə gömrük xidməti Maliyyə Nazirliyinin və ya Vergilər Xidmətinin tərkibində fəaliyyət göstərir”.

Akif Nəsirli

İqtisadçı qeyd edib ki, Gömrük Komitəsinin ləğvi məqsədəuyğundur:

“Lakin gömrük orqanı yalnız maliyyə yığım funksiyasını yerinə yetirmir, həm də milli təhlükəsizlik və sərhəd nəzarəti baxımından mühüm rola malikdir. Qaçaqmalçılıqla mübarizə, strateji malların dövriyyəsinə nəzarət və beynəlxalq sanksiyalara uyğunluq kimi məsələlər onun müstəqilliyini zəruri edir. Bundan əlavə, ölkəmiz Dünya Gömrük Təşkilatının üzvü kimi müəyyən institusional öhdəliklər daşıyır. Əgər komitə ləğv edilsə, bu öhdəliklərin yerinə yetirilməsi mexanizmləri yenidən qurulmalı olacaq. Bu da prosesləri mürəkkəbləşdirə bilər.

Hazırda gömrük sistemində “Smart Customs”, “ASAN ödəniş”, “Rəqəmsal gömrük” kimi layihələrin tətbiqi mərhələsində olması da struktur dəyişikliklərini çətinləşdirən amillərdəndir. Bu layihələr hələ tam nəticə vermədiyi üçün strukturun birdən-birə dəyişdirilməsi sistemin rəqəmsal transformasiyasına zərbə vura bilər”.

A.Nəsirli vurğulayıb ki, komitənin tam ləğvi yaxın perspektivdə real görünmür:

“Lakin funksional transformasiya və idarəetmə inteqrasiyası ehtimalı yüksəkdir. Bu o deməkdir ki, qurum Maliyyə və ya İqtisadiyyat Nazirliyi ilə birgə idarəetmə modelinə keçə, gələcəkdə isə vahid fiskal koordinasiya sistemi yaradıla bilər. Belə bir islahat büdcə gəlirlərinin şəffaflığını artırar, inzibati yükü azaldar və dövlətin fiskal siyasətində daha balanslı idarəetmə mühiti formalaşdırar. Yəni söhbət Gömrük Komitəsinin tamamilə ləğvindən yox, onun daha çevik və inteqrə olunmuş idarəetmə modelinə keçirilməsindən gedir”.

Ləman İmran
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:42
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 06 Noyabr 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see238

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see236

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see229

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see197

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see190

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see183

Bakıda şagird məktəbin pəncərəsindən yıxılıb

04 Fevral 2026 14:33see171

Sadıqov: “Üstün tərəf biz idik”

04 Fevral 2026 20:37see168

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see168

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see165

Naxçıvan Ali Məclisi sədrinə köməkçi təyin edildi

03 Fevral 2026 15:12see162

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see162

Aktau və Kəraçi limanları logistika sahəsində əməkdaşlığın inkişafı barədə razılığa gəlib

04 Fevral 2026 20:04see161

m10 və bir sıra ödəniş sistemlərində PROBLEM YARANDI

04 Fevral 2026 11:01see157

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see157

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see155

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see154

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see151

Zelenski müharibənin bitmə tarixini açıqladı: İlk dəfə etiraf etdi

05 Fevral 2026 00:53see151

Paytaxtın hansı küçələrində sıxlıq var?

04 Fevral 2026 18:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri