Icma.az
close
up
RU
Azərbaycanda qalmaqallı qadağa KONKRET

Azərbaycanda qalmaqallı qadağa KONKRET

Konkret.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycanda bəzi marketlərdə məhsulların fotosunun çəkilməsinə qadağa qoyulub. Bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb. Vətəndaşlar bildirirlər ki, bu məhdudiyyət qiymətlərin şəffaflığı ilə bağlı suallar yaradır və bəzi alıcılarda məhsulların qiymətlərinin süni şəkildə artırıldığı barədə şübhələr formalaşdırır.

 Marketdə məhsulların qiymətini çəkmək olarmı? Bu proses qanunvericilikdə necə tənzimlənir?

KONKRET.az xəbər verir ki, globalinfo.az-a danışan hüquqşünas Əlövsət Allahverdiyev deyib ki, marketdə məhsulların və onların qiymət etiketlərinin şəklini çəkmək qanunla qadağan edilmir:

“Bu məsələ bir neçə hüquqi aspektdən qiymətləndirilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanununa əsasən, satıcı istehlakçıya məhsulun qiyməti barədə düzgün və aydın məlumat verməyə borcludur. Qiymət etiketləri ictimai məlumat hesab olunur və alıcının məlumatlandırılması məqsədi daşıyır. Bununla yanaşı, market özəl mülkiyyət olduğundan müəssisə daxili qaydalar müəyyən edə bilər. Məsələn, peşəkar çəkilişlərin, tripoddan istifadənin və ya kommersiya məqsədli videoçəkilişin məhdudlaşdırılması mümkündür. Mağaza əməkdaşı çəkilişin dayandırılmasını xahiş edərsə, mübahisə yaranmaması üçün bu tələbə əməl etmək məqsədəuyğundur. Lakin bu, çəkilişin qanunsuz olması anlamına gəlmir və daha çox müəssisənin daxili qaydaları ilə bağlı məsələdir”.

Hüquqşünas bildirib ki, çəkiliş zamanı digər müştərilərin, işçilərin üzlərinin, şəxsi və ya ödəniş kartı məlumatlarının icazəsiz görüntülənməsi, paylaşılması onların məxfilik hüquqlarını poza bilər:

 “Buna görə də yalnız məhsulun və qiymət etiketinin fotoşəklinin çəkilməsi daha təhlükəsiz yanaşma hesab olunur. Əgər məqsəd kassada fərqli qiymətin tətbiq olunduğunu sübut etmək, endirim etiketini sənədləşdirmək yaxud istehlakçı hüquqlarının pozulduğunu təsdiqləməkdirsə, qiymət etiketinin və kassa çekinin fotoşəkilləri sonradan ediləcək şikayət zamanı sübut kimi istifadə oluna bilər. Qanunvericiliyə əsasən, məhsulların üzərində düzgün tərtib edilmiş qiymət etiketləri olmalı və alıcıya düzgün qiymət məlumatı təqdim edilməlidir. Nəticə etibarilə, məhsulun və qiymət etiketinin şəklini çəkmək ümumilikdə qanunla qadağan edilmir və istehlakçı hüquqlarının qorunması məqsədilə bu fotolardan sübut kimi istifadə etmək mümkündür”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://konkret.az
archiveBu xəbər 20 İyul 2026 08:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see387

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see381

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see256

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see236

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see224

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see218

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see211

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see208

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see207

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see184

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see184

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see181

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see177

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see176

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see172

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see171

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see170

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see164

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see163

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri