Icma.az
close
up
RU
15 ölkə imtina etdi, yalnız Azərbaycanda var Qalmaqallı məsələ

15 ölkə imtina etdi, yalnız Azərbaycanda var Qalmaqallı məsələ

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Keçmiş maliyyə naziri Saleh Məmmədovun Azərbaycanda tətbiq edilən etibarnamə sistemi ilə bağlı fikirləri müzakirə yaradıb. 

Sitat: “Hazırda BMT-yə üzv 193 ölkədən yalnız biri – Azərbaycan gündəlik praktikada avtomobil idarə etmək üçün yazılı etibarnamə tələb edir. Rusiya, Ukrayna, Belarus, Qazaxıstan, Gürcüstan, Ermənistan, Moldova – bu ölkələrdə etibarnamə ləğv olunub. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi və avtomobil sənədləri kifayətdir. Etibarnamə yalnız satış və hüquqi əməliyyatlarda istifadə olunur”.

Etibarnamə sistemi ləğv edilməlidirmi?

 Globalinfo.az-a danışan nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib ki, Azərbaycanda avtomobillərdən istifadə üçün etibarnamənin məcburi olması ilə bağlı müddəa artıq köhnəlib və dəyişdirilməlidir:

 “Bu məsələ uzun illərdir müzakirə olunur, çünki sovet dövründən qalmış köhnə bir yanaşmanın davamıdır. SSRİ dağıldıqdan sonra yaranan 15 respublikanın hamısında bu praktika ləğv edilib, yalnız Azərbaycanda qüvvədə qalıb. Mülki Məcəlləyə görə, istənilən daşınar və daşınmaz əmlak, o cümlədən avtomobillər xüsusi reyestrdə qeydiyyata alınır. Onların istifadə qaydaları da bu qanunla tənzimlənir. Heç bir maddədədə göstərilməyib ki, daşınar əmlakdan başqaları yalnız etibarnamə üzrə istifadə edə bilər. Etibarnamə yalnız sərəncam vermək hallarında — məsələn, avtomobili satmaq və ya qeydiyyatını həyata keçirtmək üçün lazımdır. Lakin yaxın qohum və ya dostunun maşını idarə etməsi üçün etibarnamənin tələb edilməsi əsassızdır və beynəlxalq praktikada mövcud deyil”.

Ərşad Hüseynov

 Hüquqşünas qeyd edib ki, 2023-cü ilin iyul ayında Konstitusiya Məhkəməsi bu məsələ ilə bağlı qərar qəbul edib:

 “Qərarda vurğulanıb ki, avtomobildən istifadə üçün etibarnamənin məcburi olması müasir hüquqi prinsiplərə uyğun deyil. Milli Məclisə də bu müddəaya yenidən baxmaq tövsiyə olunub. İki ilə yaxın vaxt keçməsinə rəğmən, məsələ hələ də gündəlikdə müzakirə olunmayıb. Bu səbəbdən, etibarnamə ilə bağlı mövcud sistemin dəyişdirilməsi artıq hüquqi və ictimai zərurətə çevrilib”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, hazırda Azərbaycanda avtomobil paylaşma sistemi fəaliyyət göstərir:

Eldəniz Cəfərov

 “Bu sistem vasitəsilə istənilən şəxs kirayə avtomobili məsafədən, yəni onlayn qaydada icarəyə götürə, bir məntəqədən digərinə sürərək orada təhvil verə bilir. Yəni etibarnamə mexanizminin ləğvi mümkündür və ölkədə bu sistemin işlək modelinə artıq keçid var. Müasir dövrdə fiziki şəxslər üçün etibarnamə tələbinin saxlanması məqsədəuyğun deyil. Bu praktika yalnız hüquqi şəxslər arasında, yəni şirkətlərin öz avtomobillərini əməkdaşlara və ya digər şəxslərə verməsi hallarında tətbiq oluna bilər. Fiziki şəxslər üçün isə sözügedən tələb artıq köhnəlmiş və mənasız hesab edilməlidir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 07 Oktyabr 2025 06:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see163

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see158

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see144

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see142

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see138

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see135

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see133

Makron: Fransa Venesuelada istifadə edilən ABŞ metodlarını təsdiqləmir

05 Yanvar 2026 15:29see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri