10 ildir gündəlik xərclərimi qeyd edirəm
Pravda.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Əməkdar artist Xəyyam Nisanov xərclərinin hesabatını apardığını bildirib. nAxşam.az xəbər verir ki, bu barədə sənətçi "Xəzər axşamı" verilişində danışıb. O, gündəlik xərclərini qeyd etdiyini vurğulayıb:
"Son 10 il ərzində gündəlik xərclərimi qeyd edirəm. İndi 2015-ci ildə hara nə xərclədiyimə açıb baxa bilərəm. Gündəlik xərclərimi hesablamıram. Amma hamısı qeyd olunub. Arada deyirəm ki, çox xərclədim. Bədxərclik bizə yaraşmaz, amma hərdən balans etmək lazımdır. Bu hesabat onun üçündür ki, balans edəsən. Telefonumdakı proqramda gündəlik xərclərimi qeyd edirəm".

