Icma.az
close
up
RU
Türkiyənin yeni ixrac modeli: Enerji texnologiyaları

Türkiyənin yeni ixrac modeli: Enerji texnologiyaları

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat yayır.

Türkiyə müdafiə sənayesindən sonra günümüzdə ən mühüm strateji əhəmiyyətə malik enerji sahəsində də texnologiya ixracına hazırlaşır. Bir neçə gün əvvəl Azərbaycana səfərdən qayıdan Prezident Rəcəb Tayyib Ərdoğanın “Türkiyə artıq yalnız enerji idxal edən ölkə deyil, enerji kəşf edən və potensial olaraq ixrac edə biləcək bir ölkə mövqeyinə gəlib”, açıqlaması, əslində, bu, yeni tarixi dövrün ən mühüm əlamətlərindən biri oldu.

Sahəni yaxından izləyən ekspertlər isə hesab edirlər ki, Türkiyə yerli istehsal müdafiə sənayesi məhsullarında olduğu kimi, artıq enerji sahəsində də həm bilik, həm də texnoloji bacarıqlarını ixrac edə biləcək səviyyəyə çatıb. Bu, yeni dövr strateji ortaq¬lıqların yaranmasını və bununla da Türkiyənin qlobal təsir gücünün artmasını təmin edəcək.

Mütəxəssislərin fikrincə, Türkiyənin xaricdə apardığı qazma işlərinin əhəmiyyətini başa düşmək üçün öncə daxildə görülən işləri, ard-arda gələn enerji kəşflərini bilmək lazımdır.

Cari ilin aprel ayının sonu etibarilə Türkiyədə elektrik enerjisi istehsal edən elektrik stansiyalarının sayı 35 min 620-yə (lisenziyasız stansiyalar da daxil olmaqla) çatıb. Mövcud stansiyalardan 768-i hidroelektrik, 71-i kömür, 378-i külək, 66-sı geotermal, 332-si təbii qaz, 33 min 545-i günəş və 460-ı digər mənbələrlə işləyir.

Türkiyə ən keyfiyyətli neftini isə heç kimin gedə bilməyəcəyi deyilən, vaxtilə PKK terrorçularının yuvası hesab olunan Şırnak bölgəsindəki Qabar dağından çıxarır. Hazırda Qabardakı istehsal gündəlik 80 min barelə çatıb. Digər tərəfdən “Osman Qazi” üzən istehsal platforması ilə yeni imkanlar qazanan Türkiyə, həm ölkədaxili, həm də xarici hədəfləri istiqamətində donanmasını genişləndirməyə hazırlaşır. “Osman Qazi” mayın 29-da yeni təbii enerji mənbəyi axtarışları məqsədilə Qara dənizə yola salınıb.

Ölkənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar son açıqlamalarından birində Türkiyənin dünyanın ən müasir dəniz donanmalarından birinə sahib olduğunu, dünyanın altıncı ən böyük donanmasının Türkiyədə yerləşdiyini bildirərək, “Çox yaxın zamanda ilk 4-lüyə girəcəyik. “Osman Qazi”yə bir “qardaş” gələcək. 2028-ci ildə yeni bir üzən istehsal platformamız olacaq”, – deyə əlavə edib. Nazir qarşıdakı 20-30 il ərzində Türkiyəni enerji sahəsində ixracatçı ölkəyə çevirməyi hədəflədiklərini vurğulayıb.

Türkiyə 2026-cı ildə ümumi təbii qaz istehsalını 7 milyard kubmetrə, 2028-ci ildə isə gündəlik qaz istehsalını 40 milyon kubmetrə çatdırmağı hədəfləyir. Belə olan halda, ölkə üzrə yaşayış evləri və mənzillərdəki istehlak edilən təbii qaz tələbatının hamısı Sakarya Qaz Sahəsindən təmin oluna bilər.

Bütün bunlara nəzər saldıqda, hələ yaxın keçmişdə enerji araşdırmalarını xarici şirkətlərə ödədiyi böyük məbləğlər qarşılığında həyata keçirə bilən ölkə indi öz gəmiləri ilə seysmik axtarış və qazma fəaliyyətləri həyata keçirir. Burada son illər əldə edilən uğuru və Türkiyənin başqa bölgələrdə araşdırma fəaliyyətlərini da xüsusi vurğulamaq lazımdır. Türkiyənin “Karbohidrogen Kəşfiyyatı və Hasilatı Müqaviləsi”nə əsasən, Afrika sahillərində təbii qaz və neft axtarışı üçün fəaliyyətə keçməsi, yaxın gələcəkdə Pakistan və Liviyada aparılması gözlənilən seysmik araşdırmalar, eləcə də qazma işləri bu kontekstdə qiymətləndirilməlidir.

Türkiyənin dost və müttəfiq ölkələrə bu sahədə xidmət təqdim etməsi isə çox əhəmiyyətlidir. Çünki bu əməkdaşlıqlar özü ilə bərabər strateji ortaqlıq anlayışını da gətirir. Enerji isə müdafiə sənayesi kimi uzunmüddətli və hər kəslə edilməyəcək qədər əhəmiyyətli bir əməkdaşlıq sahəsidir.

Türkiyənin bu prosesdə öz texnoloji imkanları ilə iştirak etməsi, onu qlobal enerji səhnəsində də yüksələn bir gücə, diqqət mərkəzinə çevirir. Bu ilin dekabr ayında Beynəlxalq Enerji İqtisadiyyatı İttifaqı tərəfindən Antalyada keçirilməsi planlaşdırılan və dünyanın sahə üzrə olduqca əhəmiyyətli simalarının iştirakının nəzərdə tutulduğu yüksəksəviyyəli enerji konfransını da ölkənin bu sektor üzrə nüfuzunun göstəricisi kimi göstərmək olar.

Prezident Ərdoğan bu il martın 27-də Qara dənizdəki “Göktepe-3” quyusunda aparılan işlər zamanı 75 milyard kubmetrlik yeni təbii qaz ehtiyatının aşkarlandığını açıqladı. Bu ehtiyatın cari bazar dəyəri təxminən 30 milyard dollar qiymətləndirilir. Türkiyədəki bütün mənzillərin təxminən 3,5 illik enerji ehtiyacını qarşılayacaq həcmdə olan bu kəşf, eyni zamanda, Türkiyənin milli enerji müstəqilliyinə gedən yolda mühüm mərhələdir. Bu kəşfin arxa plandakı əsas qəhrəmanlarından biri də “Kaşif” - insansız sualtı robotudur.

“Armelsan” müdafiə texnologiyaları şirkəti tərəfindən istehsal edilən bu robot qazma gəmilərində suyun altında kəsmə, biçmə, təmizləmə və təhlükəsizlik işlərini yerinə yetirir. Robotun “Kaşif XL” modeli isə daha güclü mühərrik və inkişaf etmiş hidravlik sistemlərlə təchiz edilib. Hazırkı robot isə yaxın gələcəkdə 4 min metr dərinliyə enə biləcək bu, yeni model üçün baza rolunu oynayır.

Bununla yanaşı, Türkiyə bərpaolunan enerji mənbələrinə də getdikcə daha çox əhəmiyyət verir. Ölkə həm beynəlxalq öhdəlikləri, o cümlədən Avropa İttifaqına üzvlük hədəfi, həm də milli ehtiyac və maraqları baxımından bərpaolunan enerji mənbələrinin istifadəsini təşviq etməklə zəruri strukturu qurmaq istiqamətində işlərini davam etdirir.

“Avropa İttifaqı Qanunvericiliyinin Qəbul Edilməsinə Dair Türkiyə Milli Proqramı”nda bərpaolunan enerji mənbələrinin ümumi enerji istehsalındakı payının artırılması qısamüddətli prioritetlər arasında göstərilib. Milli Proqramda enerji idxalından asılılığın azaldılması ilə yanaşı, enerji təchizatının təhlükəsizliyinin təmini məqsədilə bərpaolunan enerjidən istifadənin artırılması ölkənin enerji siyasətinin mühüm bir hissəsi kimi qeyd olunub.

Bununla da Türkiyə enerji sahəsində yalnız seysmik-qazma gəmiləri ilə deyil, bu gəmilərin fonundakı texnoloji və milli güclə də yeni bir mərhələyə qədəm qoyur və əldə olunan bu texnologiyalarla artıq ixrac potensialı yüksək səviyyəyə çatıb. Türkiyə enerji sahəsində regional gücdən qlobal aktora doğru ciddi addımlar atır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:137
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 İyun 2025 23:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see355

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see246

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see210

Leyla Əliyeva beynəlxalq konfransda çıxış etdi FOTOLAR

08 Dekabr 2025 22:16see201

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see190

Güclü siklon Kamçatkanı vurdu

09 Dekabr 2025 03:48see174

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see156

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see144

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see144

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see142

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see141

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see138

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see135

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see131

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see130

Araz Naxçıvan ın Kəpəz üzərindəki qələbəsi VİDEO

09 Dekabr 2025 20:20see129

Albaniyada faciəvi şəkildə həlak olan dənizçi Biləsuvar sakini imiş FOTO

09 Dekabr 2025 23:54see123

Vanda Nara keçmiş əri ilə görüşdü FOTO

10 Dekabr 2025 00:37see121

ÇL: Qarabağ ın rəqibi yenə məğlub oldu, Qalatasaray Fransadan əliboş dönür

10 Dekabr 2025 02:09see121

ABŞ Zelenskinin sülh müqaviləsi üçün daha sərt şərtlər irəli sürüb

09 Dekabr 2025 16:12see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri