10 ildir kollecə rəhbərlik edən direktor İŞDƏN ÇIXARILDI FOTO
Icma.az bildirir, Modern.az portalına istinadən.
Gəncə Tibb Kollecinin direktoru Mehman Rzayev tutduğu vəzifədən azad edilib.
Modern.az-ın məlumatına görə, o, işində verdiyi nöqsanlara görə işdən çıxarılıb.
Mehman Rzayev 2014-cü ildən Gəncə Tibb Kollecinə rəhbərlik edirdi.
Qeyd edək ki, ötən gün Gəncə Dövlət Regional Kollecinin direktoru İlqar Kubışov da vəzifəsindən azad edilib.
Xatırladaq ki, noyabrın 14-16-da Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi tərəfindən Gəncə, Qazax, Tovuz Kolleclərində, eləcə də Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kollecdə monitorinq keçirilib. Yoxlamalar zamanı təhsil müəssisələrində tədris prosesinin təşkili və idarəetmə ilə bağlı bir sıra nöqsanlar aşkarlanıb. Nəticədə kolleclərin rəhbər şəxslərinə şiddətli töhmət verilib və xəbərdarlıq edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 05 Dekabr 2024 09:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















