Hikmət “Əqrəb mövsümü”ndən sonra ofisiant işləyib, qab yuyub
Yenisabah portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aktyor Hikmət Rəhimov “Əqrəb mövsümü” serialının birinci mövsümündən sonra ofisiant işlədiyini, hətta bir müddət qab yuduğunu açıqlayıb.
“Yeni Sabah” xəbər verir ki, aktyor bu barədə “Söhbətgah” podkastnda danışıb.
O, həmin vaxt heç kimdən dəstək gözləmədiyini vurğulayıb: Sərfəli qiymətə məhsullar
“Əqrəb mövsümü”nün birinci hissəsi çəkilmişdi, ikinci mövsümün çəkilişlərinə başlamaq üzrə idilər. Mən isə həmin vaxt ofisiant işləyirdim. Orada yaşadığım bir hadisəni danışım. Obyekti işlətməli idik, müştərilər gəlmişdi, hər tərəf bir-birinə qarışmışdı. Gördüm ki, qablar yığılıb, onları yumağa başladım. Bu zaman arxadan başqa bir müştəri də gəlib hesabı ödəmək istəyirdi.
Mənə dedi ki, “müəllim, siz mənə tanış gəlirsiniz”.
Artıq başa düşürdüm ki, dönsəm, məni tanıyacaq və niyə bu vəziyyətdə olduğumu soruşacaq. Əlimdə süngər, qab yuyan vasitə, qarşımdasa qablar... İstəmirdim ki, dönüb məni bu vəziyyətdə görsün. Ona görə də arxamı çevirmədən dedim ki, hesabı digər ofisiant ödəyəcək. Amma o, israr etdi:
“Çox xahiş edirəm, sizi görmək olar?”
Nəhayət, çevrildim. O isə mənə dedi: “Ayıb olsun! Ayıb olsun bu dövlətə!”
Gördüm ki, mənə dövlətin ayıb olduğunu deyir. Sanki mən də orada dayanıb “Dövlət mənə dəyər vermir” deməli, əlimdə qab yuduğum yerdə bu barədə müzakirə aparmalı idim. Sadəcə, “Xahiş edirəm, hesabı ödəyin və gedin”, – dedim.
Həmin vaxt artıq vəziyyətimlə barışmışdım. Məsələn, o dövrdə Adil Kərimli də məni qəbul etmişdi. Vəziyyətimdən xəbərdar idi və özü də bunun bizim üçün ayıb olduğunu demişdi. Amma nəticədə mənə heç bir dəstək göstərilmədi.
Hətta həmin müştəri üç gün sonra yenidən gələndə artıq əvvəlki sözləri demirdi. O da vəziyyətlə barışmışdı, anlayırdı ki, bu da bir işdir və mən işləyirəm. Beləliklə, bir şeyi anladım ki, insan heç kimdən heç nə gözləməməlidir”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 25 Noyabr 2026 11:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















