Icma.az
close
up
RU
10 manatlıq biletə görə aləm qarışdı...

10 manatlıq biletə görə aləm qarışdı...

Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son günlər Azərbaycan Premyer Liqası deyil, futbol üzrə İkinci liqa daha çox müzakirə olunur. Buna səbəb “Şəfa” və “Şahdağ Qusar” arasında keçirilən matçdan əvvəl meydan sahiblərinin liderlik uğrunda vacib görüşöncəsi bilet qiymətlərini 10 manata qaldırmasıdır. Doğma komandalarına dəstək üçün Bakıya gələn fanatlar rəqibin bu addımı onlara mane olmaq üçün atdığını deyirdilər. 

Bəs Azərbaycanda bilet qiymətləri necə tənzimlənir?

“Qafqazinfo” xəbər verir ki, bilet qiymətləri ilə bağlı məsələlər klubların özləri tərəfindən tənzimlənir. Burada AFFA və ya PFL-in heç bir müdaxiləsi ola bilməz. Amma PFL-in əsasnaməsinə görə, meydan sahibləri stadionun 20 faizini qonaq azarkeşlərə ayırmalıdır. Qonaq komandaya satılan biletlərin qiyməti isə meydan sahiblərinin azarkeşlərinə satılan qiymətlərdən baha ola bilməz.

“Şəfa”nın prezidenti Sərdar Salamzadə isə məsələyə bu cür şərh vermişdi: “İlk dövrədə “Şahdağ Qusar” klubu bizim azarkeşləri stadiona ancaq bilet əldə etdikdən sonra buraxacağını bildirmişdi. Biz də öz növbəmizdə “Şahdağ Qusar”la oyuna biletlə giriş olacağını elan etdik və qiymətlərin 10 manat olacağını açıqladıq”.

Qusarlı azarkeşlər isə qarşı tərəfin bu qərarına baxmayaraq, tribunalarda öz yerlərini aldılar. Onlar uzun yol qət edərək doğma komandalarını dəstəkləmək üçün “ASK Arena”da dəstəklərini göstərdilər. 

Fanatların tribunada etdikləri isə rəngarəng görüntülərə səbəb oldu. Matç 0:0 hesabı ilə bitdi və demək olar ki, “Şahdağ Qusar” çempionluğu təmin etdi. Bu isə bir daha meydanların bəzəyinin azarkeş olduğunu göstərdi.

Matçdan sonra da bilet ətrafındakı söz-söhbətlər səngimir. Futbol azarkeşlərinin əksəriyyəti “Şəfa”nın bu qərarını qınayaraq nəinki Premyer Liqada, heç “Qarabağ”ın avrokubok matçlarında biletlərin belə bu qiymətə olmadığını diqqətə çatdırır. Bununla bağlı çoxlu paylaşımlar və şərhlər yazılıb. 

Əslində, 2019-cu ildə Azərbaycan Premyer Liqasında analoji hadisə yaşanmışdı. 

Ölkə çempionatının 28-ci turunda “Neftçi” “Qarabağ”a qarşı keçirəcəyi oyundan öncə biletlərin qiymətini qaldırmışdı. Bakılılar rəqib fanatlar üçün bileti 50 manata satmışdılar. 

Həmin turdan öncə “Qarabağ” çempionluğu təmin etmişdi və medallara “Neftçi”nin oyunlarını keçirdiyi “Neftçi Arena”da qovuşacaqdı. “Ağ qaralar” bunu məhz əzəli rəqiblərinin mükafatlandırma mərasiminə qatılacaq azarkeşlərin sayının az olması məqsədilə etmişdi. “Qarabağ” rəhbərliyi isə həmin vaxt 35 min manat ödəniş edərək 700 bilet almışdı və tərəfdarların stadiona girməsini təmin etmişdi. 

Azərbaycan Premyer Liqasının keçirildiyi ümumi illərə nəzər salsaq, bu cür hadisələrə rast gəlmək olar. Xüsusən azarkeşləri ilə hələ də yaddaşlardan silinməyən “Xəzər Lənkəran”ın matçlarında.

Vaxtilə AZAL (hazırda bu klub yoxdur) klubu “Xəzər Lənkəran”a qarşı keçirdiyi bütün ev matçlarında biletləri pullu edirdi. Halbuki bu komandanın digər oyunlarında stadiona giriş ödənişsiz olurdu. Hətta həmin vaxt Azərbaycan çempionatında ən baha bilet qiyməti 2 manat olduğu halda, AZAL “Xəzər Lənkəran” fanatları üçün qiymətləri 3 manata qaldırırdı. 

Bütün bunlara baxmayaraq, hazırda Azərbaycan Premyer Liqasında ən bahalı biletlər “Qarabağ”ın və “Neftçi”nin matçlarınadır. Ağdamlıların çempionat çərçivəsində keçirdiyi oyunlarda qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VİP biletlər isə 15 manat təşkil edir. “Neftçi”də isə sektorlara uyğun olaraq 3, 10, 15 və 35 manatdır. 

Ölkə çempionunun avrokuboklarda keçirdiyi qarşılaşmalarda da biletlər 5 manatdan başlayır. Lakin UEFA-nın tələblərinə uyğun olaraq mərkəz sektorlar və VİP biletlər daha yüksək qiymətə satılır. 

Azərbaycan İkinci liqasında rəqibdən qisas almaq üçün bilet qiymətlərinin bu qədər yüksəldilməsini isə doğru addım saymaq olmaz. Onsuz da ölkə futbolu azarkeş baxımından ciddi problemlə üz-üzədir. İllər əvvəl stadionlarda hər matçda minimum 5-7 min azarkeşə rast gəlinirdisə, indi bu say 500-700-lə ölçülür. 

Birinci liqanın daha yaxşı vəziyyətə gətirilməsindən, İkinci liqanın yaradılmasından sonra bölgə klublarının sayı artdı və yeniləri mübarizəyə qoşuldu. Bundan sonra isə futbolumuzun azarkeş ordusu olduğu göründü. Dünyanın istənilən ölkəsində ulduz futbolçular, məşqçilər, klub prezidentləri futbolun azarkeşlər üçün oynanıldığını etiraf edir, onların tribunalarda yaratdığı ab-havadan zövq aldıqlarını bildirirlər. 

Azərbaycan futbolu üçün böyük uğurlara imza atan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov da azarkeşlər stadionda olduğu zaman özlərini tamamilə fərqli hiss etdiklərini vurğulayıb.

Elə Premyer Liqada keçirilən sonuncu Azərbaycan derbisinə - “Neftçi” ilə qarşılaşmada 7-8 min azarkeşin tribunalarda yer alması maraqlı qarşılaşmanın oynanılmasına gətirib çıxarmışdı. Qurban Qurbanov da mətbuat konfransında həmin oyunun əsas qəhrəmanlarının azarkeşlər olduğunu bildirmişdi. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 May 2025 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see332

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see311

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see289

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see282

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see273

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see237

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see228

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see224

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see219

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see218

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see212

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see198

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see185

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see176

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see172

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see172

Qan təzyiqini ölçərkən bu səhvləri etməyin

04 Oktyabr 2026 05:06see165

Konqo DR Səhiyyə Nazirliyi: Ebola epidemiyasının piki geridə qalıb

04 Oktyabr 2026 06:15see163

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see162

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri