Napoli və Yuventus və A Seriyasının bombardirini istəyir
Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Monza"nın hücumçusu Qustavo Varela 2027-ci ilin yanvarında klubu tərk edə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, "Napoli" və "Yuventus" 21 yaşlı portuqaliyalı hücumçuya ciddi maraq göstərir.
Bundan əlavə, adları açıqlanmayan bir neçə Premyer Liqa klubu da oyunçu ilə maraqlanıb və "Monza"nın qarşıdakı matçlarına skautlar göndərməyi planlaşdırır.
İtaliya klubu hücumçunun dəyərini 35 milyon avroqiymətləndirir. "Monza" Varelanı mövsümün sonuna qədər heyətdə saxlamağa üstünlük versə də, 30–35 milyon avro civarında təklif gələcəyi təqdirdə onun satışına razı ola bilər.
Qeyd edək ki, "Monza" bu oyunçu üçün 2026-cı ilin iyulunda "Benfika"ya 2,5 milyon avro, üstəgəl 1 milyon avro məbləğində bonuslar ödəyib. Həmçinin, gələcəkdə baş tutacaq hər hansı transferdən əldə olunacaq məbləğin 20 faizi Portuqaliya klubuna çatacaq.
Qeyd edək ki, hücumçu bu mövsüm "Monza"nın heyətində bütün turnirlərdə 11 oyuna çıxıb, 11 qol vurub və bir məhsuldar ötürmə edib. O, hazırda 9 qolla A Seriyasının bombardirlər siyahısına başçılıq edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:79
Bu xəbər 20 Noyabr 2026 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















