Emin Hüseynov: Ağdamda yaşayanların sayı 8 300 nəfərə çatıb
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ağdam şəhərində məskunlaşan sakinlərin sayı artıq 3 mini ötüb. Ümumilikdə isə rayon ərazisində 8 300 nəfər yaşayır. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu Ağdamda jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.
Onun sözlərinə görə, ötən il rayonda yaşayanların sayı 500 nəfərdən az olub. Hazırda isə Böyük Qayıdış prosesi ilə əlaqədar əhalinin məskunlaşması sürətlənib və yaxın aylarda bu dinamikanın daha da artacağı gözlənilir.
Emin Hüseynov qeyd edib ki, Ağdam rayonunda üç kəndin bərpası başa çatdırılıb və sakinlər artıq həmin yaşayış məntəqələrində məskunlaşıblar. Daha iki kənddə isə tikinti və bərpa işləri yekunlaşmaq üzrədir. Növbəti ilin ilk aylarında bu yaşayış məntəqələrinə köçün başlanması nəzərdə tutulur.
O bildirib ki, Ağdam şəhərində məskunlaşanların sayının gələn ilin ilk yarısında daha 10 min nəfər artacağı proqnozlaşdırılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 20 Noyabr 2026 14:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















