10 mindən çox şəxs dövlətdən kirayəyə mənzil götürüb
Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İpoteka və Kredit Zəmanət Fondunun şəxsi yığımları yetərli olmayan vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə tətbiq etdiyi satmaq öhdəliyi ilə kirayə mexanizmi vasitəsilə indiyə qədər 10 015 ailənin mənzil şəraiti yaxşılaşıb ki, bunun da 945-i cari ildə bağlanmış müqavilələrin payına düşür.
Modern.az Fonda istinadən xəbər verir ki, mənzil şəraitini yaxşılaşdıran vətəndaşların 60 %-dən çoxu gənclər və gənc ailələrdir.
Mənzillər vətəndaşlara 17 ünvanda mənzillər təqdim edilib. Onlardan 8-i Bakıda, 6-sı Abşeronda (Xırdalan şəhərində 3 ünvan, Abşeron rayonunun Masazır, Saray və Məmmədli qəsəbələrində 3 ünvan), 3-ü isə Sumqayıtda yerləşir.
Mənzillər vətəndaşların istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları) yaxın komplekslərdə yerləşir. Bütün mənzillər yeni və müasir tikinti materiallarından istifadə edilməklə təmir olunub, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz edilib, eyni zamanda mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 28 Avqust 2026 15:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















