Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və satışı sahəsində müşahidə olunan ziddiyyətlər diqqət çəkir.

Belə ki, bəzi hallarda fermerlər yetişdirdikləri meyvə və tərəvəzləri münasib qiymətə sata bilmədikləri üçün məhsul əllərində qalır, hətta bir hissəsi tarlalarda çürüyərək yararsız hala düşür.

Bununla yanaşı, paytaxt və digər şəhərlərin bazarlarında həmin məhsulların yüksək qiymətə təklif olunması istehlakçıların narazılığına səbəb olur.

İstehsalçı ilə istehlakçı arasında yaranan bu qiymət fərqi kənd təsərrüfatında mövcud problemləri, xüsusilə satış, logistika və tədarük zəncirindəki çatışmazlıqları yenidən gündəmə gətirir.

Bəs Azərbaycanda bəzi meyvə-tərəvəz məhsulları fermerlərin əlində qalaraq satışa çıxarıla bilmədiyi halda, bazarlarda qiymətlərin yüksək olması hansı səbəblərlə bağlıdır?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtusadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, Azərbaycanda fermerlərin istehsal etdiyi bəzi meyvə-tərəvəz məhsullarının satışa çıxarıla bilməməsi, eyni zamanda həmin məhsulların bazarlarda baha satılması aqrar sektorun əsas struktur problemlərindən birini göstərir:

“Burada əsas məsələ məhsulun azlığı deyil, onun istehsalçıdan istehlakçıya çatdırılması mexanizminin səmərəli qurulmamasıdır. Fermer məhsulunu vaxtında sata bilmədiyi üçün ucuz qiymətə, bəzən hətta maya dəyərindən aşağı qiymətə təklif etməyə məcbur qalır. Digər tərəfdən, istehlakçı həmin məhsulu bazarda bir neçə vasitəçinin üzərindən keçdikdən sonra xeyli baha qiymətə alır. Bu vəziyyətin bir neçə səbəbi var.

İlk növbədə, Azərbaycanda kənd təsərrüfatı istehsalı ilə bazarın tələbatı arasında əlaqələndirmə zəifdir. Fermerlər çox vaxt hansı məhsulun nə qədər istehsal olunacağına, hansı regionda ona tələbatın yüksək olduğuna dair dəqiq bazar məlumatlarına malik olmadan əkin aparırlar.  Nəticədə müəyyən dövrlərdə bazarda eyni məhsulun bolluğu yaranır və satış çətinləşir. Digər tərəfdən, məhsulların saxlanılması, çeşidlənməsi, qablaşdırılması və daşınması üçün infrastrukturun yetərli olmaması da ciddi problemdir.

Tez xarab olan məhsulu fermer uzun müddət saxlaya bilmir və məcburən ucuz qiymətə satır, yaxud məhsulun bir hissəsi ümumiyyətlə məhv olur.Qiymət fərqinin yaranmasında vasitəçilərin çoxluğu da rol oynayır. Fermerdən məhsulu alan topdansatış vasitəçisi, distribütor və pərakəndə satıcı hər biri öz mənfəətini qiymətə əlavə edir.

Beləliklə, istehsalçının aşağı qiymətə satdığı məhsul son istehlakçıya çatanda xeyli bahalaşır. Lakin bunu yalnız vasitəçilərlə izah etmək də düzgün deyil. Nəqliyyat, saxlama, enerji, qablaşdırma və ticarət xərcləri də son qiymətə təsir göstərir. Problemin həlli üçün ilk növbədə fermerlərlə ticarət şəbəkələri arasında birbaşa əməkdaşlıq mexanizmləri genişləndirilməlidir”.

Onun sözlərinə görə, məhz fermerlərin kooperativlərdə birləşməsi onların məhsulu daha böyük həcmdə, vahid keyfiyyət standartları ilə bazara çıxarmasına imkan verər:

“Eyni zamanda, regionlarda müasir soyuducu anbarların, çeşidləmə və qablaşdırma mərkəzlərinin yaradılması vacibdir. Bu, fermerin məhsulunu yığım mövsümündə ucuz qiymətə satmaq məcburiyyətini azaldar.

Digər mühüm məsələ aqrar bazar haqqında məlumatlandırma sisteminin qurulmasıdır. Fermer əvvəlcədən hansı məhsula nə qədər tələbat olduğunu, hansı bazarda hansı qiymətlərin formalaşdığını bilməlidir.  Dövlət bu istiqamətdə elektron satış platformalarının və topdansatış bazarlarının inkişafına dəstək verə bilər. Məhsulun emal sənayesinə yönəldilməsi də vacibdir. 

Məsələn, təzə halda satılmayan pomidor, alma və digər məhsulların şirə, tomat, konserv və qurudulmuş məhsul istehsalında istifadə olunması itkiləri azalda bilər. Ən əsası, dövlətin aqrar siyasəti yalnız məhsul istehsalının artırılmasına deyil, onun satışının təmin edilməsinə də yönəlməlidir. Çünki fermer istehsal etdiyi məhsulu sata bilmirsə, verilən subsidiyanın və digər dəstək mexanizmlərinin iqtisadi səmərəsi də azalır”.

Ekspert qeyd edib ki, aqrar sektorun uğuru təkcə nə qədər məhsul yetişdirilməsi ilə deyil, həmin məhsulun fermerə gəlir, istehlakçıya isə münasib qiymət gətirməsi ilə ölçülməlidir.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Noyabr 2026 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see352

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see333

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see313

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see307

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see305

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see297

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see288

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see272

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see272

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see257

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see251

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see242

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see233

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see229

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see228

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see226

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see222

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see217

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see214

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri