Icma.az
close
up
RU
Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

Vyetnam Azərbaycan üçün dost və tərəfdaş ölkələr sırasında xüsusi yer tutur. Ölkələrimiz arasında dostluq münasibətlərinin tarixi uzun illərə söykənir. Azərbaycan xarici siyasətində Vyetnamla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu bu dostluq əlaqələri bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və yeni əməkdaşlıq istiqamətləri ilə zənginləşir.

 Əvvəla, onu qeyd edək ki, Azərbaycan və Vyetnam münasibətlərinin möhkəm təməlində qarşılıqlı etimad, beynəlxalq məsələlərdə bir-birinin mövqeyinə hörmət və dövlətlərin ərazi bütövlüyünə verilən prinsipial dəstək dayanır. Hər iki ölkə özünün ərazi bütövlüyü məsələsinə həssas yanaşdığı kimi beynəlxalq münasibətlərdə bu prinsipin universal xarakter daşımasını da müdafiə edir. Bu ortaq mövqe ölkələrimiz arasında siyasi dialoqun səmimiliyini artırır, dostluq əlaqələrinə davamlılıq verir. Məhz qarşılıqlı hörmətə və dövlət maraqlarının anlaşılmasına söykənən bu münasibətlər Azərbaycan ilə Vyetnamın əməkdaşlığını müxtəlif istiqamətlərdə inkişaf etdirmək üçün geniş imkanlar yaradır. 

İkincisi, Prezident İlham Əliyevin Vyetnama səfəri zamanı dövlət başçısına göstərilən yüksək qonaqpərvərliyin arxasında iki ölkə arasında illər ərzində yaranmış qarşılıqlı hörmət və etimad dayanırdı. Bu münasibət tarixi dostluğun dövlət rəhbərləri səviyyəsində də eyni həssaslıqla qorunduğunu göstərən bir yanaşma idi. Vyetnamın Azərbaycanla münasibətlərə verdiyi önəm məhz bu səfərin qəbulunda və keçirilən görüşlərin xarakterində öz ifadəsini tapırdı. Keçirilən görüşlər, əldə olunan razılaşmalar və imzalanan sənədlər onu deməyə əsas verirdi ki, Prezident Venesuelaya heç də sadəcə səfər etməmişdi. Bu səfər konkret siyasi və iqtisadi hədəflərə hesablanmış, ikitərəfli əməkdaşlığın inkişafına xidmət edən diplomatik addım kimi yadda qaldı.

 Üçüncüsü, rəsmi səfər çərçivəsində iki ölkənin dövlət başçıları tərəfindən Birgə Bəyanatın qəbul olunması mühüm siyasi addım kimi diqqət çəkdi. Sənəddə qarşılıqlı etimad, suverenlik və ərazi bütövlüyünə hörmət, beynəlxalq hüquqa riayət prinsipləri təsdiqlənməklə yanaşı, siyasi və parlamentlərarası əlaqələrin, iqtisadiyyat, ticarət, investisiya, enerji, kənd təsərrüfatı, nəqliyyat, müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, təhsil, mədəniyyət, turizm və humanitar mübadilələrin inkişafı, eləcə də BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda qarşılıqlı dəstəyin gücləndirilməsi üzrə razılıq əldə olundu. Bu da iki ölkə arasında strateji tərəfdaşlığın gələcək inkişaf yollarını müəyyənləşdirdi.

Dördüncüsü, Vyetnamın Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığının qurulmasında Azərbaycanın rolu əvəzsizdir. Ölkəmiz bu istiqamətdə dost Vyetnama yaşıl işıq yandırır. Şərq-Qərb və Şimal-Cənub marşrutları, eləcə də Trans-Xəzər nəqliyyat dəhlizi üzrə əməkdaşlıq Vyetnam üçün son dərəcə əhəmiyyətlidir. Bu marşrutlar Vyetnamın region ölkələri ilə iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi üçün yeni perspektivlər açır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və formalaşdırdığı nəqliyyat infrastrukturu bu əməkdaşlığın inkişafına geniş imkanlar verir. Enerji, logistika və investisiya sahələrində qarşılıqlı maraqlar isə tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edir.

Nəhayət, şübhəsiz ki, Azərbaycanla müttəfiqlik ölkələrə inkişaf vəd edir. Ölkəmizin regionun mərkəzi və aparıcı dövlət kimi mövqeyi, qlobal əhəmiyyətli tədbirlərin məhz Bakıda keçirilməsi qeyd olunanların təsdiqidir. Bununla yanaşı Azərbaycan Prezidentinin qlobal liderliyi, irəli sürdüyü təşəbbüslərin beynəlxalq səviyyədə qəbul olunması ölkəmizin artan nüfuzunun və dünya miqyasında qazandığı etimadın göstəricisidir. Bütün bunlar Azərbaycanın dost və tərəfdaş ölkələrlə münasibətlərində yeni əməkdaşlıq imkanları açdığını, qarşılıqlı maraqlara əsaslanan tərəfdaşlığın inkişafına mühüm zəmin yaratdığını göstərir. Vyetnamla əlaqələrin genişləndirilməsi də məhz bu siyasətin tərkib hissəsi kimi hər iki ölkənin gələcək inkişafına xidmət edən perspektivli əməkdaşlıq istiqamətidir. Prezident İlham Əliyevin Venesuelaya səfəri ölkəmizin beynəlxalq nüfuzunu nümayiş etdirən mühüm diplomatik hadisə kimi tarixdə öz yerini aldı.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı,
YAP İdarə Heyətinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 21 Noyabr 2026 20:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see356

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see329

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see306

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see274

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see269

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see260

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see256

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see247

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see242

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see241

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see241

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see237

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see233

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see231

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see221

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see217

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see212

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see210

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri