La Liqa: Derbidə “sülh”
futbolpress-az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İspaniya La Liqasında XIII turun oyunları keçirilir.
Futbolpress.az xəbər verir ki, turun növbəti oyun günündə üç qarşılaşma baş tutub.
Gecənin ən diqqətçəkən və gərgin qarşılaşması Əndəlüs derbisində yaşanıb. “Sevilya” doğma meydanda əzəli rəqibi “Real Betis”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb. Qonaqlar 50-ci dəqiqədə Antoninin qolu ilə önə keçsələr də, meydan sahibləri oyuna əlavə olunmuş dəqiqələrdə Kike Salasın dəqiq zərbəsi ilə məğlubiyyətdən xilas olublar.
Günün ilk matçında “Alaves” doğma divarlar arasında “Deportivo”nu 3:1 hesabı ilə məğlub edib. “Valensiya” isə səfərdə “Rayo Valyekano”nun qonağı olub və Xose Kopetenin 41-ci dəqiqədə vurduğu yeganə qolla minimal hesablı qələbəyə sevinib – 1:0.
Qeydə alınan nəticələr:
İspaniya La Liqası
XIII tur
21 noyabr
“Alaves” – “Deportivo” 3:1
Qollar: Anxel Peres, 2, Lukas Boye, 62, Denis Suares, 90 – Nauel Tenaqliya, 41 (avtoqol)
“Rayo Valyekano” – “Valensiya” 0:1
Qol: Xose Kopete, 41
“Sevilya” – “Real Betis” 1:1
Qollar: Kike Salas, 90+1 – Antoni, 50
Baxış sayı:116
Bu xəbər 22 Noyabr 2026 00:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















