Icma.az
close
up
RU
10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan yalnız uğur qazanıb”

10 noyabr bəyanatının imzalanmasından sonra Azərbaycan yalnız uğur qazanıb”

Newscenter.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Azərbaycan 2020-ci il noyabrın 10-da Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Bunu şərtləndirən Azərbaycanın siyasi, iqtisadi və hüquqi baxımdan peşəkar, keyfiyyətli dövlət idarəetmə sistemi idi. 44 gün ərzində Azərbaycan ordusu bir addım geri çəkilmədi.
Noyabrın 8-də alınmaz qala olan Şuşanın azad olunması düşmənin belini qırdı. Sentyabrın 27-dən noyabrın 10-na qədər 300-ə yaxın yaşayış məntəqəsinin azad edilməsi ilə Ermənistan ordusu iflic oldu. Ali baş komandan İlham Əliyevin də söylədiyi kimi, Paşinyan məcbur olub kapitulyasiya aktına imza atdı. Beləliklə, 10 noyabr bəyanatı uzun illər davam edən işğala son qoydu. Bu bəyanatın imzalanması ilə Azərbaycan siyasi, diplomatik və iqtisadi uğurlar əldə etdi. İlk növbədə Ağdam, Laçın, Kəlbəcər, Zabux və Sus kəndləri qan tökülmədən qaytarıldı. Üçtərəfli bəyanatdan ötən 4 il ərzində Azərbaycan tərəfindən sülh müqaviləsi üçün əsas olan beynəlxalq hüququn 5 əsas prinsipi irəli sürüldü. Üçtərəfli bəyanatın hüquqi nəticələrindən biri də Azərbaycanın beynəlxalq hüquqi müstəvidə pozulmuş haqlarının bərpasıdır. Sərhədlərin delimitasiyası ilə bağlı müvafiq komissiyalar yaradıldı və fəaliyyətə başladı.
Prezident İlham Əliyevin 2022-ci 6 oktyabr tarixində Praqada Avropa İttifaqı Şurasının Prezidenti, Fransa Prezidenti və Ermənistanın baş naziri ilə görüşləri nəticəsində imzalanmış Bəyanatla Azərbaycanın ərazi bütövlüyü tanındı. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad edilən şəhər və kəndlərimizin yenidən qurulur, öz yurd-yuvalarından didərgin düşən soydaşlarımız evlərinə qayıdır. 2023-cü il 23 aprel tarixində “Laçın” sərhəd-buraxılış məntəqəsinin qurulması ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu.
2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata baxmayaraq, Ermənistan silahlı birləşmələri hələ də Qarabağda idi. Bu azmış kimi qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilir, Qarabağa hərbi sursat və silah daşınması davam edirdi, ərazi və yollar yenidən minalanırdı. Bu səbəbdən 2023-cü ilin sentyabrında Azərbaycan öz ərazilərində uğurlu antiterror əməliyyatı keçirdi və suverenliyimizi bərpa etdi.
Eyni zamanda rəsmi Bakının tələbi ilə Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı.
Cənab Prezidentin Zəfər parkında xalqa müraciətində söylədiyi kimi, 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Təbii ki, bu təzyiq və hədələrin heç bir nəticəsi olmayacaq.
Könül Nurullayeva, Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 10 Noyabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see247

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see240

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see238

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see217

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see197

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see196

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see158

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri