Alimlərdən yeni nəzəriyyə: Qara dəliklər gözləniləndən daha sürətli böyüyür
Icma.az, Oxu.az portalına istinadən məlumat verir.
Meynut Universitetinin astrofizikləri müasir astronomiyanın əsas sirlərindən birinə - qara dəliklərin Böyük Partlayışdan bir neçə yüz milyon il sonra fövqəlkütlə toplaya bilməsinə dair yeni izah təklif ediblər.
Oxu.Az xəbər verir ki, tədqiqat "Nature Astronomy" jurnalında dərc olunub.
Kompüter simulyasiyaları göstərib ki, erkən kainatda son dərəcə sıx və xaotik şərait mövcud olub və bu mühitdə qara dəliklərin hətta kiçik "rüşeymləri" belə anormal dərəcədə yüksək sürətlə böyüyə bilib.
Tədqiqatın rəhbəri, Meynut Universitetinin aspirantı Daksal Mehtanın sözlərinə görə, Böyük Partlayışdan cəmi bir neçə yüz milyon il sonra yaranan ilk qara dəliklər ətraf maddəni mümkün hesab ediləndən daha sürətlə udaraq əsl "qidalanma vəhşiliyi" yaşayıblar.
Erkən qalaktikalarda qazın yüksək sıxlığı belə sürətli böyümə mərhələlərinin dəfələrlə baş verməsinə imkan verib və nəticədə qara dəliklər Günəşin kütləsi ilə müqayisədə onminlərlə dəfə ağırlaşıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 23 Yanvar 2026 02:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















