Icma.az
close
up
RU
100 il əvvəl ortaya çıxan və Yuxu epidemiyası nın sirri nə idi?

100 il əvvəl ortaya çıxan və Yuxu epidemiyası nın sirri nə idi?

Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

20-ci əsrin əvvəllərində dünya bir çox sirli xəstəliklərlə mübarizə aparırdı. “Yuxu xəstəliyi” kimi tanınan ensefalit letargika minlərlə insanın həyatını alt-üst etdi. Bəziləri həyatını itirdi, bəziləri isə canlı heykəllərə çevrildi. Ən qorxulusu odur ki, xəstəliyin səbəbi hələ də məlum deyil. Çünki bu epidemiya birdən ortaya çıxdı və sonra səssizcə yox oldu.
Bəs bu sirli xəstəlik ilk dəfə necə ortaya çıxmışdı?

Sfera.az mövzu ilə bağlı maraqlı yazı təqdim edir.
 

Ensefalit letargik halları ilk dəfə 1916-cı ildə Avstriyalı nevroloq Constantin von Economo tərəfindən təsvir edilmişdir. Fransız həkim Jean-Rene Cruchet eyni dövrdə oxşar hadisələri bildirmişdi. Əksər xəstələrdə zəiflik, qızdırma, baş, əzələ ağrısı və görmə pozğunluğu var idi. Bəzi xəstələrdə Parkinson xəstəliyinə bənzəyən psixiatrik simptomlar və ya əzələ sərtliyi də müşahidə edilirdi.
 

Cəmi bir neçə gün ərzində tənəffüs çatışmazlığından ölən xəstələr olsa da, zamanla katatoniyaya bənzəyən simptomlar göstərən sağ qalanlar da oldu. Onların üzləri tutqun, əzələləri sərtləşmiş, ətrafları ilə ünsiyyət qura bilmirdilər. Halbuki onların düşüncələri tamamilə aydın idi.
 

Xəstəliyin İspan qripi ilə əlaqəsi var idimi?
 

Qeyd etmək lazımdır ki, xəstəlik 1918-ci ildə ortaya çıxan ispan qripi ilə eyni dövrdə yayılmağa başlamışdı. Bu səbəbdən də əvvəlcə iki xəstəlik arasında bir əlaqənin ola biləcəyi düşünülürdü. Lakin aparılan araşdırmalar bu ehtimalı heç vaxt sübut edə bilməyib. Eyni simptomları göstərməyən, müxtəlif mərhələlərdə irəliləyən və fərqli nəticələr verən iki xəstəlik arasında birbaşa əlaqə müəyyən edilə bilməz.
 

Doktor Heidi Moawadın sözlərinə görə, hər bir xəstədə fərqli şiddətdə simptomların görünməsi diaqnoz prosesini çətinləşdirib. Bəzi xəstələr heç bir ağırlaşma olmadan sağalarkən, bəziləri ömür boyu davam edəcək nevroloji pozğunluqlarla mübarizə aparırdılar.
 

Hətta uşaqlarda aqressiv davranış pozuntularına səbəb ola bilər
 

Gənc yaşda bu xəstəliyə tutulan fərdlərin diqqəti yayındırma, narahatçılıq, yalan danışma və özünə zərər vermə kimi davranışlara sahib olduğu müşahidə edilmişdir. Yetkinlik yaşına çatdıqda, bu vəziyyət aqressiv davranışlara çevrilə bilirdi. Bəzi hallarda cinsi impulslarını idarə edə bilməyən və eyni cinsdən və ya daha gənc fərdlərə qarşı aqressivlik göstərən xəstələr qeydə alınıb.
 

Maraqlısı odur ki, bu davranışlar çox vaxt şüurlu deyil, impulsiv xarakter daşıyırdı. Xəstələr etdiklərinə görə peşman olduqlarını bildirsələr də, bu impulsiv davranışların qarşısını ala bilməyiblər. Və nəhayət, onlardan bəziləri ciddi Parkinson xəstəliyinə bənzər simptomlarla tamamilə cavabsız qaldı.
Epidemiya 1920-ci illərin əvvəllərində pik həddinə çatdıqdan sonra sürətlə azalmağa başlayıb
 

Xəstəliklərin sayı 1927-ci ildən etibarən azalmağa başlayıb. 1929-cu ildə nəşr olunan bir hesabatda təxminən 80 fərqli müalicə üsulunun sınaqdan keçirildiyi, lakin bunların heç birinin qəti nəticə vermədiyi bildirilir. Bu günə qədər xəstəliyin səbəbi, onun ötürülmə üsulu və ya qəti müalicəsi tapılmamışdır.
 

L-DOPA kimi Parkinson dərmanları bir qədər müvəqqəti rahatlama təmin etsə də, qalıcı bir həll təmin yolu olmayıb. 1990-cı ildə Robin Uilyams və Robert De Nironun baş rollarda çəkildiyi "Oyanışlar" filmi xəstəliyə diqqət çəkən ən məşhur istehsallardan biridir.

Xanım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://sfera.az
archiveBu xəbər 21 İyun 2025 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri