Icma.az
close
up
RU
“100 ilin imzası” kitabının təqdimatı keçirilib FOTO/VİDEO Doğru Xəbərlər

“100 ilin imzası” kitabının təqdimatı keçirilib FOTO/VİDEO Doğru Xəbərlər

Icma.az, Dogru.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Heydər Əliyev Muzeyində Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist Prezident mükafatçısı, kitablar-məqalələr müəllifi, “Milli Dəyərlər üzrə Maarifləndirmə” İctimai Birliyinin sədri Gülşən Behbudun “100 ilin imzası” kitabının təqdimat mərasimi olub. Öncə Ulu Öndərimiz Heydər Əliyevin və Vətən uğrunda canından keçən əziz şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən “Şərq qapısı” qəzetinin baş redaktor müavini Məmməd Babayev bildirib ki, Heydər Əliyev fenomeni xalqımızın ən qiymətli, əvəzi olmayan, həmişə öz dəyərini saxlayacaq milli-mənəvi gücüdür. Həmişə arxalanacağımız güvən yerimizdir; Onu xatırladıqca fəxr edəcəyimiz qürur ünvanımızdır.

Müasir Azərbaycanın qurucusu, xalqın əvəzsiz oğlu Ulu Öndərin dərin zəkası, uzaqgörən siyasəti nəticəsində xalqımız zirvələri fəth etdi.

Qeyd olunub ki, bu reallıq qəlbimizdə özünə əbədi yer tutmuş Ulu Öndərin bizdən cismən ayrıldığı və tarix üçün çox kiçik olan zaman kəsiyində görkəmli dövlət xadimi haqqında qələmə alınmış yüz cildlərlə kitablarda öz əksini tapıb. Bu baxımdan oxuculara yeni təqdim olunmuş “100 ilin imzası” kitabı oxuculara dahi öndərlə bağlı məlum olmayan yeni bilgilər təqdim etdiyi üçün dəyərli bir nəşrdir.

Diqqətə çatdırılıb ki, jurnalist və publisist Gülşən Behbudun çapa hazırladığı yeni nəşr özünün bir sıra məziyyətləri ilə diqqəti çəkir. Dünyanın tanınmış dövlət xadimlərinin və siyasətçilərinin, mədəniyyət və incəsənət adamlarının Ulu Öndər haqqında söylədikləri fikirlər, gəldikləri qənaətlər hər bir azərbaycanlını düşünməyə sövq edir və onun məhz azərbaycanlı olması ilə qürur duymasını təbii bir istək kimi ortaya qoyur.

Kitab boyu Gülşən Behbudun jurnalist düşüncələrində, müsahibələrində, şeirlərində müəllifin dahi rəhbərə sevgisi, məhəbbəti belə deməyə əsas verir ki, bu gün Əliyevşünaslıq elmi özünün yüksək məhrələsindədir.

Heydər Əliyev Muzeyinin direktoru Ramin Orucəliyev qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb siyasi fəaliyyət göstərdiyi illər Azərbaycanın siyasi və dövlətçilik tarixində mühüm mərhələ təşkil edir.

Məhz bu dövrdə Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə tarixi qərarlar qəbul olunmuş, muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunmuşdur.

Milli ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar atılmışdır. Ona olan xalq məhəbbəti hələ sovetlər dönəmindən formalaşmış, sonrakı illərdə də ən yüksək zirvəyə çatmışdır.

Ulu Öndərin layiqli davamçısı sayəsində bu gün Azərbaycan Onun arzuladığı kimi bütöv və güclüdür.

Qeyd olunub ki, muzeydə qorunub saxlanılaraq nümayiş olunan eksponatlar Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin ictimai-siyasi fəaliyyətini, keçdiyi şərəfli həyat yolunu özündə əks etdirən kitab, qəzet və jurnallardan, qəbul etdiyi tarixi qərar və sərəncamlardan, imzalanmış protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi xatirə əşyalarından, Ümummilli Liderin şərəfinə toxunmuş xalçalardan, çəkilmiş portretlərdən, tarixi fotolardan və sənədli filmlərdən ibarətdir.

Müzeyin direktoru bildirib ki, burada fəaliyyət göstərən kitabxanada dahi rəhbətə həsr olunmuş kitablar sərgilənir ki, bunların hamısı tarixin şanlı səhifələrində Vətən oğlunun dövlətimiz qarşısında göstərdiyi xidmətləri əks etdirir.

“100 ilin imzası” da bu kitablar sırasına qoşulacaq.

Tədbirdə “100 ilin imzası” kitabının müəllifi, şair-jurnalist Gülşən Behbud çıxış edətək kitabda yer alan məqalələr barədə məlumat verdi. Ulu Öndərə və Onun layiqli davamçısı Müzəffər Ali Baş Komandana həsr etdiyi şeirləri qiraət etdi.

“100 ilin imzası” kitabı muzeyin kitabxanasına hədiyyə olundu.

DOĞRU.AZ

 
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:118
embedMənbə:https://dogru.az
archiveBu xəbər 11 Dekabr 2024 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see255

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see237

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see224

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see222

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see218

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see211

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see201

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see187

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see173

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see160

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see155

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see151

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri