Icma.az
close
up
RU
Elm və təhsilin inteqrasiyası: ADU da dəyirmi masa keçirildi

Elm və təhsilin inteqrasiyası: ADU da dəyirmi masa keçirildi

Icma.az bildirir, Axar.az portalına istinadən.

Azərbaycan Dillər Universitetində “Elm və təhsilin inteqrasiyası davamlı inkişaf müstəvisində” mövzusunda dəyirmi masa təşkil olunub.

Axar.az xəbər verir ki, açılış nitqi ilə çıxış edən Elm və innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyeva mövzunun aktuallığından danışıb.

Qeyd olunub ki, müasir dünyada elmin və təhsilin inkişafı istiqamətində bir sıra layihələr həyata keçirilir. Bu mənada son dövrlər Azərbaycan elmi və təhsili də yeni inkişaf mərhələsinə qədəm qoyub.

ADU-nun rektoru, akademik Kamal Abdulla dəyirmi masa iştirakçılarını salamlayıb, tədbirin əhəmiyyətindən söz açıb. Bildirilib ki, alimlərin, mütəxəssislərin və tədqiqatçıların üzərinə böyük məsuliyyət düşür. Azərbaycan dilinin saflığının qorunub və inkişafına töhfə vermək üçün bütün elmi bacarıqlardan və təcrübədən istifadə etmək gərəkdir:

“Bəzən elə məqamlar olur ki, həmin məqamlar bütövlükdə dilimizin korlanmasına gətirib çıxarır. Bu məqamlar Cənab Prezidentin diqqətindən kənarda qalmayıb və bu məqamlarla mübarizə aparmaq hər bir cəmiyyətin və dil daşıyıcılarının borcudur. Cənab Prezidentin vurğuladığı kimi biz dilimizi yad ünsürlərdən təmizlənmiş formada görmək istəyirik. Bu yad ünsürlərin dilimizə daxil olması onun solğunlaşması, dilimizin solğunlaşması millətin solğunlaşması, millətin solğunlaşması dövlətin solğunlaşması deməkdir. Bu proses zəncirvari xarakter daşıyır.

Dilimizdə bu məqamlarla mübarizənin ən təsirli üsulu bədii ədəbiyyatla dostluq etməyi bacarmaqdır. Nə qədər çox bədii ədəbiyyat nümunələri oxunsa, bir o qədər də dilimiz varvar sözlərdən azad olacaqdır.

Bu gün dünyanın müxtəlif ölkələrində əlli milyondan çox soydaşımız yaşayır. Onlar üçün dil mayakı olmalıdır. Zəngin, təmiz, ləyaqətli şəkildə fəaliyyət göstərən bir mərkəz olmalıdır.

Dilimizin saflığının qorunması özünü bütün sahələrdə göstərməlidir. İstər ədəbiyyatda, istər mətbuatda, istər tərcümə sahəsində, istərsə də cəmiyyətin müxtəlif sahələrində dilimizin saflığı və təmizliyi məsələsinə xüsusi diqqət və önəm verilməlidir”.

Dəyirmi masada çıxış edən Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksin icraçı direktoru Aqşin Bağırov isə qeyd edib ki, ADU ilə əməkdaşlıq çərçivəsində yeni layihələr həyata keçirilir.

O bildirib ki, Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun filialı Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində yaradılacaq:

“Filialın yaradılmasının bölgədə təhsilin keyfiyyətinin yüksəldilməsinə, şagird və gənclərin Çin dili və mədəniyyətinə marağının artırılmasına, eləcə də beynəlxalq təhsil əlaqələrinin inkişafına mühüm töhfə verəcəyi vurğulanıb. Filialın fəaliyyəti çərçivəsində Çin dilinin tədrisi, mədəniyyət proqramları, müəllim və şagird mübadiləsi, müxtəlif elmi-mədəni tədbirlərin təşkili nəzərdə tutulur”.

Daha sonra Elm şöbəsinin müdiri Sevda İmanova “Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə elm və təhsil sahəsində səsləndirdiyi çağırışlar, tövsiyələri”, Elm şöbəsinin mütəxəssisi, Özbəkistan Dünya Dilləri Universitetinin doktorantı Amalya Məhərrəmzadə “Dil xalqın tarixi, milli kimliyin təyinatıdır”, doktorant Vüqar Səmədov “Sülh prosesi, enerji marşurutları və beynəlxalq nüfuz: Azərbaycanın son illərdə diplomatik xətti”, doktorant Könül Həsənzadə “Elm və təhsil inteqrasiyası davamlı inkişaf müstəvisində : milli dil, insan kapitalı və akademik məsuliyyət”, magistr İradə Rəhmətova “Milli dilin inkişafında dövlət strategiyası” mövzularında çıxış ediblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:244
embedMənbə:https://axar.az
archiveBu xəbər 23 Yanvar 2026 00:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri