Icma.az
close
up
RU
100 illik saziş...

100 illik saziş...

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Britaniya Şərqi Avropada güc mərkəzinə çevrilir

Britaniya Baş naziri Keir Starmer yanvarın 16-da Ukraynaya elan olunmamış səfər edib. Səfər zamanı Britaniya Baş naziri Keir Starmer və Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya-Ukrayna münasibətlərində yeni tarixi səhifə açan “100 illik tərəfdaşlıq” sazişi imzalayıblar.

Qərb və Ukrayna mediasının məlumatına görə, bu saziş iki ölkə arasındakı diplomatik-siyasi, iqtisadi-ticarət, hərbi-təhlükəsizlik, enerji, elmi, mədəni və bir çox sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşməsinə yönəlib.

Qeyd edək ki, bundan əvvəl, Britaniya ilə Ukrayna arasında 2020-ci ildə iqtisadi tərəfdaşlıq müqaviləsi, 2024-ci ilin yanvarında təhlükəsizlik sazişi də imzalanıb.

10 hissədən ibarət olan yeni sazişdə hərbi-müdafiə və hərbi-təhlükəsizlik sahələrində birgə əməkdaşlığa, o cümlədən Ukraynanın NATO-ya üzv olması üçün imkanların yaradılmasına xüsusi əhəmiyyət verilib.

İmzalanma mərasimindən sonra K.Starmer və V.Zelenski birgə mətbuat konfrası keçiriblər. K.Starmer iki ölkə arasında sazişin imzalanmasını tarixi hadisə hesab edib: “Ukrayna ilə Britaniya arasında münasibətlər bundan sonra daha da inkişaf edəcək. Əvvəlki dövrlərdən fərqli olaraq hər iki ölkə daha da bir-birinə yaxınlaşıb.  Mədəniyyət, təhsil, elm və texnologiya sahələrində də əməkdaşlıq genişlənəcək “.

Ukraynaya hərbi yardımın davam etdirilməsi məsələsinə toxunan K.Starmer bildirib ki, Britaniya Ukraynaya 2,6 milyard  dollardan çox kredit ayırmağı planlaşıdırır. Onun sözlərinə görə, Ukraynaya veriləcək kredit Rusiyanın dondurulmuş aktivləri hesabına həyata keçiriləcək. Starmer, həmçinin Britaniyanın Ukrayna ordusunu müasir artilleriya silahları və hava hücumundan müdafiə sistemləri ilə təmin edəcəyini, eləcə də Ukraynaya 3,6 milyard dollar civarında hərbi dəstək də göstərəcəyini bəyan edib.

Sazişin Ukraynaya hansı üstünlükləri qazandıracaq?

Qeyd etdiyimiz kimi, Britaniya ilə Ukrayna arasında imzalanan hərtərəfli tərəfdaşlıq sazişi bir çox sahələrdə münasibətləri daha da dərinləşdirəcək. İstər diplomatik-siyasi, iqtisadi-ticarət, istərsə də hərbi-təhlükəsizlik, hətta mədəni-elmi sahələrdə ikitərəfli əməkdaşlıq Ukraynaya bir çox üstünlüklər qazandıracaq.

İlk növbədə, Britaniya Ukraynanın təhlükəsizliyinin təminatçısına çevriləcək. Britaniya Ukrayna ordusunu müasir silah-sursatla təmin etməklə yanaşı onun  müdafiə qabiliyyətini gücləndirəcək. Ukrayna Britaniyanın dəstəyi ilə özünün təhlükəsizlik strategiyasını müəyyənləşdirməsi də ehtimal olunur. Ukraynanın öz hərbi-müdafiə qabiliyyətini artırmaq üçün Britaniyanın hərbi proqramlarından istifadə edəcəyi də də mümkündür.

Eyni zamanda Britaniyanın maliyyə dəstəyi hesabına Ukraynada iqtisadi və təhlükəsizlik cəhətdən önəmli olan, dəfələrlə hücuma məruz qalan mühüm sənaye, enerji və elektrik infrastrukturu yenidən qurulacaq. Ukrayna və Britaniya həm enerji, həm də iqtisadi-ticarət sahələrində birgə layihələr həyata keçirəcəklər. 

Britaniya  nə əldə edəcək?

Sözsüz ki, Britaniya da sazişin imkanlarından yararlanacaq. İmzalanmış sənəd Britaniya üçün də əhəmiyyətlidir. Şübhəsiz ki, bu saziş çərçivəsində Britaniya Ukraynanın iqtisadi, enerji və sənaye sektoruna milyardlarla investisiya yatıracaq və bu ölkənin iqtisadi sektorunun qurulmasında geniş paya malik olacaq. 

Britaniyanın hərbi personalının Ukrayna ordusunun möhkəmlənməsinə töfhə verməsinə gəlincə, yaxın zamanda Britaniya zabitlərinin Ukrayna ordusu ilə birlikdə hərbi təlimlər həyata keçirməsinə və Ukrayna ordusunun  NATO standartlarına uyğunlaşmasına yardımcı olmalarının şahidi olacağıq. Britaniya ilə Ukrayna arasında diplomatik-siyasi və təhlükəsizlik sahələrində qarşılıqlı məsləhətləşmələr daha da intensiv şəkildə aparılacaq.

Digər önəmli məqam isə Britaniyanın elmi-tədqiqat mərkəzləri Ukraynada öz ofislərini aça bilər. Onlar yalnız bu ölkədə Britaniyanın maraqları çərçivəsində fəaliyyət göstərəcəklər.

Bu baxımdan, yaxın gələcəkdə Britaniyanın Şərqi Avropada geosiyasi və geoiqtisadi güc mərkəzinə çevrilə bilər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:190
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 18 Yanvar 2025 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see491

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see443

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see342

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see292

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see283

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see279

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see274

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see267

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see250

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see241

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see235

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see228

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see224

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see220

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see215

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see212

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see211

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see200

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see200

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri