Icma.az
close
up
RU
Qara və Ağ Məryəm Bağırova yazır

Qara və Ağ Məryəm Bağırova yazır

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məryəm Bağırova

Həyat haqqında ən çox işlədilən metaforlardan biri “qara və ağ”dır. İnsanlar bəzən dünyanı yalnız bu iki rəngə bölür: yaxşı və pisə, uğur və uğursuzluğa, sevinс və kədərə. Elə bilirlər ki, insan ömrü iki ucdan ibarət bir yol xəritəsidir. Amma həyat nə qədər paradoksaldırsa, bir o qədər də rənglidir. Düşündükcə anlayırsan ki, heç bir taleyin axarı yalnız ağ və ya yalnız qara üzərində qurulmur. Arada gizlənən saysız rənglər – insanın görünməyən həqiqətlərini, yaşadığı dönüş nöqtələrini və dəyişməyən reallıqlarını daşıyır.

Qara və ağ sadəcə başlanğıc və son kimidir. Amma onların arasında bir ömür boyu topladığımız “başqa rənglər” var: mavi tənhalıqlar, qırmızı ehtiraslar, boz şübhələr, sarı ümidlər, yaşıl yenidən doğuluşlar. Biz bəzən bu rəngləri görmədən yaşadığımızı zənn edirik. Hətta hər şeyin ya mükəmməl, ya da tam məhv olduğunu düşündüyümüz günlərimiz olur. Halbuki həyatın öz ritmi var və bu ritm nə qədər təzadlı olsa da, tam olaraq bizi formalaşdıran məhz bu təzadlardır.

Uğursuzluqlar – bəzən insanın içindən keçib onu yenidən şəkilləndirən bir külək kimidir. Onlar bizi zəiflikdən qoruyan deyil, əksinə, güc yaradan hisslərdir. 

Bədbəxtliklər – insan ruhunun qaranlığa düşməsi yox, zülmətdən keçərək işığı daha yaxşı seçməsidir. 

Xoşbəxtlik isə sadəcə bir anlıq parıltı deyil; o, insanın içində yavaş-yavaş yığılan və hər rəngin qatıldığı bir bütöv harmoniya kimidir. Ən qəribəsi də budur ki, ağrı da, sevinс də, qorxu da, ümid də bir-birinə bağlıdır. Birinin yoxluğu digərini yarımçıq qoyur.

Biz bəzən həyatı ağ və qaraya sığışdırmağa çalışırıq. Amma həyat bundan qat-qat böyükdür. O, rənglərin səssiz ahəngi, bir insanın içində yaşanan saysız duyğuların birləşdiyi geniş bir kainatdır. Hər rəng bir xatirə, bir iz, bir seçim və bir dönüşdür. Və bütün bu rənglər bir araya gələndə həyat öz mənasını tapır.

Xoşbəxtlik də əslində tək başına “ağ” rəng deyil. O, insanın bütün ziddiyyətləri ilə barışdığı bir bütövdür. İnsan yalnız nəzarət edə bilmədiyi şeyləri buraxmağı öyrənəndə tam sakitliyə çatar. Bu sakitlik bəyaz təmizlik deyil; o, bir az bozun təmkinini, bir az mavinin dərinliyini, bir az sarının ümidini özündə cəmləyən bir rəngdir. Həyat sadəcə işıqdan ibarət olsaydı, insan heç vaxt kölgənin dəyərini anlamazdı.

Bəzən elə düşünürük ki, nağıllar yalnız yaxşı sonlu olmalıdır. Amma həyatın öz nağılı heç də həmişə ağ rənglə bitmir. İtirilən insanlar, yarımçıq qalan arzular, məğlub edilə bilməyən talelər, bunlar həyatın zəruri rəngləridir. Hər uğursuzluq öz içində bir hikmət daşıyır; hər bədbəxtlik, insanın ruhunu daha dərin bir anlayışa aparan gizli bir qapıdır. Hətta xoşbəxtlik belə yalnız sevinci ifadə etmir, o, insanın yaşadığı ziddiyyətləri qəbul etdiyi an başlayır.

İnsan ruhunda ağ rəng təmizlik hissi yaradır. Həyatımızdakı “ağ günlər” adətən yeni başlanğıclar, təmiz niyyətlər, saf duyğularla dolu olur. Psixologiyaya görə ağ rəng insanı sakitləşdirir, şəffaflıq və aydınlıq hissi yaradır. Ancaq bəyaz heç vaxt sonsuza qədər davam etmir. Boş səhifə dolmağa başlayır və insanın hekayəsi, tədricən, rənglənir.

Qara rəng çoxları üçün qaranlıq, itki və ağrı ilə assosiasiya olunur. Psixologiyada bu rəng insanın öz içindəki bilinməyən tərəfləri, qorxuları və təkliyi təmsil edir. Amma paradoks ondadır ki, məhz qaranlıq insana güc verir. Çünki insan öz zülmətindən çıxanda daha güclü olur. Hər bir gecənin səhəri olduğu kimi, hər qaranlığın içində də işığa aparan gizli bir yol var.

Boz günlər insanın ən çox yaşadığı günlərdir. Nə tam sevinc, nə tam kədər... bir növ keçid halı. Psixologiyada boz rəng tərəddüd, düşüncə, analiz və sakitliklə bağlıdır. Bəzən biz bu rəngi cansıxıcı hesab edirik, amma insan ən çox “özünü” məhz bu rəngdə tanıyır. Boz, insanın öz iç səsini ən aydın eşitdiyi rəngdir.

Mavi rəng sakit okean kimidir - kənardan baxanda sakit, içində isə min cür dalğa. Psixologiyada mavi rəng düşüncə, tənhalıq, introspeksiya və hüzurla bağlıdır. İnsan özünə ən dərin suallarını mavi günlərdə verir.

Qırmızı rəng insan psixologiyasında hər şeyin ən şiddətlisini ifadə edir: sevginin də, qəzəbin də, ehtirasın da, tənhalığın da. Bu rəng insanın içində yanan atəşdir. Bəzən bizi isidir, bəzən yandırır. Qırmızı  günlər həyatda iz buraxır. Çünki insan ən çox həmin anlarda canlı olduğunu hiss edir.
Sarı rəng psixologiyada optimizm, yenilənmə və iç işığın rəmzidir. İnsan çox zaman sarı günlərin qədrini qaranlıqdan çıxanda bilir. Hər kiçik xoş xəbər, bir telefon zəngi, bir təbəssüm, bir gələcək planı... hər biri içimizdə günəş kimi doğur. Sarı rəng həyatın bizə dediyi sakit bir cümlədir: “Hələ heç nə bitməyib”.

Yaşıl rəng insan psixologiyasında yenilənmə, sakitlik və bərpa olma hissini daşıyır. Adətən çətin bir dövrdən sonra gəlir - elə bil içimizdəki torpaq yenidən cücərməyə başlayır. Yaşıl günlərdə insan öyrəndiklərini həzm edir və yoluna davam etməyə hazır olur.

Həyat sadəcə yaxşı və pisdən ibarət deyil. Heç bir nağıl yalnız bəyazla yazılmır və heç bir qaranlıq tamamilə həyatın özünü izah edə bilmir. İnsan yaşadıqca hər rəngin öz rolunu dərk edir.

Ən böyük həqiqət isə budur: həyat tək rəng deyil. Qara və ağ yalnız başlanğıcdır. Onların arasında isə bizim bütün ömrümüz gizlidir. Biz hər rəngin içindən keçə-keçə öz yolumuzu tapırıq. Zaman keçdikcə bu rənglərin hamısı bir-birinə qarışır və insanın özünəməxsus “həyat tablosu”nu formalaşdırır. Bu tablo heç vaxt təkrarlanmır, çünki insanın yaşadıqları da, hiss etdikləri də yalnız ona məxsusdur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:2342
embedMənbə:https://525.az
archiveBu xəbər 08 Dekabr 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see320

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see283

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see274

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see273

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see265

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see259

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see254

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see242

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see229

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see227

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see223

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see220

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see210

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see198

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see197

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see196

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see186

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see184

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see183

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri