Icma.az
close
up
RU
100 min evə “kupça” verilir: Bəs qalan 400 min...

100 min evə “kupça” verilir: Bəs qalan 400 min...

Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.

Azərbaycanda sənədsiz evlərin rəsmiləşdirilməsi prosesində yeni mərhələ başlayır. 

Prezident İlham Əliyevin Azərbaycanda daşınmaz əmlak obyektləri üzərində hüquqların rəsmiləşdirilməsi ilə bağlı iyulun 16-da imzaladığı fərmana əsasən, 100 minə yaxın vətəndaşın hüquqi qeydiyyatdan kənarda qalan əmlaklarının rəsmiləşdirilməsi mümkün olacaq. 

Bunu Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin İdarə Heyətinin sədri Nigar Alimova jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, fərman 2015-ci ildə qəbul edilmiş 439 nömrəli sənədə əlavə və dəyişiklikləri nəzərdə tutur:  pizza mizza

“Bu sənəd əslində amnistiya xarakteri daşıyır. Əvvəllər hüquq müəyyənedici sənəd hesab edilməyən bəzi arayış və sənədlərə bu status verilməklə, vətəndaşlara əmlaklarını rəsmiləşdirmək imkanı yaradılır. Proqnozlara əsasən, bu dəyişikliklər 100 minə yaxın ailəyə hüquqi qeydiyyatla bağlı imkanlar təqdim edəcək”. 

O əlavə edib ki, keçmiş kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin əmrləri ilə vətəndaşlara verilmiş torpaq sahələri də hüquqi qeydiyyata alınacaq: 

"Bu tip sənədlər torpaq mülkiyyətinin tanınması üçün hüquqi əsas hesab olunacaq. Əgər vətəndaşın əlində bu cür əmr varsa, o, müvafiq qurumlara müraciət edərək torpaq sahəsinin mülkiyyət hüququnu rəsmiləşdirə bilər”. 

Xatırladaq ki, ölkə başçısı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənə qədər əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə 13 yanvar 2015-ci il tarixli və həmin siyahıda dəyişikliklər edilməsi barədə 30 oktyabr 2015-ci il tarixli fərmanlarında dəyişiklik edib. 

Fərmana əsasən, Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrdə səlahiyyətli orqanların yaşayış və bağ evi tikintisi üçün ayırdığı torpaq sahələrinin qeydiyyatına dair tələblər yumşaldılıb. 

Belə ki, həmin əmlaklar üzərində hüquqların təmin edilməsi zamanı şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələrinin verdiyi torpaqdan istifadə hüququna dair dövlət aktı tələb edilməyəcək. 

Bundan başqa, qeydiyyat zamanı sovxoz və yaxud dövlət orqanlarının tabeliyində olan digər kənd təsərrüfatı müəssisəsi rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından çıxarış da nəzərə alınacaq. 

Məlumata görə, Azərbaycanda 500 minə yaxın sənədsiz ev var. Bəs geridə qalan 400 min evin aqibəti necə olacaq? 

Mövzu ilə bağlı “Cümhuriyət”-ə açıqlamasında əmlak eksperti Elnur Fərzəliyev bildirib ki, Prezidentin fərmanına edilən dəyişiklik artıq fərdi yaşayış evlərinin və torpaq sahələrinin çıxarışla təmin olunmasına şamil edilir. Əmlak ekspertinin sözlərinə görə, amma hələ də çıxarışsız qalan kifayət qədər əmlak var ki, onların da mərhələli şəkildə sənədləşdirilməsi nəzərdə tutulur: 

“Prezidentin fərmanına edilən dəyişiklik artıq fərdi yaşayış evləri və torpaq sahələrinin çıxarışla təmin olunmasına şamil edilir. Lakin hələ də çıxarışsız qalan kifayət qədər əmlak var və onların da mərhələli şəkildə sənədləşdirilməsi nəzərdə tutulur. 

Bu əmlakların bir hissəsi qadağan olunmuş ərazilərdə inşa olunmuş evlərdir. Belə ki, yüksək gərginlikli elektrik naqilləri, qaz, su və digər kommunikasiya xətlərinin üzərində və ya yaxınlığında, eləcə də dəmir yolu xətləri və dəniz mühafizə zolağını keçən ərazilərdə tikilmiş evlərə mövcud qanunvericiliyə əsasən çıxarış verilə bilməz. 

Bəs bu əmlaklar hansı halda çıxarışla təmin oluna bilər? Əgər onların üzərindəki “qadağan olunmuş ərazi” statusu aradan qaldırılarsa, bu mümkündür. Yəni həmin evlərin üzərindən keçən elektrik naqilləri, qaz, su və işıq xətləri sökülüb başqa yerə köçürülərsə, bu halda həmin tikililər çıxarışla təmin oluna bilər”. 

Elnur Fərzəliyev qeyd edib ki, əsas problem Bakı və Abşeron rayonundadır: 

“Çıxarış alına bilməyən evlərin çoxu bələdiyyələrin sərəncam və qərarları ilə verilmiş torpaq sahələrində yerləşir. Əsas problem isə bələdiyyə sənədləri ilə bağlıdır və bu, əsasən Bakı şəhərində müşahidə olunur. Bakı və Abşeron bələdiyyələrində torpaq xəritələri olmadığı üçün bu torpaqlar sənədləşdirilərkən tez-tez başqa bir qurumun balansında olan əraziyə və ya fərdi mülkiyyətə düşür. 

Yəni əgər Bakı və Abşeronda bələdiyyə torpaqlarının xəritəsi tərtib və təsdiq olunarsa, bu zaman çıxarışsız əmlakların böyük bir qismi də rəsmi sənədlərlə təmin oluna bilər. Təbii ki, bəzi hallarda yasaq ərazilərdə bələdiyyələr hərrac yolu ilə torpaq sata bilirlər. 

Məsələn, Bakı-Abşeron ərazisində yalnız Xırdalan bələdiyyəsidir ki, hərracla torpaq sata bilir. Amma Bakı və Abşeronun digər yerlərində bu xəritələr olmadığından, yəni bələdiyyə torpaqlarının dəqiq sərhədləri müəyyənləşdirilmədiyindən, bu mümkün deyil. Nəticədə, bu səbəbdən də həmin ərazilərdəki evlər çıxarışla təmin oluna bilmir. Düşünürəm ki, yaxın zamanda, artıq bu proses bitəndən sonra bələdiyyələrlə bağlı da eyni hal yaşanacaq”. 

E. Fərzəliyev bildirib ki, ilkin sənədləşmə mərhələsi əsasən Sovet dövründə verilmiş torpaq sahələrinə, o cümlədən kolxoz, sovxoz və bağ sahələrinə aiddir: 

“İlkin mərhələ, yəni Sovetlər dövründə verilmiş torpaq sahələrinin sənədləşdirilməsi başa çatdıqdan sonra növbəti mərhələyə keçiləcək. Bu mərhələyə bələdiyyə torpaqları və digər ərazilərdə inşa olunmuş evlərin sənədləşdirilməsi daxil olacaq”. 

Əfsanə Rəcəb 


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 25 İyul 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mənzil almazdan əvvəl bunu bilməlisiniz Hansı evlər dəyər itirə BİLƏR?

26 Sentyabr 2026 13:31see259

WP: ABŞ kəşfiyyatı Səudiyyə Ərəbistanının nüvə silahı yaratmaq ehtimalını istisna etmədiyini düşünür

26 Sentyabr 2026 06:14see217

Tiflisdə qazıntı: türklərə aid şəhər tapıldı, dərhal bağladılar...

26 Sentyabr 2026 13:43see205

Ceyhun Bayramov Nyu Yorkda 37 ikitərəfli görüş keçirib, 17 sənəd imzalanıb

27 Sentyabr 2026 00:00see198

Klopp Adeyemini müdafiə etdi: “Onun oyununu bəyənirəm”

27 Sentyabr 2026 01:04see197

Kaylinin şousu diqqət çəkdi

26 Sentyabr 2026 12:09see197

5 yaşlı qız uşağı dişinin müalicəsindən sonra vəziyyəti pisləşərək ölüb

27 Sentyabr 2026 08:13see195

Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?

27 Sentyabr 2026 02:04see194

Kara Haydar ın maşınlarından dəstə dəstə pullar çıxdı

26 Sentyabr 2026 14:34see192

Bu nazirliyin işçilərinə süni intellekt öyrədiləcək

26 Sentyabr 2026 15:44see191

182 metr Dünyanın ən hündür abidəsi kimə həsr olunub?

26 Sentyabr 2026 14:07see188

Barselona onun üçün 80 milyon avro ödəyəcək?

26 Sentyabr 2026 23:57see187

SOCAR və Apollo upstream layihələrinə investisiya imkanlarını araşdıracaq

26 Sentyabr 2026 15:01see183

İspaniya millisi rekord vurdu məğlubiyyətsizlik seriyasını 39 matça çatdırdı

27 Sentyabr 2026 01:20see181

“Təzə ata olmuşdu, qucağımda şəhid oldu” VİDEO

27 Sentyabr 2026 01:31see179

Qeyri neft qaz ixracında rekord artım

26 Sentyabr 2026 16:29see173

Kristian Unteanu: Azərbaycan yeni regional enerji arxitekturasında mühüm mövqe qazanır

26 Sentyabr 2026 15:04see172

SOCAR TotalEnergies ilə karbon emissiyalarının azaldılmasında birgə fəaliyyət göstərəcək

26 Sentyabr 2026 14:45see171

Azərbaycan ən çox investisiyanı hansı ölkələrə yatırıb?

26 Sentyabr 2026 15:30see170

Səssiz irəliləyən xərçəng növü İlk əlamətləri bunlardır

26 Sentyabr 2026 14:14see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri