Icma.az
close
up
RU
100 min sənədsiz evə kupça veriləcək Bu sənədlər olsa kifayətdir

100 min sənədsiz evə kupça veriləcək Bu sənədlər olsa kifayətdir

Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin daşınmaz əmlakın qeydiyyatına dair 16 iyul 2025-ci il tarixli Fərmanı ilə daşınmaz əmlakın qeydiyyatına aid hüquqi təminat və qanunvericilik bazası daha da təkmilləşdirilib.

Məsələ ilə bağlı Milli.Az-ın sorğusuna cavab olaraq Əmlak Məsələləri Dövlət Xidmətindən bildirilib ki, dəyişikliklər əsasında 100 minə yaxın sənədsiz evin qeydiyyata alınması gözlənilir.

Ən önəmlidəyişiklik yeni tənzimləmələrə uyğun olaraq, yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hüquqmüəyyənedici sənədlərin siyahısına əlavə edilib.

Daha bir dəyişiklik yerli icra hakimiyyəti başçılarının ərazi üzrə nümayəndəliklərinin torpaqayırma qərarları ilə bağlıdır. Əvvəllər yerli icra hakimiyyəti başçılarının "torpaq sahəsinin ayrılmasına dair səlahiyyətini inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinə verdiyi barədə" sərəncamı olmadığı təqdirdə həmin nümayəndəliklər tərəfindən qəbul edilmiş qərarlar hüquqların qeydiyyatı üçün əsas hesab edilmirdi. Fərmanla bu məhdudiyyət aradan qalxıb. Yaşayış evinin tikintisi məqsədilə həyətyanı torpaq sahəsinin ayrılması barədə yerli icra hakimiyyəti orqanlarının inzibati ərazi dairələri üzrə nümayəndələri tərəfindən 2001-ci il yanvarın 1-dək qəbul edilmiş qərarlar (torpaq sahəsinin ayrılmasına dair səlahiyyətini yerli nümayəndəliklərə verdiyi barədə icra başçısının sərəncamının olub-olmamasından asılı olmayaraq) çıxarış üçün əsas sənədlər siyahısındadır.  

Sovxoz və kolxozlar tərəfindən ayrılmış həyətyanı torpaq sahələrinə dair sənədlərlə yanaşı, (sovxoz əmrləri və kolxoz qərarları) digər kənd təsərrüfatı müəssisələrinin əmrləri də hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına əlavə edilib.

Dəyişikliklərə əsasən yaşayış sahələrinin verilməsinə dair zəhmətkeş deputatları sovetlərinin qərarları hüquqmüəyyənedici sənədlərin siyahısına əlavə edilib. Artıq rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları ilə yanaşı, bu sənədlər də yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi üçün əsas sayılır. Daha bir dəyişiklik müvafiq yaşayış sahələrinin yerləşdiyi torpaq sahələri ilə bağlıdır. Həmin qərarlarda torpaq sahəsinin ölçüsü göstərildiyi halda, torpaq sahəsi də mülkiyyətə veriləcək, ölçü göstərilmədiyi halda, yaşayış evinin (mənzilin) altında olan torpaq sahəsi nəzərə alınmaqla hüquqların qeydiyyatı aparılacaq.

Fərmanda əksini tapan daha bir sənəd yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə icra hakimiyyəti orqanlarının sərəncamlarıdır. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun qüvvəyə mindiyi 10 avqust 2004-cü il tarixinədək olan dövrdə verilmiş bu sərəncamlarda yaşayış evi tipli mənzillərin sökülməsi və onların yerində fərdi yaşayış evinin tikilməsi məsələləri tənzimlənir.

Fərman yaşayış evi tipli mənzillərin sökülərək yerində fərdi yaşayış evinin inşa olunması barədə rayon icra hakimiyyəti orqanları tərəfindən 10 avqust 2004-cü il tarixinədək verilmiş qərarlar və fərdi yaşayış evinin rayon icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihəsi əsasında mülkiyyət hüququnun qeydiyyatını da nəzərdə tutur. Burada da torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyatı layihədə həmin torpaq sahəsinin ölçüsü göstərildiyi təqdirdə aparılır. Layihədə torpağın ölçüsü göstərilmədiyi və ya layihə olmadığı hallarda isə yaşayış evi və onun altında olan torpaq sahəsi əsas götürülərək qeydiyyat aparılır.

Fərmana əsasən 2001-ci il yanvarın 1-dək inşa edilmiş yaşayış evlərinə və (və ya) onların yerləşdiyi torpaq sahələrinə, eləcə də yaşayış evlərinin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair həmin tarixədək verilmiş təsərrüfatbaşına kitablarından çıxarışlar əsasında verilmiş arayışlar qeydiyyat üçün sənədlər sırasına daxil edilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:748
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 24 İyul 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see360

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see352

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see280

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see265

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see257

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see249

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see248

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see247

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see241

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see240

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see229

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see222

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see217

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see215

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see209

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see204

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see204

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see201

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see200

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri