Icma.az
close
up
RU
100 minlərlə ailə sevinəcək

100 minlərlə ailə sevinəcək

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində qəbul olunan növbəti amnistiya aktının icrasına başlanıb

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş Milli Məclisin qəbul etdiyi amnistiya aktının icrasına başlanıb. Amnistiya aktının icrası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin cəzaçəkmə müəssisələrində həyata keçirilir.  O cümlədən dünən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində 20, Bakı İstintaq Təcridxanasında 12, 4 saylı cəzaçəkmə müəssisəsində 22 məhkum azadlığa buraxılıb. Növbəti icra prosesi dekabrın 22-də səhər saatlarında Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Yetkinlik yaşına çatmayanlar üçün penitensiar müəssisədə baş tutub. Bu müəssisədə cəza çəkən 3 məhkum azadlığa buraxılıb.

Sənədin icrasının yüksək səviyyədə təmin olunması üçün nazirliyin  müvafiq strukturları tam şəkildə səfərbər edilib. Cəzaçəkmə müəssisələrində keçirilən ilk tədbirlərdə hüquq-mühafizə orqanlarının yüksəksəviyyəli rəsmiləri, ombudsman Səbinə Əliyeva, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, jurnalistlər iştirak ediblər.

Dünən Bakı İstintaq Təcridxanasında azadlığa buraxılan Seyidağa Məmmədzadə Prezident İlham Əliyevə amnistiya təşəbbüsü üçün minnətdarlığını bildirib. O, özünün və ailəsinin buna görə çox sevindiyini dilə gətirib, digər məhkumlara da azadlıq arzulayıb. S.Məmmədzadə 5 ay 26 gündür ki, məhkum olunduğunu və cəzasının yarısını çəkdiyini bildirib.

Heydər Əliyevin əsasını qoyduğu humanizm siyasəti

Azərbaycanda ardıcıllıqla həyata keçirilən siyasətin mərkəzində insan amili dayanır və humanizm prinsiplərinə böyük önəm verilir. Respublikamızda əlamətdar tarixlər ərəfəsində amnistiya aktlarının qəbul edilməsi bunun əyani təsdiqidir. Müstəqil Azərbaycanın dövlət siyasətində humanizm ənənəsinin əsasını isə 1993-cü ilin yayında xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn böyük siyasətçi Heydər Əliyev qoyub. Onun siyasi iradəsi əsasında 1995-2003-cü illərdə respublikamızda 7 amnistiya aktı və 32 əfv fərmanı imzalanıb. Bu amnistiya aktları 77 mindən çox insana şamil edilib.

Hazırda isə Ulu Öndərimizin əsasını qoyduğu siyasət eyni ardıcıllıqla Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ümumiyyətlə, müstəqillik illərində imzalanmış 71 əfv fərmanı ilə 10 mindən artıq məhkum azadlığa buraxılıb, qəbul edilmiş 12 amnistiya qərarı isə 130 mindən çox şəxsə şamil olunub. Eyni zamanda, hər zaman nəcib, humanist təşəbbüsləri ilə ali insani dəyərlərə yüksək qiymət verən Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdəki fəaliyyəti də xüsusi qeyd edilməlidir. Mehriban xanım Əliyeva Milli Məclisin deputatı olarkən onun təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilib. Bu təşəbbüslər xeyirxahlıq və mərhəmət kimi mənəvi idealların təcəssümünə çevrilib və ölkəmizdə təqdirlə qarşılanıb.

Respublikamızda sonuncu Əfv Sərəncamı bu ilin mayında, 28 May - Müstəqillik Günü ərəfəsində imzalanıb. Prezident İlham Əliyevin 26 may 2025-ci il tarixində imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” növbəti sərəncamına əsasən azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, həmçinin azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2 nəfər cəzadan azad edilib. Bundan başqa, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 10 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 2 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, islah işləri cəzasına məhkum edilmiş 4 nəfər cəzanın çəkilməmiş hissəsindən, cərimə cəzasına məhkum edilmiş 1 nəfər cəzadan azad edilib.

Müstəqillik dövrünün ən böyük amnistiya aktı

Prezident İlham Əliyevin təşəbbüsü əsasında “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin qərarı kifayət qədər geniş əhatə dairəsinə malikdir. Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur.

Bununla yanaşı, layihəyə əsasən, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq.

Amnistiya aktının, ümumilikdə, 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Amnistiya aktının icrasının  4 ay ərzində təmin edilməsi nəzərdə tutulub. Ombudsman Səbinə Əliyeva icrasına başlanan amnistiya aktını sosial ədalətin, mərhəmətin və insan ləyaqətinə hörmətin təzahürü kimi dəyərləndirib.

Mübariz FEYİZLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 24 Dekabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri