Icma.az
close
up
RU
100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

100 yaşa qədər yaşamağın sirri bu İMİŞ

Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Uzunömürlülüyü ilə tanınan İtaliyanın Sardiniya adasında sağlam həyatın sirri kimi qidalanma vərdişləri və güclü sosial əlaqələr göstərilir.

Milli.Az xəbər verir ki, "Mavi Zona" kimi tanınan Sardiniyada yaşayan insanların əhəmiyyətli hissəsi 100 yaşdan çox ömür sürür.

Mütəxəssislər bunu əsasən təzə və mövsümi məhsullara əsaslanan qidalanma, aşağı stress səviyyəsi və möhkəm ailə bağları ilə əlaqələndirirlər.

Sardiniyada böyüyən aşpaz Françesko Mattana bildirib ki, adada yemək sadəcə qidalanma vasitəsi deyil, həm də insanları bir araya gətirən mühüm sosial ənənədir. Onun sözlərinə görə, ailələr məhsulları birlikdə hazırlayır və böyük süfrə arxasında paylaşırlar.

F.Mattana qeyd edib ki, uşaqlıq illərində balıqçı və fermer olan babaları sayəsində daim təzə balıq, tərəvəz və digər təbii məhsullarla qidalanıb. O, xüsusilə çiy tərəvəzlərin Sardiniya mətbəxində mühüm yer tutduğunu vurğulayıb.

Mütəxəssislərin fikrincə, təzə və təbii qidaların üstünlük təşkil etdiyi qidalanma sistemi, güclü sosial münasibətlər və sadə həyat tərzi uzunömürlülüyün əsas amilləri sırasındadır.

Qeyd edək ki, "Mavi Zona" anlayışı insanların daha uzun və sağlam yaşadığı bölgələri ifadə edir. Dünyada rəsmi olaraq qəbul edilən beş Mavi Zona Yaponiyanın Okinava bölgəsi, Kosta-Rikanın Nikoya yarımadası, Yunanıstanın İkariya adası, ABŞ-nin Loma Linda şəhəri və İtaliyanın Sardiniya adasıdır.

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:182
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 İyun 2026 19:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see329

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see265

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see252

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see252

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see247

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see239

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see237

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see236

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see232

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see228

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see223

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see220

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see213

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see212

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see212

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see209

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see195

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see189

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see188

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri